Dəlillərin bir-birini qüvvətləndirməsi səbəbi ilə qəlbin yəqinliyinin artması
وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ وَسَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « نَحْنُ أَحَقُّ بِالشَّكِّ مِنْ إِبْرَاهِيمَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ قَالَ {رَبِّ أَرِنِى كَيْفَ تُحْيِى الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِنْ قَالَ بَلَى وَلَكِنْ لِيَطْمَئِنَّ قَلْبِى} قَالَ « وَيَرْحَمُ اللَّهُ لُوطًا لَقَدْ كَانَ يَأْوِى إِلَى رُكْنٍ شَدِيدٍ وَلَوْ لَبِثْتُ فِى السِّجْنِ طُولَ لَبْثِ يُوسُفَ لأَجَبْتُ الدَّاعِىَ ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biz şübhə etməyə İbrahimdən ﷺ daha çox haqlıyıq. “Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”, – dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?”, – dedi. İbrahim dedi: “Əlbəttə, inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun...” (əl-Bəqərə, 260). Allah Luta rəhmət eləsin! Həqiqətən, o, möhkəm bir dayağa söykənirdi. Əgər mən Yusuf qədər zindanda qalsaydım, (sonra da padşahın elçisi gəlib məni çağırsaydı,) mən onun çağırışını dərhal qəbul edərdim”.”
İstinad
Muslim, 399 (İman, 298)
Səhih Muslim — İman kitabı