Allah Elçisinə ﷺ gələn vəhyin başlanğıcı
وَحَدَّثَنِى عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ قَالَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى قَالَ حَدَّثَنِى عُقَيْلُ بْنُ خَالِدٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ سَمِعْتُ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ يَقُولُ أَخْبَرَنِى جَابِرُ بْنُ عَبْدِ اللَّهِ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « ثُمَّ فَتَرَ الْوَحْىُ عَنِّى فَتْرَةً فَبَيْنَا أَنَا أَمْشِى » ثُمَّ ذَكَرَ مِثْلَ حَدِيثِ يُونُسَ غَيْرَ أَنَّهُ قَالَ « فَجُثِثْتُ مِنْهُ فَرَقًا حَتَّى هَوَيْتُ إِلَى الأَرْضِ ». قَالَ وَقَالَ أَبُو سَلَمَةَ وَالرُّجْزُ الأَوْثَانُ قَالَ ثُمَّ حَمِىَ الْوَحْىُ بَعْدُ وَتَتَابَعَ. وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ نَحْوَ حَدِيثِ يُونُسَ وَقَالَ فَأَنْزَلَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى {يَا أَيُّهَا الْمُدَّثِّرُ} إِلَى قَوْلِهِ {وَالرُّجْزَ فَاهْجُرْ} قَبْلَ أَنْ تُفْرَضَ الصَّلاَةُ - وَهِىَ الأَوْثَانُ - وَقَالَ « فَجُثِثْتُ مِنْهُ ». كَمَا قَالَ عُقَيْلٌ.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Sonra vəhy müvəqqəti olaraq kəsildi. Bir dəfə mən yol gedərkən...”. Ravi bu hədisi yuxarıda olan hədis kimi rəvayət etmişdir, lakin bu rəvayətdə Allah Elçisinin ﷺ: “Mən ondan bərk qorxdum, hətta (qorxumdan) yerə yıxıldım”, - dediyini, Əbu Sələmənin: “Pis şeylər bütlərdir”, - dediyini və bir də Peyğəmbərin ﷺ: “Sonra vəhy şiddətləndi və ardı-arası kəsilmədən nazil olmağa başladı”, - dediyini qeyd etmişdir. Sonra: “Allah ﷿ hələ namaz vacib buyurulmamışdan əvvəl: “Ey libasına örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!” (əl-Muddəssir, 1-5) ayələrini nazil etdi”. (Ayədə keçən) “pis şeylər” bütlər deməkdir. Ravi Məmər də Uqeylin rəvayət etdiyi kimi, Peyğəmbərin ﷺ: “Mən ondan bərk qorxdum”, - dediyini rəvayət etmişdir.”
İstinad
Muslim, 426 (İman, 325)
Səhih Muslim — İman kitabı