Kafirin İslamı qəbul etməzdən əvvəl etdiyi yaxşı əməllərinin hökmünün bəyanı
وَحَدَّثَنَا حَسَنٌ الْحُلْوَانِىُّ وَعَبْدُ بْنُ حُمَيْدٍ - قَالَ الْحُلْوَانِىُّ حَدَّثَنَا وَقَالَ عَبْدٌ حَدَّثَنِى - يَعْقُوبُ - وَهُوَ ابْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ - حَدَّثَنَا أَبِى عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ حَكِيمَ بْنَ حِزَامٍ أَخْبَرَهُ أَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَىْ رَسُولَ اللَّهِ أَرَأَيْتَ أُمُورًا كُنْتُ أَتَحَنَّثُ بِهَا فِى الْجَاهِلِيَّةِ مِنْ صَدَقَةٍ أَوْ عَتَاقَةٍ أَوْ صِلَةِ رَحِمٍ أَفِيهَا أَجْرٌ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَسْلَمْتَ عَلَى مَا أَسْلَفْتَ مِنْ خَيْرٍ ».
“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi, səncə cahiliyyət dövründə sədəqə vermək, qul azad etmək və qohumluq əlaqələrini möhkəmləndirmək kimi ibadət məqsədilə gördüyüm yaxşı işlərə görə mənə savab yazılırmı?” Peyğəmbər ﷺ buyurdu: “Sən olub-keçmiş yaxşılıqlarla bərabər müsəlman oldun!””
İstinad
Muslim, 339 (İman, 238)
Səhih Muslim — İman kitabı