İman kitabı

Yalandan and içərək bir müsəlmanın haqqına girən kəsin Cəhənnəm odu ilə təhdid edilməsi

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَهَنَّادُ بْنُ السَّرِىِّ وَأَبُو عَاصِمٍ الْحَنَفِىُّ - وَاللَّفْظُ لِقُتَيْبَةَ - قَالُوا حَدَّثَنَا أَبُو الأَحْوَصِ عَنْ سِمَاكٍ عَنْ عَلْقَمَةَ بْنِ وَائِلٍ عَنْ أَبِيهِ قَالَ جَاءَ رَجُلٌ مِنْ حَضْرَمَوْتَ وَرَجُلٌ مِنْ كِنْدَةَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ الْحَضْرَمِىُّ يَا رَسُولَ اللَّهِ إِنَّ هَذَا قَدْ غَلَبَنِى عَلَى أَرْضٍ لِى كَانَتْ لأَبِى. فَقَالَ الْكِنْدِىُّ هِىَ أَرْضِى فِى يَدِى أَزْرَعُهَا لَيْسَ لَهُ فِيهَا حَقٌّ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلْحَضْرَمِىِّ « أَلَكَ بَيِّنَةٌ ». قَالَ لاَ. قَالَ « فَلَكَ يَمِينُهُ ». قَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ الرَّجُلَ فَاجِرٌ لاَ يُبَالِى عَلَى مَا حَلَفَ عَلَيْهِ وَلَيْسَ يَتَوَرَّعُ مِنْ شَىْءٍ. فَقَالَ « لَيْسَ لَكَ مِنْهُ إِلاَّ ذَلِكَ » فَانْطَلَقَ لِيَحْلِفَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا أَدْبَرَ « أَمَا لَئِنْ حَلَفَ عَلَى مَالِهِ لِيَأْكُلَهُ ظُلْمًا لَيَلْقَيَنَّ اللَّهَ وَهُوَ عَنْهُ مُعْرِضٌ ».

“Rəvayət edilir ki, Vail ﵁ demişdir: “Bir nəfər Hədraməutdan, bir nəfər də Kindədən Peyğəmbərin ﷺ yanına gəldi. Hədramlı dedi: “Ey Allahın Elçisi, bu adam vaxtı ilə atama məxsus olan bir ərazini zəbt edib”. Kindəli isə dedi: “Bu mənim əlimdə olan, əkib-becərdiyim bir ərazidir. Bu adamın onda heç bir haqqı yoxdur”. Allah Elçisi ﷺ hədramlıdan soruşdu: “Sənin dəlilin varmı?” O: “Xeyr!”, – dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə, onun and içməsi sənə yetər”. Hədramlı dedi: “Ey Allahın Elçisi, bu adam fasiqdir, nəyə and içdiyinə əhəmiyyət verməz, nəyinsə günah olduğundan çəkinməz”. Allah Elçisi ﷺ buyurdu: “Sənə bu anddan başqa heç nə çatmayacaq”. Bundan sonra həmin adam and içməyə getdi. Allah Elçisi ﷺ qayıtdığı zaman belə buyurdu: “Biləsiniz, əgər o bunun malını haqsızcasına yemək üçün and içərsə, o, Allah ondan üz döndərdiyi halda Onun hüzuruna gələr”.”

Vail
Səhih

İstinad

Muslim, 375 (İman, 274)

Səhih Muslim — İman kitabı