İman zəifliyi üzündən imanına görə ehtiyat edilən kimsənin qəlbinin İslama isinişdirilməsi və qəti bir dəlil olmadan kiminsə qətiyyətlə mömin olduğunu deməyin qadağan edilməsi
وَحَدَّثَنَا الْحَسَنُ الْحُلْوَانِىُّ حَدَّثَنَا يَعْقُوبُ حَدَّثَنَا أَبِى عَنْ صَالِحٍ عَنْ إِسْمَاعِيلَ بْنِ مُحَمَّدٍ قَالَ سَمِعْتُ مُحَمَّدَ بْنَ سَعْدٍ يُحَدِّثُ هَذَا فَقَالَ فِى حَدِيثِهِ فَضَرَبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ بَيْنَ عُنُقِى وَكَتِفِى ثُمَّ قَالَ « أَقِتَالاً أَىْ سَعْدُ إِنِّى لأُعْطِى الرَّجُلَ ».
“Yuxarıdakı hədisin mətninə oxşar hədisdir, lakin bu hədisdə deyilir: “Peyğəmbər ﷺ əli ilə mənim boynumun bel sütununa birləşən tərəfinə vurdu, sonra da buyurdu: “(Mənimlə) döyüşməkmi (istəyirsən), ey Səd?! Mən bir adama (pay) verirəm...”.”
İstinad
Muslim, 398 (İman, 297)
Səhih Muslim — İman kitabı