Allah Elçisinə ﷺ gələn vəhyin başlanğıcı
وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى يُونُسُ قَالَ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ الأَنْصَارِىَّ - وَكَانَ مِنْ أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُحَدِّثُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُحَدِّثُ عَنْ فَتْرَةِ الْوَحْىِ - قَالَ فِى حَدِيثِهِ « فَبَيْنَا أَنَا أَمْشِى سَمِعْتُ صَوْتًا مِنَ السَّمَاءِ فَرَفَعْتُ رَأْسِى فَإِذَا الْمَلَكُ الَّذِى جَاءَنِى بِحِرَاءٍ جَالِسًا عَلَى كُرْسِىٍّ بَيْنَ السَّمَاءِ وَالأَرْضِ » قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَجُئِثْتُ مِنْهُ فَرَقًا فَرَجَعْتُ فَقُلْتُ زَمِّلُونِى زَمِّلُونِى. فَدَثَّرُونِى فَأَنْزَلَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى {يَا أَيُّهَا الْمُدَّثِّرُ قُمْ فَأَنْذِرْ وَرَبَّكَ فَكَبِّرْ وَثِيَابَكَ فَطَهِّرْ وَالرُّجْزَ فَاهْجُرْ} وَهِىَ الأَوْثَانُ قَالَ ثُمَّ تَتَابَعَ الْوَحْىُ.
“Allah Elçisinin ﷺ səhabələrindən olmuş Cabir ibn Abdullah əl-Ənsari ﵄ demişdir: “Allah Elçisi ﷺ vəhyin (müvəqqəti) kəsilməsindən danışarkən bunu buyurmuşdur: “Bir dəfə mən yol gedərkən göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də gördüm ki, Hira dağında yanıma gələn mələk göylə yer arasında olan kürsünün üzərində oturub. Mən ondan bərk qorxdum. Evə qayıdıb dedim: “Üstümü örtün, üstümü örtün!” Allah ﷿ da: “Ey libasına örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!” (əl-Muddəssir, 1-5) ayələrini nazil etdi”. Ayədə keçən “pis şeylər” bütlərdir. Peyğəmbər ﷺ buyurdu: “Sonra vəhy çoxaldı və bir-birinin ardınca nazil olmağa başladı”.”
İstinad
Muslim, 425 (İman, 324)
Səhih Muslim — İman kitabı