Tabeçiliyində olanları aldadan rəhbərin Cəhənnəmə layiq olması
حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ عَنْ يُونُسَ عَنِ الْحَسَنِ قَالَ دَخَلَ عُبَيْدُ اللَّهِ بْنُ زِيَادٍ عَلَى مَعْقِلِ بْنِ يَسَارٍ وَهُوَ وَجِعٌ فَسَأَلَهُ فَقَالَ إِنِّى مُحَدِّثُكَ حَدِيثًا لَمْ أَكُنْ حَدَّثْتُكَهُ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يَسْتَرْعِى اللَّهُ عَبْدًا رَعِيَّةً يَمُوتُ حِينَ يَمُوتُ وَهُوَ غَاشٌّ لَهَا إِلاَّ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ ». قَالَ أَلاَّ كُنْتَ حَدَّثْتَنِى هَذَا قَبْلَ الْيَوْمِ قَالَ مَا حَدَّثْتُكَ أَوْ لَمْ أَكُنْ لأُحَدِّثَكَ.
“Rəvayət edilir ki, Həsən əl-Bəsri ﵀ demişdir: “Ubeydullah ibn Ziyad xəstə yatan Məqil ibn Yəsarın yanına gəlib onun halını soruşdu. Məqil dedi: “Mən sənə indiyədək danışmadığım bir hədisi danışacağam. Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah Öz qullarından birinə tabeçiliyində olanların qeydinə qalmağı həvalə edər, o da öldüyü gün onları aldatmış halda ölərsə, Allah Cənnəti ona mütləq haram edər”. Ubeydullah dedi: “Niyə bunu mənə indiyədək danışmamısan?” Məqil dedi: “Sənə danışmamışam, (yaxud sənə danışmayacaqdım)”.”
İstinad
Muslim, 381 (İman, 280)
Səhih Muslim — İman kitabı