Peyğəmbərin ﷺ ümməti üçün edəcəyi şəfaət duasını Qiyamətə saxlaması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لأَبِى كُرَيْبٍ - قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لِكُلِّ نَبِىٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ فَتَعَجَّلَ كُلُّ نَبِىٍّ دَعْوَتَهُ وَإِنِّى اخْتَبَأْتُ دَعْوَتِى شَفَاعَةً لأُمَّتِى يَوْمَ الْقِيَامَةِ فَهِىَ نَائِلَةٌ إِنْ شَاءَ اللَّهُ مَنْ مَاتَ مِنْ أُمَّتِى لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər peyğəmbərin qəbul edilmiş bir duası olmuşdur. Onların hər biri (artıq öz duasından) istifadə etmişdir. Mən isə öz duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxlamışam. Ümmətimdən Allaha şərik qoşmadığı halda ölən kəslər, Allahın izni ilə, bu şəfaətə nail olacaqlar”.”
İstinad
Muslim, 512 (İman, 411)
Səhih Muslim — İman kitabı