İman kitabı

İnsanın öz canına qəsd etməsinin ağır günah olması; kim özünü nə ilə qətlə yetirmişsə, ona odda onunla əzab verilər; Cənnətə yalnız müsəlman daxil olar

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا الزُّبَيْرِىُّ - وَهُوَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ الزُّبَيْرِ - حَدَّثَنَا شَيْبَانُ قَالَ سَمِعْتُ الْحَسَنَ يَقُولُ « إِنَّ رَجُلاً مِمَّنْ كَانَ قَبْلَكُمْ خَرَجَتْ بِهِ قَرْحَةٌ فَلَمَّا آذَتْهُ انْتَزَعَ سَهْمًا مِنْ كِنَانَتِهِ فَنَكَأَهَا فَلَمْ يَرْقَإِ الدَّمُ حَتَّى مَاتَ. قَالَ رَبُّكُمْ قَدْ حَرَّمْتُ عَلَيْهِ الْجَنَّةَ ». ثُمَّ مَدَّ يَدَهُ إِلَى الْمَسْجِدِ فَقَالَ إِى وَاللَّهِ لَقَدْ حَدَّثَنِى بِهَذَا الْحَدِيثِ جُنْدَبٌ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى هَذَا الْمَسْجِدِ.

“Rəvayət edilir ki, Həsən əl-Bəsri ﵀ demişdir: “Sizdən əvvəl yaşamış insanlardan birinin bədənindən çiban çıxmışdı. Yara ona əziyyət verdikdə o, oxqabıdan bir ox çıxardıb çibanı deşdi. Onun qanı dayanmadan axmağa başladı və həmin adam öldü. Onda Rəbbiniz buyurdu: “Mən Cənnəti ona haram etdim”. Sonra Həsən əlini məscidə tərəf uzadıb dedi: “Allaha and olsun ki, Cundəb Allah Elçisindən ﷺ eşitdiyi bu hədisi mənə bu məsciddə danışmışdır”.”

əl-Həsən
Səhih

İstinad

Muslim, 321 (İman, 220)

Səhih Muslim — İman kitabı