İman kitabı

Allah Elçisinin ﷺ gecə vaxtı göylərə yüksəlməsi və namazların vacib buyurulması

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « عُرِضَ عَلَىَّ الأَنْبِيَاءُ فَإِذَا مُوسَى ضَرْبٌ مِنَ الرِّجَالِ كَأَنَّهُ مِنْ رِجَالِ شَنُوءَةَ وَرَأَيْتُ عِيسَى ابْنَ مَرْيَمَ - عَلَيْهِ السَّلاَمُ - فَإِذَا أَقْرَبُ مَنْ رَأَيْتُ بِهِ شَبَهًا عُرْوَةُ بْنُ مَسْعُودٍ وَرَأَيْتُ إِبْرَاهِيمَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ فَإِذَا أَقْرَبُ مَنْ رَأَيْتُ بِهِ شَبَهًا صَاحِبُكُمْ - يَعْنِى نَفْسَهُ - وَرَأَيْتُ جِبْرِيلَ - عَلَيْهِ السَّلاَمُ - فَإِذَا أَقْرَبُ مَنْ رَأَيْتُ بِهِ شَبَهًا دِحْيَةُ ». وَفِى رِوَايَةِ ابْنِ رُمْحٍ « دِحْيَةُ بْنُ خَلِيفَةَ».

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Peyğəmbərlər mənə göstərildi. Baxdım ki, Musa Şənuə qəbiləsinin kişiləri kimi dolubədənlidir. Məryəm oğlu İsanı ﵇ da gördüm. Gördüm ki, o hamıdan çox Urva ibn Məsuda oxşayır. İbrahimi də gördüm. Ona ən çox oxşayan isə dostunuzdur. Cəbraili ﵇ də gördüm. Ona ən çox oxşayan isə Dihyədir”. Ravi İbn Rumhun rəvayətində deyilir: “Dihyə ibn Xəlifə”.”

Cabir
Səhih

İstinad

Muslim, 441 (İman, 340)

Səhih Muslim — İman kitabı