İman kitabı

Zalımın zülmündən qorxan adamın imanı gizlətməsinin icazəli olması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَمُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ وَأَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لأَبِى كُرَيْبٍ - قَالُوا حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ عَنْ حُذَيْفَةَ قَالَ كُنَّا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَحْصُوا لِى كَمْ يَلْفِظُ الإِسْلاَمَ ». قَالَ فَقُلْنَا يَا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَتَخَافُ عَلَيْنَا وَنَحْنُ مَا بَيْنَ السِّتِّمِائَةِ إِلَى السَّبْعِمِائَةِ قَالَ « إِنَّكُمْ لاَ تَدْرُونَ لَعَلَّكُمْ أَنْ تُبْتَلَوْا ». قَالَ فَابْتُلِينَا حَتَّى جَعَلَ الرَّجُلُ مِنَّا لاَ يُصَلِّى إِلاَّ سِرًّا.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisinin ﷺ yanında ikən, o, belə buyurdu: “İslam (tək-Allahlılıq) kəlməsini tələffüz edən kimsələrin sayının nə qədər olduğunu mənim üçün sayın”. Biz dedik: “Ey Allahın Elçisi! Bizim sayımız altı yüzlə yeddi yüz arasında olduğu halda, sən bizə görə qorxursan?” Allah Elçisi ﷺ buyurdu: “Siz bilmirsiniz! Ola bilsin ki, başınıza müsibət gəlsin”. Huzeyfə dedi: “Həqiqətən də, sonralar bizə müsibət üz verdi. İş o yerə gəlib çatmışdı ki, bəzilərimiz namazını ancaq gizlində qılırdı”.”

Huzeyfə
Səhih

İstinad

Muslim, 394 (İman, 293)

Səhih Muslim — İman kitabı