İman kitabı

Allah Elçisinə ﷺ gələn vəhyin başlanğıcı

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا الأَوْزَاعِىُّ قَالَ سَمِعْتُ يَحْيَى يَقُولُ سَأَلْتُ أَبَا سَلَمَةَ أَىُّ الْقُرْآنِ أُنْزِلَ قَبْلُ قَالَ يَا أَيُّهَا الْمُدَّثِّرُ. فَقُلْتُ أَوِ اقْرَأْ. فَقَالَ سَأَلْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ أَىُّ الْقُرْآنِ أُنْزِلَ قَبْلُ قَالَ يَا أَيُّهَا الْمُدَّثِّرُ. فَقُلْتُ أَوِ اقْرَأْ قَالَ جَابِرٌ أُحَدِّثُكُمْ مَا حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « جَاوَرْتُ بِحِرَاءٍ شَهْرًا فَلَمَّا قَضَيْتُ جِوَارِى نَزَلْتُ فَاسْتَبْطَنْتُ بَطْنَ الْوَادِى فَنُودِيتُ فَنَظَرْتُ أَمَامِى وَخَلْفِى وَعَنْ يَمِينِى وَعَنْ شِمَالِى فَلَمْ أَرَ أَحَدًا ثُمَّ نُودِيتُ فَنَظَرْتُ فَلَمْ أَرَ أَحَدًا ثُمَّ نُودِيتُ فَرَفَعْتُ رَأْسِى فَإِذَا هُوَ عَلَى الْعَرْشِ فِى الْهَوَاءِ - يَعْنِى جِبْرِيلَ عَلَيْهِ السَّلاَمُ - فَأَخَذَتْنِى رَجْفَةٌ شَدِيدَةٌ فَأَتَيْتُ خَدِيجَةَ فَقُلْتُ دَثِّرُونِى. فَدَثَّرُونِى فَصَبُّوا عَلَىَّ مَاءً فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {يَا أَيُّهَا الْمُدَّثِّرُ قُمْ فَأَنْذِرْ وَرَبَّكَ فَكَبِّرْ وَثِيَابَكَ فَطَهِّرْ} ».

“Rəvayət edilir ki, Yəhya ﵀ demişdir: “Mən Əbu Sələmədən soruşdum: “Quranın hansı ayəsi daha əvvəl nazil olmuşdur?” O dedi: “Ey libasına örtünmüş peyğəmbər!” Mən dedim: “Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!..” (və sonrakı dörd ayə daha öncə nazil olmuşdur)?” O dedi: “Mən Cabir ibn Abdullahdan soruşdum: “Quranın hansı ayəsi daha əvvəl nazil olmuşdur?” O dedi: “Ey libasına örtünmüş peyğəmbər!” Mən dedim: “Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!” O dedi: “Mən sizə Allah Elçisinin ﷺ bizə danışdığı hədisi danışacağam. O demişdir: “Mən düz bir ay Hira dağında qaldım. Qaldığım müddət başa çatdıqdan sonra aşağı endim. Mən vadinin içində ikən mənə səda gəldi. Dərhal önümə, arxama, sağıma və soluma baxdım, lakin heç kəsi görmədim. Sonra yenə məni çağırdılar. Bu dəfə də baxdım, amma heç kəsi görə bilmədim. Sonra yenə məni səslədilər. Bu səfər başımı yuxarı qaldırdım. Bir də baxdım ki, o, (yəni Cəbrail ﵇) havada taxtın üstündə əyləşib. Bu səbəbdən canıma vəlvələ düşdü. Mən Xədicənin yanına gəlib: “Məni bürüyün!”, – dedim. Məni bürüdülər, üstümə də su əndərdilər. Onda Allah ﷿ bu ayələri nazil etdi: “Ey libasına örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla!” (əl-Muddəssir, 1-4)”.”

Yəhya
Səhih

İstinad

Muslim, 427 (İman, 326)

Səhih Muslim — İman kitabı