İman kitabı

Allah Elçisinin ﷺ gecə vaxtı göylərə yüksəlməsi və namazların vacib buyurulması

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ دَاوُدَ عَنْ أَبِى الْعَالِيَةِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ سِرْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ مَكَّةَ وَالْمَدِينَةِ فَمَرَرْنَا بِوَادٍ فَقَالَ « أَىُّ وَادٍ هَذَا ». فَقَالُوا وَادِى الأَزْرَقِ. فَقَالَ « كَأَنِّى أَنْظُرُ إِلَى مُوسَى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ مِنْ لَوْنِهِ وَشَعْرِهِ شَيْئًا لَمْ يَحْفَظْهُ دَاوُدُ وَاضِعًا إِصْبَعَيْهِ فِى أُذُنَيْهِ لَهُ جُؤَارٌ إِلَى اللَّهِ بِالتَّلْبِيَةِ مَارًّا بِهَذَا الْوَادِى ». قَالَ « ثُمَّ سِرْنَا حَتَّى أَتَيْنَا عَلَى ثَنِيَّةٍ فَقَالَ « أَىُّ ثَنِيَّةٍ هَذِهِ ». قَالُوا هَرْشَى أَوْ لِفْتٌ. فَقَالَ « كَأَنِّى أَنْظُرُ إِلَى يُونُسَ عَلَى نَاقَةٍ حَمْرَاءَ عَلَيْهِ جُبَّةُ صُوفٍ خِطَامُ نَاقَتِهِ لِيفٌ خُلْبَةٌ مَارًّا بِهَذَا الْوَادِى مُلَبِّيًا ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Məkkədən Mədinəyə yola düşdük və gəlib bir vadiyə çatdıq. Peyğəmbər ﷺ soruşdu: “Bu, hansı vadidir?” Səhabələr dedilər: “Bu, Əzraq vadisidir”. Peyğəmbər ﷺ buyurdu: “Mən sanki, Musanın ﵇, iki barmağını qulaqlarına qoymuş, özü də gur səsi ilə Allaha təlbiyə deyərək bu vadidən keçdiyini görürəm”. Burada Peyğəmbər ﷺ onun rəngindən və saçlarından bəzi şeylər qeyd etmiş, lakin ravilərdən olan Davud bunu yadda saxlamamışdır. İbn Abbas deyir: “Sonra biz yolumuza davam etdik. Gəlib bir dağ keçidinə çatdıq. Peyğəmbər ﷺ soruşdu: “Bu, hansı keçiddir?” Səhabələr ona dedilər: “Bu, Hərşə, yaxud Lift keçididir”. Peyğəmbər ﷺ buyurdu: “Mən sanki, Yunusu qırmızı dişi dəvənin üstündə, əynində yundan bir cübbə olduğu halda görürəm. Dəvəsinin ovsarı lifdəndir. Özü də təlbiyə deyərək vadidən keçir”.”

İbn Abbas
Səhih

İstinad

Muslim, 439 (İman, 338)

Səhih Muslim — İman kitabı