İman kitabı

İnsanın öz canına qəsd etməsinin ağır günah olması; kim özünü nə ilə qətlə yetirmişsə, ona odda onunla əzab verilər; Cənnətə yalnız müsəlman daxil olar

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا يَعْقُوبُ - وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ الْقَارِىُّ - حَىٌّ مِنَ الْعَرَبِ - عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْتَقَى هُوَ وَالْمُشْرِكُونَ فَاقْتَتَلُوا. فَلَمَّا مَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى عَسْكَرِهِ وَمَالَ الآخَرُونَ إِلَى عَسْكَرِهِمْ وَفِى أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ لاَ يَدَعُ لَهُمْ شَاذَّةً إِلاَّ اتَّبَعَهَا يَضْرِبُهَا بِسَيْفِهِ فَقَالُوا مَا أَجْزَأَ مِنَّا الْيَوْمَ أَحَدٌ كَمَا أَجْزَأَ فُلاَنٌ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَا إِنَّهُ مِنْ أَهْلِ النَّارِ ». فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أَنَا صَاحِبُهُ أَبَدًا. قَالَ فَخَرَجَ مَعَهُ كُلَّمَا وَقَفَ وَقَفَ مَعَهُ وَإِذَا أَسْرَعَ أَسْرَعَ مَعَهُ - قَالَ - فَجُرِحَ الرَّجُلُ جُرْحًا شَدِيدًا فَاسْتَعْجَلَ الْمَوْتَ فَوَضَعَ نَصْلَ سَيْفِهِ بِالأَرْضِ وَذُبَابَهُ بَيْنَ ثَدْيَيْهِ ثُمَّ تَحَامَلَ عَلَى سَيْفِهِ فَقَتَلَ نَفْسَهُ فَخَرَجَ الرَّجُلُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَشْهَدُ أَنَّكَ رَسُولُ اللَّهِ. قَالَ « وَمَا ذَاكَ ». قَالَ الرَّجُلُ الَّذِى ذَكَرْتَ آنِفًا أَنَّهُ مِنْ أَهْلِ النَّارِ فَأَعْظَمَ النَّاسُ ذَلِكَ فَقُلْتُ أَنَا لَكُمْ بِهِ فَخَرَجْتُ فِى طَلَبِهِ حَتَّى جُرِحَ جُرْحًا شَدِيدًا فَاسْتَعْجَلَ الْمَوْتَ فَوَضَعَ نَصْلَ سَيْفِهِ بِالأَرْضِ وَذُبَابَهُ بَيْنَ ثَدْيَيْهِ ثُمَّ تَحَامَلَ عَلَيْهِ فَقَتَلَ نَفْسَهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ ذَلِكَ « إِنَّ الرَّجُلَ لَيَعْمَلُ عَمَلَ أَهْلِ الْجَنَّةِ فِيمَا يَبْدُو لِلنَّاسِ وَهُوَ مِنْ أَهْلِ النَّارِ وَإِنَّ الرَّجُلَ لَيَعْمَلُ عَمَلَ أَهْلِ النَّارِ فِيمَا يَبْدُو لِلنَّاسِ وَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ ».

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, yürüşlərin birində Allah Elçisi ﷺ və səhabələri müşriklərlə üz-üzə gəlib döyüşürdülər. Günün axırında Allah Elçisi ﷺ öz düşərgəsinə, müşriklər də öz düşərgələrinə çəkildilər. Allah Elçisinin ﷺ səhabələri arasında eləsi var idi ki, döyüşdə heç bir fürsəti əldən verməyərək çatdığı hər kəsi qılıncdan keçirmişdi. Bəziləri dedilər: “Bu gün bizim heç birimiz filankəs kimi döyüşmədi”. Allah Elçisi ﷺ buyurdu: “Ona gəlincə, o, Cəhənnəm əhlindəndir!” Səhabələrdən biri: “Mən axıra kimi onu izləyəcəyəm”, – dedi və onun dalınca düşdü. Adam hər dayandıqda səhabə onunla bərabər dayanır, tez-tez getdikdə isə ona çatmağa tələsirdi. Sonra həmin adam ölümcül yaralandı və ölümünü tezləşdirib əzab-əziyyətdən qurtulmaq üçün qılıncının qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxaraq canına qəsd etdi. Bundan sonra səhabə Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən şahidlik edirəm ki, sən Allahın Elçisisən!” Allah Elçisi ﷺ soruşdu: “Nə olub ki?” Səhabə dedi: “Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu hamını heyrətə saldı. Onda mən öz-özümə: “Mən onun barəsində sizə bir xəbər gətirərəm”, – dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam ölümcül yaralandı və ölümünü tezləşdirib əzab-əziyyətdən qurtulmaq üçün qılıncının qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxaraq canına qəsd etdi”. Bunu eşidəndə Allah Elçisi ﷺ buyurdu: “Ola bilsin, bir adam insanlara Cənnət əhlinin əməlini edən bir kəs kimi görünsün, lakin Cəhənnəm əhlindən olsun. Həmçinin ola bilsin ki, bir kimsə insanlara Cəhənnəm əhlinin əməlini edən bir kimsə kimi görünsün, lakin Cənnət əhlindən olsun”.”

Səhl ibn Səd əs-Səidi
Səhih

İstinad

Muslim, 320 (İman, 219)

Səhih Muslim — İman kitabı