Peyğəmbərin ﷺ: “Allah yatmır” və “Onun hicabı nurdur. Əgər onu açsaydı, Üzünün subuhatı Gözünün əhatə etdiyi bütün yaratdıqlarını yandırıb-yaxardı” sözləri haqda
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ عَمْرِو بْنِ مُرَّةَ عَنْ أَبِى عُبَيْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ قَامَ فِينَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِخَمْسِ كَلِمَاتٍ فَقَالَ « إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لاَ يَنَامُ وَلاَ يَنْبَغِى لَهُ أَنْ يَنَامَ يَخْفِضُ الْقِسْطَ وَيَرْفَعُهُ يُرْفَعُ إِلَيْهِ عَمَلُ اللَّيْلِ قَبْلَ عَمَلِ النَّهَارِ وَعَمَلُ النَّهَارِ قَبْلَ عَمَلِ اللَّيْلِ حِجَابُهُ النُّورُ - وَفِى رِوَايَةِ أَبِى بَكْرٍ النَّارُ - لَوْ كَشَفَهُ لأَحْرَقَتْ سُبُحَاتُ وَجْهِهِ مَا انْتَهَى إِلَيْهِ بَصَرُهُ مِنْ خَلْقِهِ ». - وَفِى رِوَايَةِ أَبِى بَكْرٍ عَنِ الأَعْمَشِ وَلَمْ يَقُلْ حَدَّثَنَا.
“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizim aramızda ayağa qalxdı və bu beş kəlməni söylədi: “Allah yatmır, yatmaq Ona yaraşmaz. O, ədalət tərəzisini alçaldır və yüksəldir. Gündüzün əməlindən öncə gecənin əməli, gecənin əməlindən öncə gündüzün əməli Onun yanına yüksəlir. Onun hicabı nurdur. (Ravi Əbu Bəkrin hədisində: “Oddur” deyilir). Əgər onu açsaydı, Üzünün subuhatı Gözünün əhatə etdiyi bütün yaratdıqlarını yandırıb-yaxardı”.”
İstinad
Muslim, 463 (İman, 362)
Səhih Muslim — İman kitabı