İman kitabı

Yalandan and içərək bir müsəlmanın haqqına girən kəsin Cəhənnəm odu ilə təhdid edilməsi

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ جَمِيعًا عَنْ أَبِى الْوَلِيدِ قَالَ زُهَيْرٌ حَدَّثَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ عَلْقَمَةَ بْنِ وَائِلٍ عَنْ وَائِلِ بْنِ حُجْرٍ قَالَ كُنْتُ عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَاهُ رَجُلاَنِ يَخْتَصِمَانِ فِى أَرْضٍ فَقَالَ أَحَدُهُمَا إِنَّ هَذَا انْتَزَى عَلَى أَرْضِى يَا رَسُولَ اللَّهِ فِى الْجَاهِلِيَّةِ - وَهُوَ امْرُؤُ الْقَيْسِ بْنُ عَابِسٍ الْكِنْدِىُّ وَخَصْمُهُ رَبِيعَةُ بْنُ عِبْدَانَ - قَالَ « بَيِّنَتُكَ ». قَالَ لَيْسَ لِى بَيِّنَةٌ. قَالَ « يَمِينُهُ ». قَالَ إِذًا يَذْهَبُ بِهَا. قَالَ « لَيْسَ لَكَ إِلاَّ ذَاكَ ». قَالَ فَلَمَّا قَامَ لِيَحْلِفَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنِ اقْتَطَعَ أَرْضًا ظَالِمًا لَقِىَ اللَّهَ وَهُوَ عَلَيْهِ غَضْبَانُ ». قَالَ إِسْحَاقُ فِى رِوَايَتِهِ رَبِيعَةُ بْنُ عَيْدَانَ.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanında idim. Bu vaxt torpaq üstündə mübahisələri düşmüş iki nəfər onun yanına gəldi. Onlardan biri dedi: “Bu adam cahiliyyət dövründə mənim ərazimi zorla ələ keçirmişdir”. Bunu deyən adam Qeys ibn Abis əl-Kindi, qarşı tərəf isə Rabia ibn İbdan idi. Peyğəmbər ﷺ buyurdu: “Dəlilin nədir?” Qeys dedi: “Mənim heç bir dəlilim yoxdur”. Peyğəmbər ﷺ buyurdu: “Onun and içməsi (kifayət edir)”. Qeys dedi: “Belə olduqda, o mənim ərazimi özününkü edəcək”. Peyğəmbər ﷺ buyurdu: “Sənə bundan başqa heç nə çatmayacaq”. Həmin adam and içmək üçün ayağa qalxdıqda Allah Elçisi ﷺ buyurdu: “Kim bir ərazini haqsızcasına ələ keçirərsə, Allahın qəzəbinə gəlmiş halda Allaha qovuşar”. Ravi İshaq deyir: “...qarşı tərəf isə Rabia ibn İydan idi”.”

Vail ibn Hucr
Səhih

İstinad

Muslim, 376 (İman, 275)

Səhih Muslim — İman kitabı