Allah Elçisinin ﷺ gecə vaxtı göylərə yüksəlməsi və namazların vacib buyurulması
حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنِ ابْنِ عَوْنٍ عَنْ مُجَاهِدٍ قَالَ كُنَّا عِنْدَ ابْنِ عَبَّاسٍ فَذَكَرُوا الدَّجَّالَ فَقَالَ إِنَّهُ مَكْتُوبٌ بَيْنَ عَيْنَيْهِ كَافِرٌ. قَالَ فَقَالَ ابْنُ عَبَّاسٍ لَمْ أَسْمَعْهُ. قَالَ ذَاكَ وَلَكِنَّهُ قَالَ « أَمَّا إِبْرَاهِيمُ فَانْظُرُوا إِلَى صَاحِبِكُمْ وَأَمَّا مُوسَى فَرَجُلٌ آدَمُ جَعْدٌ عَلَى جَمَلٍ أَحْمَرَ مَخْطُومٍ بِخُلْبَةٍ كَأَنِّى أَنْظُرُ إِلَيْهِ إِذَا انْحَدَرَ فِى الْوَادِى يُلَبِّى ».
“Rəvayət edilir ki, Mucahid ﵀ demişdir: “Bir dəfə biz İbn Abbasın yanında ikən oradakılar Dəccaldan danışdılar. Onlardan biri: “Onun iki gözü arasında “kafir” yazılmışdır”, – dedi. İbn Abbas dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitməmişəm. Fəqət o belə buyurmuşdur: “İbrahimə gəlincə, (əgər onu görmək istəyirsinizsə,) dostunuza baxın. Musaya gəldikdə isə, o, qarabuğdayı, dolubədənli bir adam idi, xurma lifindən hörülmüş iplə ovsarlanmış qırmızı dəvənin üstündə oturmuşdu və mən sanki, onun təlbiyə deyərək vadiyə endiyini görürəm”.”
İstinad
Muslim, 440 (İman, 339)
Səhih Muslim — İman kitabı