İman kitabı

Allahın ﷿: “Onu bir daha öz surətində enərkən gördü” (ən-Nəcm, 13) kəlamının mənası və “Peyğəmbər ﷺ İsra gecəsində Rəbbini görmüşdürmü?” sualının cavabı

حَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا إِسْمَاعِيلُ عَنِ الشَّعْبِىِّ عَنْ مَسْرُوقٍ قَالَ سَأَلْتُ عَائِشَةَ هَلْ رَأَى مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَبَّهُ فَقَالَتْ سُبْحَانَ اللَّهِ لَقَدْ قَفَّ شَعْرِى لِمَا قُلْتَ. وَسَاقَ الْحَدِيثَ بِقِصَّتِهِ. وَحَدِيثُ دَاوُدَ أَتَمُّ وَأَطْوَلُ.

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Muhəmməd ﷺ Rəbbini görübmü?” Aişə: “Subhən-Allah! Bu dediyin sözdən tüklərim biz-biz oldu...”, – dedi, sonra hədisi axıra kimi danışdı.”

Məsruq
Səhih

İstinad

Muslim, 459 (İman, 358)

Səhih Muslim — İman kitabı