Üzə vurmağın, paltarın yaxasını cırmağın və cahiliyyət dövründə deyilən sözləri deməyin haram buyurulması
حَدَّثَنَا الْحَكَمُ بْنُ مُوسَى الْقَنْطَرِىُّ حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ بْنِ جَابِرٍ أَنَّ الْقَاسِمَ بْنَ مُخَيْمِرَةَ حَدَّثَهُ قَالَ حَدَّثَنِى أَبُو بُرْدَةَ بْنُ أَبِى مُوسَى قَالَ وَجِعَ أَبُو مُوسَى وَجَعًا فَغُشِىَ عَلَيْهِ وَرَأْسُهُ فِى حَجْرِ امْرَأَةٍ مِنْ أَهْلِهِ فَصَاحَتِ امْرَأَةٌ مِنْ أَهْلِهِ فَلَمْ يَسْتَطِعْ أَنْ يَرُدَّ عَلَيْهَا شَيْئًا فَلَمَّا أَفَاقَ قَالَ أَنَا بَرِىءٌ مِمَّا بَرِئَ مِنْهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَرِئَ مِنَ الصَّالِقَةِ وَالْحَالِقَةِ وَالشَّاقَّةِ.
“Rəvayət edilir ki, Əbu Burdə ibn Əbu Musa ﵀ demişdir: “Bir dəfə Əbu Musa ağır xəstələndi və başı ailəsindən bir qadının qucağında olarkən huşunu itirdi. Bu vaxt həmin qadın fəryad qoparıb ağlamağa başladı və Əbu Musa ona heç nə deyə bilmədi. Ayıldıqda isə belə dedi: “Allah Elçisinin ﷺ uzaq olduğu kəsdən mən də uzağam. Həqiqətən, Allah Elçisi ﷺ (müsibət üz verdikdə) vay-şivən salıb ağlayan, başını qırxdıran və paltarını cıran qadından uzaqdır!””
İstinad
Muslim, 298 (İman, 197)
Səhih Muslim — İman kitabı