İman kitabı

Tabeçiliyində olanları aldadan rəhbərin Cəhənnəmə layiq olması

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا أَبُو الأَشْهَبِ عَنِ الْحَسَنِ قَالَ عَادَ عُبَيْدُ اللَّهِ بْنُ زِيَادٍ مَعْقِلَ بْنَ يَسَارٍ الْمُزَنِىَّ فِى مَرَضِهِ الَّذِى مَاتَ فِيهِ. قَالَ مَعْقِلٌ إِنِّى مُحَدِّثُكَ حَدِيثًا سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَوْ عَلِمْتُ أَنَّ لِى حَيَاةً مَا حَدَّثْتُكَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَا مِنْ عَبْدٍ يَسْتَرْعِيهِ اللَّهُ رَعِيَّةً يَمُوتُ يَوْمَ يَمُوتُ وَهُوَ غَاشٌّ لِرَعِيَّتِهِ إِلاَّ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ ».

“Rəvayət edilir ki, Həsən əl-Bəsri ﵀ demişdir: “Məqil ibn Yəsar əl-Muzəni ölümü ilə nəticələnən xəstəliyə tutulduğu vaxt Ubeydullah ibn Ziyad onu ziyarət etdi və Məqil ona dedi: “Mən sənə Allah Elçisindən ﷺ eşitdiyim bir hədisi danışacağam. Əgər bundan sonra yaşayacağımı bilsəydim, bu hədisi sənə danışmazdım. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah Öz qullarından birinə tabeçiliyində olanların qeydinə qalmağı həvalə edər, o da ölərkən xalqını aldatmış halda ölərsə, Allah Cənnəti ona mütləq haram edər”.”

əl-Həsən
Səhih

İstinad

Muslim, 380 (İman, 279)

Səhih Muslim — İman kitabı