Peyğəmbərin ﷺ ümməti üçün edəcəyi şəfaət duasını Qiyamətə saxlaması
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ عُمَارَةَ - وَهُوَ ابْنُ الْقَعْقَاعِ - عَنْ أَبِى زُرْعَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لِكُلِّ نَبِىٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ يَدْعُو بِهَا فَيُسْتَجَابُ لَهُ فَيُؤْتَاهَا وَإِنِّى اخْتَبَأْتُ دَعْوَتِى شَفَاعَةً لأُمَّتِى يَوْمَ الْقِيَامَةِ ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər bir peyğəmbərin qəbul edilmiş duası olmuşdur ki, o bu dua ilə Allaha müraciət etmiş, onun duası qəbul olunmuş və ona istədiyi verilmişdir. Mən isə öz duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxlamışam”.”
İstinad
Muslim, 513 (İman, 412)
Səhih Muslim — İman kitabı