İman kitabı

Yalandan and içərək bir müsəlmanın haqqına girən kəsin Cəhənnəm odu ilə təhdid edilməsi

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ مَنْ حَلَفَ عَلَى يَمِينٍ يَسْتَحِقُّ بِهَا مَالاً هُوَ فِيهَا فَاجِرٌ لَقِىَ اللَّهَ وَهُوَ عَلَيْهِ غَضْبَانُ. ثُمَّ ذَكَرَ نَحْوَ حَدِيثِ الأَعْمَشِ غَيْرَ أَنَّهُ قَالَ كَانَتْ بَيْنِى وَبَيْنَ رَجُلٍ خُصُومَةٌ فِى بِئْرٍ فَاخْتَصَمْنَا إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « شَاهِدَاكَ أَوْ يَمِينُهُ ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Kim yalandan and içərək bir müsəlmanın malına sahib çıxarsa, Allahın qəzəbinə gəlmiş halda Allaha qovuşar...”. Sonra yuxarıdakı hədisi rəvayət etdi, lakin bu hədisin əvvəlində deyilir: “Mənimlə bir adamın arasında bir quyu üstündə mübahisə düşdü. Biz mübahisəmizin hökmünü Allah Elçisindən ﷺ soruşduqda, o buyurdu: “Sən iki şahid gətirməlisən, ya da o, and içməlidir”.”

Abdullah
Səhih

İstinad

Muslim, 373 (İman, 272)

Səhih Muslim — İman kitabı