İman kitabı

İnsanın öz canına qəsd etməsinin ağır günah olması; kim özünü nə ilə qətlə yetirmişsə, ona odda onunla əzab verilər; Cənnətə yalnız müsəlman daxil olar

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ جَمِيعًا عَنْ عَبْدِ الرَّزَّاقِ - قَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ - أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنِ ابْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ شَهِدْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حُنَيْنًا فَقَالَ لِرَجُلٍ مِمَّنْ يُدْعَى بِالإِسْلاَمِ « هَذَا مِنْ أَهْلِ النَّارِ » فَلَمَّا حَضَرْنَا الْقِتَالَ قَاتَلَ الرَّجُلُ قِتَالاً شَدِيدًا فَأَصَابَتْهُ جِرَاحَةٌ فَقِيلَ يَا رَسُولَ اللَّهِ الرَّجُلُ الَّذِى قُلْتَ لَهُ آنِفًا « إِنَّهُ مِنْ أَهْلِ النَّارِ » فَإِنَّهُ قَاتَلَ الْيَوْمَ قِتَالاً شَدِيدًا وَقَدْ مَاتَ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِلَى النَّارِ » فَكَادَ بَعْضُ الْمُسْلِمِينَ أَنْ يَرْتَابَ فَبَيْنَمَا هُمْ عَلَى ذَلِكَ إِذْ قِيلَ إِنَّهُ لَمْ يَمُتْ وَلَكِنَّ بِهِ جِرَاحًا شَدِيدًا فَلَمَّا كَانَ مِنَ اللَّيْلِ لَمْ يَصْبِرْ عَلَى الْجِرَاحِ فَقَتَلَ نَفْسَهُ فَأُخْبِرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ فَقَالَ « اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنِّى عَبْدُ اللَّهِ وَرَسُولُهُ ». ثُمَّ أَمَرَ بِلاَلاً فَنَادَى فِى النَّاسِ « إِنَّهُ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ نَفْسٌ مُسْلِمَةٌ وَإِنَّ اللَّهَ يُؤَيِّدُ هَذَا الدِّينَ بِالرَّجُلِ الْفَاجِرِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Huneyn döyüşündə idik. Orada Allah Elçisi ﷺ müsəlman adlananlardan biri haqqında buyurdu: “Bu, Cəhənnəm əhlindəndir”. Döyüşə başladığımız zaman həmin adam var gücü ilə vuruşdu və ağır yaralandı. Səhabələr Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi, bayaq haqqında: “O, Cəhənnəm əhlindəndir”, – dediyin adam bu gün var gücü ilə vuruşdu və dünyasını dəyişdi”. Peyğəmbər ﷺ buyurdu: “(Onun yolu) Cəhənnəmədir”, – dedi. Bu sözdən sonra az qaldı ki, bəzi müsəlmanlar şübhəyə düşsün. Onlar şübhə içində olanda birdən səhabələrdən biri dedi: “O adam ölməyib, lakin ağır yaralıdır”. Gecə düşdükdə həmin adam ağrılara dözməyib öz canına qəsd etdi. Onun barəsində Peyğəmbərə ﷺ xəbər verildikdə o buyurdu: “Allahu Əkbər! Şahidlik edirəm ki, mən, həqiqətən də, Allahın qulu və elçisiyəm!” Sonra Bilala buyurdu, o da camaata bunu elan etdi: “Şübhəsiz ki, Cənnətə yalnız müsəlman girər. Həqiqətən, Allah bu dini günahkar bir adamın vasitəsilə olsa belə, qüvvətləndirər”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 319 (İman, 218)

Səhih Muslim — İman kitabı