Kafir “lə iləhə illəllah” deyəndən sonra onu öldürməyin haram olması
حَدَّثَنَا يَعْقُوبُ الدَّوْرَقِىُّ حَدَّثَنَا هُشَيْمٌ أَخْبَرَنَا حُصَيْنٌ حَدَّثَنَا أَبُو ظِبْيَانَ قَالَ سَمِعْتُ أُسَامَةَ بْنَ زَيْدِ بْنِ حَارِثَةَ يُحَدِّثُ قَالَ بَعَثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْحُرَقَةِ مِنْ جُهَيْنَةَ فَصَبَّحْنَا الْقَوْمَ فَهَزَمْنَاهُمْ وَلَحِقْتُ أَنَا وَرَجُلٌ مِنَ الأَنْصَارِ رَجُلاً مِنْهُمْ فَلَمَّا غَشَيْنَاهُ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَكَفَّ عَنْهُ الأَنْصَارِىُّ وَطَعَنْتُهُ بِرُمْحِى حَتَّى قَتَلْتُهُ. قَالَ فَلَمَّا قَدِمْنَا بَلَغَ ذَلِكَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لِى « يَا أُسَامَةُ أَقَتَلْتَهُ بَعْدَ مَا قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ». قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّمَا كَانَ مُتَعَوِّذًا. قَالَ فَقَالَ « أَقَتَلْتَهُ بَعْدَ مَا قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ». قَالَ فَمَازَالَ يُكَرِّرُهَا عَلَىَّ حَتَّى تَمَنَّيْتُ أَنِّى لَمْ أَكُنْ أَسْلَمْتُ قَبْلَ ذَلِكَ الْيَوْمِ.
“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizi Cuheynədəki Huraqatın üstünə göndərdi. Biz səhərə yaxın düşmənə hücum etdik və onları məğlubiyyətə uğratdıq. Orada mən ənsardan olan bir nəfərlə kafirlərdən birini haqladıq. Biz onun başının üstünü aldıqda o: “Lə iləhə illəllah!”, – dedi. Bunu eşidəndə ənsardan olan qardaşım ona dəymədi. Mən isə nizəmlə onu vurub öldürdüm. Biz Mədinəyə gəldikdə hadisəni Peyğəmbərə ﷺ danışdılar. Peyğəmbər ﷺ mənə buyurdu: “Ey Usamə! O: “Lə iləhə illəllah” deyəndən sonra sən onu öldürdün?!” Mən dedim: “Ey Allahın Elçisi! O, canını xilas etmək üçün belə etdi”. Peyğəmbər ﷺ buyurdu: “O: “Lə iləhə illəllah” deyəndən sonra sən onu öldürdün?!” Peyğəmbər ﷺ bu sözü mənə o qədər təkrar etdi ki, axırda mən öz-özümə: “Kaş mən bu gündən öncə İslamı qəbul etmiş olmayaydım”, – deyə təmənna etdim”.”
İstinad
Muslim, 288 (İman, 187)
Səhih Muslim — İman kitabı