Möminlərin bir-biri ilə dost olmaları, həm də qeyrilərindən əlaqələri kəsib uzaq durmaları
حَدَّثَنِى أَحْمَدُ بْنُ حَنْبَلٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِى خَالِدٍ عَنْ قَيْسٍ عَنْ عَمْرِو بْنِ الْعَاصِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جِهَارًا غَيْرَ سِرٍّ يَقُولُ « أَلاَ إِنَّ آلَ أَبِى - يَعْنِى فُلاَنًا - لَيْسُوا لِى بِأَوْلِيَاءَ إِنَّمَا وَلِيِّىَ اللَّهُ وَصَالِحُ الْمُؤْمِنِينَ ».
“Rəvayət edilir ki, Amr ibn əl-As ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ gizli deyil, aşkar şəkildə belə buyurduğunu eşitdim: “Agah olun ki, Əbu filankəsin ailəsi mənim dostlarım deyillər. Mənim dostum ancaq Allah və əməlisaleh möminlərdir”.”
İstinad
Muslim, 541 (İman, 440)
Səhih Muslim — İman kitabı