Kafirin İslamı qəbul etməzdən əvvəl etdiyi yaxşı əməllərinin hökmünün bəyanı
حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ حَكِيمَ بْنَ حِزَامٍ أَخْبَرَهُ أَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرَأَيْتَ أُمُورًا كُنْتُ أَتَحَنَّثُ بِهَا فِى الْجَاهِلِيَّةِ هَلْ لِى فِيهَا مِنْ شَىْءٍ فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَسْلَمْتَ عَلَى مَا أَسْلَفْتَ مِنْ خَيْرٍ ». وَالتَّحَنُّثُ التَّعَبُّدُ.
“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ Allah Elçisindən ﷺ soruşdu: “Cahiliyyət dövründə ibadət məqsədilə gördüyüm yaxşı əməllər barədə nə deyə bilərsən?” Allah Elçisi ﷺ buyurdu: “Sən olub-keçmiş yaxşılıqlarla bərabər müsəlman oldun!” Hədisdə keçən “təhənnus” kəlməsi “ibadət etmək” deməkdir.”
İstinad
Muslim, 338 (İman, 237)
Səhih Muslim — İman kitabı