İman kitabı

Yalandan and içərək bir müsəlmanın haqqına girən kəsin Cəhənnəm odu ilə təhdid edilməsi

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ ح وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا وَكِيعٌ حَدَّثَنَا الأَعْمَشُ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ حَلَفَ عَلَى يَمِينِ صَبْرٍ يَقْتَطِعُ بِهَا مَالَ امْرِئٍ مُسْلِمٍ هُوَ فِيهَا فَاجِرٌ لَقِىَ اللَّهَ وَهُوَ عَلَيْهِ غَضْبَانُ ». قَالَ فَدَخَلَ الأَشْعَثُ بْنُ قَيْسٍ فَقَالَ مَا يُحَدِّثُكُمْ أَبُو عَبْدِ الرَّحْمَنِ قَالُوا كَذَا وَكَذَا. قَالَ صَدَقَ أَبُو عَبْدِ الرَّحْمَنِ فِىَّ نَزَلَتْ كَانَ بَيْنِى وَبَيْنَ رَجُلٍ أَرْضٌ بِالْيَمَنِ فَخَاصَمْتُهُ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « هَلْ لَكَ بَيِّنَةٌ ». فَقُلْتُ لاَ. قَالَ « فَيَمِينُهُ ». قُلْتُ إِذًا يَحْلِفُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ ذَلِكَ « مَنْ حَلَفَ عَلَى يَمِينِ صَبْرٍ يَقْتَطِعُ بِهَا مَالَ امْرِئٍ مُسْلِمٍ هُوَ فِيهَا فَاجِرٌ لَقِىَ اللَّهَ وَهُوَ عَلَيْهِ غَضْبَانُ ». فَنَزَلَتْ {ِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلاً} إِلَى آخِرِ الآيَةِ.

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim nəfsinə uyub bilə-bilə yalandan and içərək bir müsəlmanın malını mənimsəyərsə, Allahın hüzuruna Onun qəzəbinə gəlmiş halda yetişər”. Bu əsnada Əşəs ibn Qeys içəri girdi və soruşdu: “Əbu Abdur-Rahmən sizə nə danışır?” Onlar: “Belə-belə söyləyir”, – dedilər. Əşəs dedi: “Əbu Abdur-Rahmən doğru söylədi. Mənim başıma gəlmiş bir hadisədə ayə nazil olmuşdur. Bir vaxt mənimlə bir adamın arasında Yəməndəki bir ərazi üstündə mübahisə düşmüşdü. Mən bunun hökmünü Peyğəmbərdən ﷺ soruşduqda o buyurdu: “Sənin dəlilin varmı?” Mən: “Xeyr!”, – deyə cavab verdim. Peyğəmbər ﷺ buyurdu: “Elə isə, o, and içməlidir”. Mən dedim: “Belə olduğu təqdirdə, o, and içəcək”. Allah Elçisi ﷺ buyurdu: “Kim nəfsinə uyub bilərəkdən yalandan and içərək bir müsəlmanın malını mənimsəyərsə, Allahın hüzuruna Onun qəzəbinə gəlmiş halda yetişər”. Elə bu vaxt bu ayə nazil oldu: “Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara Axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Onlar üçün ağrılı-acılı bir əzab var”. (Ali-İmran, 77)”.”

Abdullah
Səhih

İstinad

Muslim, 372 (İman, 271)

Səhih Muslim — İman kitabı