İman kitabı

İmanda vəsvəsənin və bu vəsvəsələri özündə hiss edən kəsin nə deyəcəyinin bəyanı

حَدَّثَنِى عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ قَالَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى قَالَ حَدَّثَنِى عُقَيْلُ بْنُ خَالِدٍ قَالَ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَأْتِى الْعَبْدَ الشَّيْطَانُ فَيَقُولُ مَنْ خَلَقَ كَذَا وَكَذَا » مِثْلَ حَدِيثِ ابْنِ أَخِى ابْنِ شِهَابٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şeytan insanın yanına gəlib: “Filan və filan şeyi yaradan kimdir?”, – deyə suallar verir. Sonra isə ondan: “Rəbbini kim yaradıb?”, – deyə soruşur. Elə ki məsələ bu yerə gəlib çatdı, həmin adam Allaha sığınsın və (bu haqda olan fikirlərə) son qoysun”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 363 (İman, 262)

Səhih Muslim — İman kitabı