İman kitabı

Allahın ﷿: “Onu bir daha öz surətində enərkən gördü” (ən-Nəcm, 13) kəlamının mənası və “Peyğəmbər ﷺ İsra gecəsində Rəbbini görmüşdürmü?” sualının cavabı

وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ حَدَّثَنَا زَكَرِيَّاءُ عَنِ ابْنِ أَشْوَعَ عَنْ عَامِرٍ عَنْ مَسْرُوقٍ قَالَ قُلْتُ لِعَائِشَةَ فَأَيْنَ قَوْلُهُ {ثُمَّ دَنَا فَتَدَلَّى فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَى فَأَوْحَى إِلَى عَبْدِهِ مَا أَوْحَى} قَالَتْ إِنَّمَا ذَاكَ جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَأْتِيهِ فِى صُورَةِ الرِّجَالِ وَإِنَّهُ أَتَاهُ فِى هَذِهِ الْمَرَّةِ فِى صُورَتِهِ الَّتِى هِىَ صُورَتُهُ فَسَدَّ أُفُقَ السَّمَاءِ.

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Uca Allahın: “Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi” (ən-Nəcm, 8-10)”. O dedi: “Bu, Cəbrail ﷺ idi. Cəbrail onun yanına kişi qiyafəsində gələrdi. Bu dəfə isə onun yanına əsl surətində – öz surətində gəlmiş və göy üzünü tutmuşdu”.”

Məsruq
Səhih

İstinad

Muslim, 460 (İman, 359)

Səhih Muslim — İman kitabı