İmanda vəsvəsənin və bu vəsvəsələri özündə hiss edən kəsin nə deyəcəyinin bəyanı
حَدَّثَنِى عَبْدُ الْوَارِثِ بْنُ عَبْدِ الصَّمَدِ قَالَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يَزَالُ النَّاسُ يَسْأَلُونَكُمْ عَنِ الْعِلْمِ حَتَّى يَقُولُوا هَذَا اللَّهُ خَلَقَنَا فَمَنْ خَلَقَ اللَّهَ ». قَالَ وَهُوَ آخِذٌ بِيَدِ رَجُلٍ فَقَالَ صَدَقَ اللَّهُ وَرَسُولُهُ قَدْ سَأَلَنِى اثْنَانِ وَهَذَا الثَّالِثُ. أَوْ قَالَ سَأَلَنِى وَاحِدٌ وَهَذَا الثَّانِى.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İnsanlar sizə elm haqqında o qədər sual verəcəklər ki, axırda deyəcəklər: “Bax, Allah bizi yaradıb, bəs Allahı kim yaradıb?” Əbu Hureyra birinin əlindən tutduğu halda dedi: “Allah və Onun Elçisi doğru buyurmuşdur. Artıq iki nəfər məndən bu haqda soruşub, bu da üçüncüsüdür. (Və ya bir nəfər soruşub, bu da ikincisidir)”.”
İstinad
Muslim, 364 (İman, 263)
Səhih Muslim — İman kitabı