Allahı görməyin yolunu bilmək
قَالَ مُسْلِمٌ قَرَأْتُ عَلَى عِيسَى بْنِ حَمَّادٍ زُغْبَةَ الْمِصْرِىِّ هَذَا الْحَدِيثَ فِى الشَّفَاعَةِ وَقُلْتُ لَهُ أُحَدِّثُ بِهَذَا الْحَدِيثِ عَنْكَ أَنَّكَ سَمِعْتَ مِنَ اللَّيْثِ بْنِ سَعْدٍ فَقَالَ نَعَمْ. قُلْتُ لِعِيسَى بْنِ حَمَّادٍ أَخْبَرَكُمُ اللَّيْثُ بْنُ سَعْدٍ عَنْ خَالِدِ بْنِ يَزِيدَ عَنْ سَعِيدِ بْنِ أَبِى هِلاَلٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّهُ قَالَ قُلْنَا يَا رَسُولَ اللَّهِ أَنَرَى رَبَّنَا قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ إِذَا كَانَ يَوْمٌ صَحْوٌ ». قُلْنَا لاَ. وَسُقْتُ الْحَدِيثَ حَتَّى انْقَضَى آخِرُهُ وَهُوَ نَحْوُ حَدِيثِ حَفْصِ بْنِ مَيْسَرَةَ. وَزَادَ بَعْدَ قَوْلِهِ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ قَدَمٍ قَدَّمُوهُ « فَيُقَالُ لَهُمْ لَكُمْ مَا رَأَيْتُمْ وَمِثْلُهُ مَعَهُ ». قَالَ أَبُو سَعِيدٍ بَلَغَنِى أَنَّ الْجِسْرَ أَدَقُّ مِنَ الشَّعْرَةِ وَأَحَدُّ مِنَ السَّيْفِ. وَلَيْسَ فِى حَدِيثِ اللَّيْثِ « فَيَقُولُونَ رَبَّنَا أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنَ الْعَالَمِينَ » وَمَا بَعْدَهُ فَأَقَرَّ بِهِ عِيسَى بْنُ حَمَّادٍ.
“Muslim ﵀ demişdir: “Mən şəfaət barəsində olan bu hədisi İsa ibn Həmmad Zuğbə əl-Misrinin yanında oxudum və ondan: “Bu hədisi sənin adından rəvayət edirəm, sən bu hədisi Leys ibn Səddən eşitmisənmi?”, - deyə soruşdum. O: “Bəli!”, – dedi. Mən İsa ibn Həmmada dedim: “Sizə Leys ibn Səd Xalid ibn Yəziddən, o da Səid ibn Əbu Hilaldan, o da Zeyd ibn Əsləmdən, o da Əta ibn Yəsardan, o da Əbu Səid əl-Xudridən belə rəvayət etmişdir: “Əbu Səid əl-Xudri demişdir: “Biz soruşduq: “Ey Allahın Elçisi, biz Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Məgər siz gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görmək üçün basabas salıb bir-birinizə əziyyət verirsinizmi?” Biz: “Xeyr”, – dedik...”. Beləcə, mən bu hədisi axıra qədər rəvayət etdim. Bu da Həfs ibn Meysərənin hədisi kimidir, lakin: “Nə bir yaxşı əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda...” sözündən sonra bunu əlavə etmişdir: “Onlara: “Gördükləriniz və bir o qədəri də sizindir”, – deyiləcək”. Əbu Səid əl-Xudri demişdir: “O körpünün tükdən nazik və qılıncdan iti olduğu mənə xəbər verilmişdir”. Ravi Leysin hədisində: “Ey Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” kəlməsi və sonrası rəvayət edilməmişdir. Bunu İsa ibn Həmmad da təsdiq etmişdir.”
İstinad
Muslim, 473 (İman, 372)
Səhih Muslim — İman kitabı