İman kitabı

Allahı görməyin yolunu bilmək

وَحَدَّثَنِى سُوَيْدُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنِى حَفْصُ بْنُ مَيْسَرَةَ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا فِى زَمَنِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ». قَالَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ صَحْوًا لَيْسَ مَعَهَا سَحَابٌ وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ صَحْوًا لَيْسَ فِيهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ تَبَارَكَ وَتَعَالَى يَوْمَ الْقِيَامَةِ إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ لِيَتَّبِعْ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى أَحَدٌ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ سُبْحَانَهُ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ وَفَاجِرٍ وَغُبَّرِ أَهْلِ الْكِتَابِ فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ كَذَبْتُمْ مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ فَمَاذَا تَبْغُونَ قَالُوا عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ. ثُمَّ يُدْعَى النَّصَارَى فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ. مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَيَقُولُونَ عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. - قَالَ - فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى جَهَنَّمَ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ تَعَالَى مِنْ بَرٍّ وَفَاجِرٍ أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ سُبْحَانَهُ وَتَعَالَى فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا. قَالَ فَمَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا يَا رَبَّنَا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا أَفْقَرَ مَا كُنَّا إِلَيْهِمْ وَلَمْ نُصَاحِبْهُمْ. فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا - مَرَّتَيْنِ أَوْ ثَلاَثًا - حَتَّى إِنَّ بَعْضَهُمْ لَيَكَادُ أَنْ يَنْقَلِبَ. فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ نَعَمْ. فَيُكْشَفُ عَنْ سَاقٍ فَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ مِنْ تِلْقَاءِ نَفْسِهِ إِلاَّ أَذِنَ اللَّهُ لَهُ بِالسُّجُودِ وَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ اتِّقَاءً وَرِيَاءً إِلاَّ جَعَلَ اللَّهُ ظَهْرَهُ طَبَقَةً وَاحِدَةً كُلَّمَا أَرَادَ أَنْ يَسْجُدَ خَرَّ عَلَى قَفَاهُ. ثُمَّ يَرْفَعُونَ رُءُوسَهُمْ وَقَدْ تَحَوَّلَ فِى صُورَتِهِ الَّتِى رَأَوْهُ فِيهَا أَوَّلَ مَرَّةٍ فَقَالَ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. ثُمَّ يُضْرَبُ الْجِسْرُ عَلَى جَهَنَّمَ وَتَحِلُّ الشَّفَاعَةُ وَيَقُولُونَ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا الْجِسْرُ قَالَ « دَحْضٌ مَزِلَّةٌ. فِيهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكٌ تَكُونُ بِنَجْدٍ فِيهَا شُوَيْكَةٌ يُقَالُ لَهَا السَّعْدَانُ فَيَمُرُّ الْمُؤْمِنُونَ كَطَرْفِ الْعَيْنِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَالطَّيْرِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَمَخْدُوشٌ مُرْسَلٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ. حَتَّى إِذَا خَلَصَ الْمُؤْمِنُونَ مِنَ النَّارِ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا مِنْكُمْ مِنْ أَحَدٍ بِأَشَدَّ مُنَاشَدَةً لِلَّهِ فِى اسْتِقْصَاءِ الْحَقِّ مِنَ الْمُؤْمِنِينَ لِلَّهِ يَوْمَ الْقِيَامَةِ لإِخْوَانِهِمُ الَّذِينَ فِى النَّارِ يَقُولُونَ رَبَّنَا كَانُوا يَصُومُونَ مَعَنَا وَيُصَلُّونَ وَيَحُجُّونَ. فَيُقَالُ لَهُمْ أَخْرِجُوا مَنْ عَرَفْتُمْ. فَتُحَرَّمُ صُوَرُهُمْ عَلَى النَّارِ فَيُخْرِجُونَ خَلْقًا كَثيرًا قَدْ أَخَذَتِ النَّارُ إِلَى نِصْفِ سَاقَيْهِ وَإِلَى رُكْبَتَيْهِ ثُمَّ يَقُولُونَ رَبَّنَا مَا بَقِىَ فِيهَا أَحَدٌ مِمَّنْ أَمَرْتَنَا بِهِ. فَيَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا أَحَدًا مِمَّنْ أَمَرْتَنَا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا مِمَّنْ أَمَرْتَنَا أَحَدًا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا خَيْرًا ». وَكَانَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ يَقُولُ إِنْ لَمْ تُصَدِّقُونِى بِهَذَا الْحَدِيثِ فَاقْرَءُوا إِنْ شِئْتُمْ {إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا} « فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ شَفَعَتِ الْمَلاَئِكَةُ وَشَفَعَ النَّبِيُّونَ وَشَفَعَ الْمُؤْمِنُونَ وَلَمْ يَبْقَ إِلاَّ أَرْحَمُ الرَّاحِمِينَ فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ مِنْهَا قَوْمًا لَمْ يَعْمَلُوا خَيْرًا قَطُّ قَدْ عَادُوا حُمَمًا فَيُلْقِيهِمْ فِى نَهْرٍ فِى أَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ نَهْرُ الْحَيَاةِ فَيَخْرُجُونَ كَمَا تَخْرُجُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ أَلاَ تَرَوْنَهَا تَكُونُ إِلَى الْحَجَرِ أَوْ إِلَى الشَّجَرِ مَا يَكُونُ إِلَى الشَّمْسِ أُصَيْفِرُ وَأُخَيْضِرُ وَمَا يَكُونُ مِنْهَا إِلَى الظِّلِّ يَكُونُ أَبْيَضَ ». فَقَالُوا يَا رَسُولَ اللَّهِ كَأَنَّكَ كُنْتَ تَرْعَى بِالْبَادِيَةِ قَالَ « فَيَخْرُجُونَ كَاللُّؤْلُؤِ فِى رِقَابِهِمُ الْخَوَاتِمُ يَعْرِفُهُمْ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ اللَّهِ الَّذِينَ أَدْخَلَهُمُ اللَّهُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ ثُمَّ يَقُولُ ادْخُلُوا الْجَنَّةَ فَمَا رَأَيْتُمُوهُ فَهُوَ لَكُمْ. فَيَقُولُونَ رَبَّنَا أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنَ الْعَالَمِينَ. فَيَقُولُ لَكُمْ عِنْدِى أَفْضَلُ مِنْ هَذَا فَيَقُولُونَ يَا رَبَّنَا أَىُّ شَىْءٍ أَفْضَلُ مِنْ هَذَا. فَيَقُولُ رِضَاىَ فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət etmişdir ki, Allah Elçisinin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Məgər siz günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməkdə bir-birinizə əziyyət verirsinizmi?! On dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görmək üçün bir-birinizə əziyyət verirsinizmi?!” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bu ikisindən birini görməyə sizə heç bir şey mane olmadığı kimi, Allahı ﷾ da Qiyamət günü görəcəksiniz. Qiyamət günü yetişdikdə carçı nida edərək deyəcək: “Hər ümmət nəyə ibadət edirdisə, onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə yalnız Allaha ibadət edənlər – xeyirxah və günahkar adamlar – həmçinin Kitab əhlindən öz peyğəmbərlərinə sadiq olmuş kəslər qalacaq. O vaxt yəhudilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. Siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ey Rəbbimiz, bizə su ver”. Onda onlara Cəhənnəm göstəriləcək və deyiləcək: “Bundan içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan alovun kənarına toplanacaq və bir-birini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonra nəsranilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan soruşulacaq: “Siz nə istəyirsiniz?” Onlar deyəcək: “Susamışıq, ey Rəbbimiz, bizə su ver”. Onda onlara Cəhənnəm göstəriləcək və deyiləcək: “Bundan içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan alovun kənarına toplanacaq və bir-birini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonda ancaq Allaha ibadət edən kəslər - xeyirxah və günahkar adamlar qaldıqda aləmlərin Rəbbi ﷾ onların yanına Onu gördükləri ən yaxın surətdə gələcək və belə buyuracaq: “Nə gözləyirsiniz?! Hər bir ümmət ibadət etdiyinin ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, onlarla heç vaxt birgə olmadıq”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar: “Səndən Allaha sığınırıq!” İki və ya üç dəfə deyəcəklər: “Biz heç nəyi Allaha şərik qoşmuruq!” Bəziləri (imtahanın çətinliyinə görə haqdan) üz döndərmək istəyəcək. Allah buyuracaq: “Sizinlə Onun arasında bir əlamət varmı ki, bunun sayəsində Onu tanıya biləsiniz?” Onlar: “Bəli!”, – deyəcəklər. Bu vaxt Baldır açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah ona səcdə etməyə izin verməsin. Həmçinin insanlardan qorunmaq məqsədilə və ya riyakarlıqla səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah onun onurğa sümüyünü bir bütöv sümük etməsin. Belə kimsə hər dəfə səcdə etmək istədikdə qafası üstə düşəcək. Sonra möminlər başlarını səcdədən qaldıracaqlar. Allah ilk dəfə gördükləri surəti dəyişmiş olduğu halda onlara buyuracaq: “Mən sizin Rəbbinizəm”. Onlar da deyəcəklər: “Bəli, Sən bizim Rəbbimizsən!” Bundan sonra Cəhənnəmin üzərində körpü qurulacaq və şəfaət etməyə izin veriləcək. Həmin vaxt peyğəmbərlər: “Allahım, xilas et, xilas et!”, – deyəcəklər”. Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, o nə körpüdür elə?” O buyurdu: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar var. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, Sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi körpüdən bir göz qırpımında, kimisi şimşək kimi, kimisi külək kimi, kimisi quş kimi, kimisi də ən bərk qaçan cins at və ya dəvə kimi sürətlə keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin sonda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Nəhayət, möminlər oddan xilas olduqları vaxt – canım Əlində olan Allaha and olsun ki – sizdən heç kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması möminlərin Qiyamət günü Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması qədər şiddətli ola bilməz. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bu yazıqlar bizimlə birlikdə oruc tutar, namaz qılar və həcc ziyarətini yerinə yetirərdilər”. Onda onlara deyiləcək: “Tanıdığınız kəsləri oddan çıxardın, onların vücudu Cəhənnəm oduna haram edilmişdir!” Beləliklə, onlar ayağının yarısına və ya dizinə qədər odda qalan bir çox insanları çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən Cəhənnəmdə heç kəs qalmadı”. Onda Allah buyuracaq: “Geri qayıdın, qəlbində dinar ağırlığında iman olan hər kəsi oradan çıxarın!” Onlar yenə bir çoxlarını oddan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən heç kəsi Cəhənnəmdə qoymadıq”. Allah buyuracaq: “Geri qayıdın, qəlbində yarım dinar ağırlığında iman olan bir kəs tapsanız, onu da oradan çıxarın!” Onlar yenə bir çoxlarını oradan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Bizə əmr etdiyin kəslərdən heç kəsi orada qoymadıq”. Allah buyuracaq: “Geri qayıdın, qəlbində zərrə ağırlığında iman olan bir kəs tapsanız, onu da oradan çıxarın!” Onlar yenə bir çoxlarını oradan çıxaracaqlar. Sonra deyəcəklər: “Ey Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam qoymadıq”. Əbu Səid əl-Xudri deyərdi: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük mükafat verər”. (ən-Nisa, 48). Bundan sonra Allah ﷿ buyuracaq: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən yalnız rəhmlilərin Rəhmlisi qaldı”. Sonra da heç vaxt yaxşılıq etməmiş, odda yanıb kömürə dönmüş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat çayı deyilən bir çaya atacaq. Beləcə, onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Məgər o, yabanı toxumların istər daşın, istərsə də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş şüaları altında qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Sən sanki, səhrada çobanlıq etmisən”. Peyğəmbər ﷺ buyurdu: “Onlar boyunlarında gözoxşayan halqalar olduğu halda, özləri də mirvari tək gözəl görkəmdə Həyat çayından çıxacaqlar. Cənnət əhli onları tanıyaraq deyəcək: “Nə bir yaxşı əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kəslər bunlardır!” Sonra Allah onlara belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü nə varsa, sizindir”. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Muslim, 472 (İman, 371)

Səhih Muslim — İman kitabı