İman kitabı

Allah Elçisinin ﷺ gecə vaxtı göylərə yüksəlməsi və namazların vacib buyurulması

حَدَّثَنَا أَحْمَدُ بْنُ حَنْبَلٍ وَسُرَيْجُ بْنُ يُونُسَ قَالاَ حَدَّثَنَا هُشَيْمٌ أَخْبَرَنَا دَاوُدُ بْنُ أَبِى هِنْدٍ عَنْ أَبِى الْعَالِيَةِ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِوَادِى الأَزْرَقِ فَقَالَ « أَىُّ وَادٍ هَذَا ». فَقَالُوا هَذَا وَادِى الأَزْرَقِ. قَالَ « كَأَنِّى أَنْظُرُ إِلَى مُوسَى - عَلَيْهِ السَّلاَمُ - هَابِطًا مِنَ الثَّنِيَّةِ وَلَهُ جُؤَارٌ إِلَى اللَّهِ بِالتَّلْبِيَةِ ». ثُمَّ أَتَى عَلَى ثَنِيَّةِ هَرْشَى. فَقَالَ « أَىُّ ثَنِيَّةٍ هَذِهِ ». قَالُوا ثَنِيَّةُ هَرْشَى قَالَ « كَأَنِّى أَنْظُرُ إِلَى يُونُسَ بْنِ مَتَّى - عَلَيْهِ السَّلاَمُ - عَلَى نَاقَةٍ حَمْرَاءَ جَعْدَةٍ عَلَيْهِ جُبَّةٌ مِنْ صُوفٍ خِطَامُ نَاقَتِهِ خُلْبَةٌ وَهُوَ يُلَبِّى ». قَالَ ابْنُ حَنْبَلٍ فِى حَدِيثِهِ قَالَ هُشَيْمٌ يَعْنِى لِيفًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ Əzraq vadisinə gəldi və dedi: “Bu, hansı vadidir?” Səhabələr ona dedilər: “Bu, Əzraq vadisidir”. Peyğəmbər ﷺ buyurdu: “Mən sanki, Musanın ﵇ gur səslə Allaha təlbiyə deyərək təpədən aşağı endiyini görürəm”. Sonra Peyğəmbər ﷺ Hərşa keçidinə gəldi və dedi: “Bu, hansı keçiddir?” Səhabələr ona dedilər: “Bu, Hərşa keçididir”. Peyğəmbər ﷺ buyurdu: “Mən sanki, Yunus ibn Məttanı ﵇ ətli-canlı, qırmızı bir dişi dəvənin üstündə, əynində yundan bir cübbə olduğu halda görürəm. Dəvəsinin ovsarı xulbədəndir. Özü də təlbiyə deyir”. İbn Hənbəl öz rəvayətində demişdir: “Huşeym demişdir: “Peyğəmbər ﷺ “xulbə” dedikdə lifi nəzərdə tutmuşdur”.”

İbn Abbas
Səhih

İstinad

Muslim, 438 (İman, 337)

Səhih Muslim — İman kitabı