Allahı görməyin yolunu bilmək
وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ أَدْنَى مَقْعَدِ أَحَدِكُمْ مِنَ الْجَنَّةِ أَنْ يَقُولَ لَهُ تَمَنَّ. فَيَتَمَنَّى وَيَتَمَنَّى فَيَقُولُ لَهُ هَلْ تَمَنَّيْتَ فَيَقُولُ نَعَمْ. فَيَقُولُ لَهُ فَإِنَّ لَكَ مَا تَمَنَّيْتَ وَمِثْلَهُ مَعَهُ ».
“Həmmam ibn Munəbbih ﵀: “Bu, Əbu Hureyranın Peyğəmbərdən ﷺ bizə rəvayət etdikləridir”, – demiş və bir çox hədislər qeyd etmişdir. Onlardan biri də budur: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Sizdən birinizin Cənnətdəki ən aşağı məqamı ona: “Nə istəyirsən, istə!”, – deyilməsidir. O da istədiyini diləyəcək. Sonra ona deyiləcək: “Dilədinmi?” O: “Bəli!”, – dedikdə ona deyiləcək: “İstədiklərin və bir o qədəri də sənindir”.”
İstinad
Muslim, 471 (İman, 370)
Səhih Muslim — İman kitabı