Peyğəmbərin ﷺ ümməti üçün edəcəyi şəfaət duasını Qiyamətə saxlaması
وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَنَّ عَمْرَو بْنَ أَبِى سُفْيَانَ بْنِ أَسِيدِ بْنِ جَارِيَةَ الثَّقَفِىَّ أَخْبَرَهُ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ لِكَعْبِ الأَحْبَارِ إِنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لِكُلِّ نَبِىٍّ دَعْوَةٌ يَدْعُوهَا فَأَنَا أُرِيدُ إِنْ شَاءَ اللَّهُ أَنْ أَخْتَبِئَ دَعْوَتِى شَفَاعَةً لأُمَّتِى يَوْمَ الْقِيَامَةِ ». فَقَالَ كَعْبٌ لأَبِى هُرَيْرَةَ أَنْتَ سَمِعْتَ هَذَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ أَبُو هُرَيْرَةَ نَعَمْ.
“Rəvayət edilir ki, bir dəfə Əbu Hureyra ﵁ Kəb əl-Əhbara dedi: “Allahın Peyğəmbəri ﷺ belə buyurmuşdur: “Hər peyğəmbərin bir duası olmuşdur ki, o artıq bu dua ilə Allaha müraciət etmişdir. Lakin mən, Allahın izni ilə, duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxlamaq istəyirəm”. Kəb Əbu Hureyradan: “Sən bunu Allah Elçisindən ﷺ eşitmisən?”, – deyə soruşdu. Əbu Hureyra: “Bəli!”, – deyə cavab verdi.”
İstinad
Muslim, 511 (İman, 410)
Səhih Muslim — İman kitabı