İman kitabı

İnsanın öz canına qəsd etməsinin ağır günah olması; kim özünü nə ilə qətlə yetirmişsə, ona odda onunla əzab verilər; Cənnətə yalnız müsəlman daxil olar

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ الْمُقَدَّمِىُّ حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ حَدَّثَنَا أَبِى قَالَ سَمِعْتُ الْحَسَنَ يَقُولُ حَدَّثَنَا جُنْدَبُ بْنُ عَبْدِ اللَّهِ الْبَجَلِىُّ فِى هَذَا الْمَسْجِدِ فَمَا نَسِينَا وَمَا نَخْشَى أَنْ يَكُونَ جُنْدَبٌ كَذَبَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « خَرَجَ بِرَجُلٍ فِيمَنْ كَانَ قَبْلَكُمْ خُرَاجٌ ». فَذَكَرَ نَحْوَهُ.

“Rəvayət edilir ki, Həsən əl-Bəsri ﵀ demişdir: “Cundəb ibn Abdullah əl-Bəcəli bizə bu məsciddə bir hədis danışdı. Biz bu hədisi unutmamışıq, üstəlik, onun Allah Elçisindən ﷺ yalan danışa biləcəyindən də ehtiyat etmirik. Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən əvvəl yaşamış insanlardan birinin bədənindən çiban çıxmışdı...” və yuxarıdakı hədisi rəvayət etdi.”

Səhl ibn Səd əs-Səidi
Səhih

İstinad

Muslim, 322 (İman, 221)

Səhih Muslim — İman kitabı