Allah Elçisinin ﷺ gecə vaxtı göylərə yüksəlməsi və namazların vacib buyurulması
وَحَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ أَخْبَرَنَا يُونُسُ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا شَيْبَانُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ قَتَادَةَ عَنْ أَبِى الْعَالِيَةِ حَدَّثَنَا ابْنُ عَمِّ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ابْنُ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَرَرْتُ لَيْلَةَ أُسْرِىَ بِى عَلَى مُوسَى بْنِ عِمْرَانَ - عَلَيْهِ السَّلاَمُ - رَجُلٌ آدَمُ طُوَالٌ جَعْدٌ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ وَرَأَيْتُ عِيسَى ابْنَ مَرْيَمَ مَرْبُوعَ الْخَلْقِ إِلَى الْحُمْرَةِ وَالْبَيَاضِ سَبِطَ الرَّأْسِ ». وَأُرِىَ مَالِكًا خَازِنَ النَّارِ وَالدَّجَّالَ. فِى آيَاتٍ أَرَاهُنَّ اللَّهُ إِيَّاهُ فَلاَ تَكُنْ {فِى مِرْيَةٍ مِنْ لِقَائِهِ}. قَالَ كَانَ قَتَادَةُ يُفَسِّرُهَا أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ لَقِىَ مُوسَى عَلَيْهِ السَّلاَمُ.
“İbn Abbas ﵄ rəvayət etmişdir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Mən göylərə qalxdığım gecə İmran oğlu Musanın ﵇ yanına gəldim. Qarabuğdayı, hündürboylu və dolubədənli bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi. Məryəm oğlu İsanı da gördüm – ortaboylu alyanaq ağbəniz və nazik saçlı bir adam idi”. Peyğəmbərə ﷺ Cəhənnəmin gözətçisi Malik, bir də Dəccal göstərildi. Bir çox əlamətlər içində Allah bunları da ona göstərmişdir”. “Elə isə Sən onunla görüşəcəyinə şübhə etmə”. (əs-Səcdə, 23). Qatədə bu ayəni təfsir edərək demişdir: “Allahın Peyğəmbəri ﷺ, həqiqətən də, Musa ﵇ ilə görüşmüşdür”.”
İstinad
Muslim, 437 (İman, 336)
Səhih Muslim — İman kitabı