Başqasının malını haqsızcasına mənimsəməyə can atan pisniyyətli adamın qanının halal olmasının, əgər öldürülərsə, Cəhənnəmlik olmasının və öz malı uğrunda öldürülən kimsənin şəhid olmasının dəlili
حَدَّثَنِى الْحَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ وَمُحَمَّدُ بْنُ رَافِعٍ - وَأَلْفَاظُهُمْ مُتَقَارِبَةٌ - قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى سُلَيْمَانُ الأَحْوَلُ أَنَّ ثَابِتًا مَوْلَى عُمَرَ بْنِ عَبْدِ الرَّحْمَنِ أَخْبَرَهُ أَنَّهُ لَمَّا كَانَ بَيْنَ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو وَبَيْنَ عَنْبَسَةَ بْنِ أَبِى سُفْيَانَ مَا كَانَ تَيَسَّرُوا لِلْقِتَالِ فَرَكِبَ خَالِدُ بْنُ الْعَاصِ إِلَى عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو فَوَعَظَهُ خَالِدٌ فَقَالَ عَبْدُ اللَّهِ بْنُ عَمْرٍو أَمَا عَلِمْتَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ قُتِلَ دُونَ مَالِهِ فَهُوَ شَهِيدٌ ».
“Rəvayət edilir ki, Ömər ibn Abdur-Rahmənin ﵀ köləlikdən azad etdiyi Sabit demişdir: “Abdullah ibn Amr ilə Ənbəsə ibn Əbu Süfyan arasında narazılıq olduğu zaman döyüşməyə hazırlaşdılar. Həmin vaxt Xalid ibn əl-As Abdullah ibn Amrın yanına gəlib ona öyüd-nəsihət etdi. Abdullah ibn Amr dedi: “Məgər sən Allah Elçisinin ﷺ: “Kim öz malı uğrunda öldürülsə, o, şəhiddir”, – buyurduğunu bilmirsənmi?””
İstinad
Muslim, 378 (İman, 277)
Səhih Muslim — İman kitabı