Başqasının malını haqsızcasına mənimsəməyə can atan pisniyyətli adamın qanının halal olmasının, əgər öldürülərsə, Cəhənnəmlik olmasının və öz malı uğrunda öldürülən kimsənin şəhid olmasının dəlili
حَدَّثَنِى أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ حَدَّثَنَا خَالِدٌ - يَعْنِى ابْنَ مَخْلَدٍ - حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ إِنْ جَاءَ رَجُلٌ يُرِيدُ أَخْذَ مَالِى قَالَ « فَلاَ تُعْطِهِ مَالَكَ ». قَالَ أَرَأَيْتَ إِنْ قَاتَلَنِى قَالَ « قَاتِلْهُ ». قَالَ أَرَأَيْتَ إِنْ قَتَلَنِى قَالَ « فَأَنْتَ شَهِيدٌ ». قَالَ أَرَأَيْتَ إِنْ قَتَلْتُهُ قَالَ « هُوَ فِى النَّارِ ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, de görək, bir adam gəlib mənim malımı əlimdən almaq istəsə, mən nə edim?” Peyğəmbər ﷺ buyurdu: “Malını ona vermə”. Kişi soruşdu: “Yaxşı, bəs mənimlə vuruşsa, necə olsun?” Peyğəmbər ﷺ buyurdu: “Sən də onunla vuruş!” Kişi soruşdu: “Bəs o məni öldürsə, necə?” Peyğəmbər ﷺ buyurdu: “Sən şəhid olarsan!” Kişi soruşdu: “Bəs mən onu öldürsəm necə?” Allah Elçisi ﷺ buyurdu: “O, Cəhənnəmlikdir!””
İstinad
Muslim, 377 (İman, 276)
Səhih Muslim — İman kitabı