İman kitabı

Üzə vurmağın, paltarın yaxasını cırmağın və cahiliyyət dövründə deyilən sözləri deməyin haram buyurulması

حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ قَالاَ أَخْبَرَنَا جَعْفَرُ بْنُ عَوْنٍ أَخْبَرَنَا أَبُو عُمَيْسٍ قَالَ سَمِعْتُ أَبَا صَخْرَةَ يَذْكُرُ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ وَأَبِى بُرْدَةَ بْنِ أَبِى مُوسَى قَالاَ أُغْمِىَ عَلَى أَبِى مُوسَى وَأَقْبَلَتِ امْرَأَتُهُ أُمُّ عَبْدِ اللَّهِ تَصِيحُ بِرَنَّةٍ. قَالاَ ثُمَّ أَفَاقَ قَالَ أَلَمْ تَعْلَمِى - وَكَانَ يُحَدِّثُهَا - أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَنَا بَرِىءٌ مِمَّنْ حَلَقَ وَسَلَقَ وَخَرَقَ ».

“Abdur-Rahmən ibn Yezid və Əbu Burdə ibn Əbu Musa ﵀ belə rəvayət etmişlər: “Əbu Musa (ağır xəstə ikən) huşunu itirdi və zövcəsi Ummu Abdullah ona yaxınlaşıb hönkür-hönkür ağlamağa başladı. Əbu Musa ayıldıqdan sonra zövcəsinə dedi: “Məgər Allah Elçisinin ﷺ: “Mən saçını yolan, vay-şivən salıb ağlayan və paltarını cıran kimsədən uzağam!”, – dediyini bilmirsənmi?!””

Abdur-Rahmən ibn Yezid və Əbu Burdə ibn Əbu Musa
Səhih

İstinad

Muslim, 299 (İman, 198)

Səhih Muslim — İman kitabı