Kafir olaraq ölən adamın yaxşı əməlinin özünə fayda verməyəcəyinə dair dəlil
حَدَّثَنِى أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ عَنْ دَاوُدَ عَنِ الشَّعْبِىِّ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ قُلْتُ يَا رَسُولَ اللَّهِ ابْنُ جُدْعَانَ كَانَ فِى الْجَاهِلِيَّةِ يَصِلُ الرَّحِمَ وَيُطْعِمُ الْمِسْكِينَ فَهَلْ ذَاكَ نَافِعُهُ قَالَ « لاَ يَنْفَعُهُ إِنَّهُ لَمْ يَقُلْ يَوْمًا رَبِّ اغْفِرْ لِى خَطِيئَتِى يَوْمَ الدِّينِ ».
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən soruşdum: “Ey Allahın Elçisi! İbn Cudan cahiliyyət dövründə qohumluq əlaqələrini saxlayar, kasıbları yedirərdi. Görəsən, bu ona fayda verəcəkmi?” Peyğəmbər ﷺ buyurdu: “Bunun ona faydası olmayacaq, çünki o, heç vaxt: “Ey Rəbbim! Din (Qiyamət) günü mənim xətalarımı bağışla!”, – deməmişdir”.”
İstinad
Muslim, 540 (İman, 439)
Səhih Muslim — İman kitabı