İman zəifliyi üzündən imanına görə ehtiyat edilən kimsənin qəlbinin İslama isinişdirilməsi və qəti bir dəlil olmadan kiminsə qətiyyətlə mömin olduğunu deməyin qadağan edilməsi
حَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الزُّهْرِىِّ عَنْ عَامِرِ بْنِ سَعْدٍ عَنْ أَبِيهِ قَالَ قَسَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَسْمًا فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَعْطِ فُلاَنًا فَإِنَّهُ مُؤْمِنٌ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَوْ مُسْلِمٌ » أَقُولُهَا ثَلاَثًا. وَيُرَدِّدُهَا عَلَىَّ ثَلاَثًا « أَوْ مُسْلِمٌ » ثُمَّ قَالَ « إِنِّى لأُعْطِى الرَّجُلَ وَغَيْرُهُ أَحَبُّ إِلَىَّ مِنْهُ مَخَافَةَ أَنْ يَكُبَّهُ اللَّهُ فِى النَّارِ ».
“Amir ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir dəfə Allah Elçisi ﷺ bəzi şeyləri camaat arasında paylaşdırdı. Onda mən dedim: “Ey Allahın Elçisi, filankəsə də ver, axı o, mömindir”. Peyğəmbər ﷺ buyurdu: “Bəlkə müsəlmandır”. Mən sözümü üç dəfə təkrar etdim. Peyğəmbər ﷺ də: “Bəlkə müsəlmandır” sözünü üç dəfə təkrar etdi, sonra da belə buyurdu: “Mən bəzən bir adama Allah onu üzü üstə Cəhənnəmə atmasın deyə hədiyyə verirəm, halbuki başqasını ondan da çox istəyirəm”.”
İstinad
Muslim, 395 (İman, 294)
Səhih Muslim — İman kitabı