Peyğəmbərin ﷺ: “O, bir nurdur, onu necə görə bilərəm?!” və “bir nur gördüm” sözləri haqda
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنِى حَجَّاجُ بْنُ الشَّاعِرِ حَدَّثَنَا عَفَّانُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا هَمَّامٌ كِلاَهُمَا عَنْ قَتَادَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ شَقِيقٍ قَالَ قُلْتُ لأَبِى ذَرٍّ لَوْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَسَأَلْتُهُ فَقَالَ عَنْ أَىِّ شَىْءٍ كُنْتَ تَسْأَلُهُ قَالَ كُنْتُ أَسْأَلُهُ هَلْ رَأَيْتَ رَبَّكَ قَالَ أَبُو ذَرٍّ قَدْ سَأَلْتُ فَقَالَ « رَأَيْتُ نُورًا ».
“Rəvayət edilir ki, Abdullah ibn Şəqiq ﵀ demişdir: “Mən Əbu Zərə dedim: “Əgər Allah Elçisini ﷺ görsəydim, ondan soruşardım”. O dedi: “Nə haqda soruşardın?” Soruşardım ki: “Rəbbini görmüsənmi?” Əbu Zərr dedi: “Mən bu haqda ondan soruşdum, o da: “Bir nur gördüm”, – deyə cavab verdi”.”
İstinad
Muslim, 462 (İman, 361)
Səhih Muslim — İman kitabı