Müsəlmanlardan bir çoxunun sorğu-sual olunmadan və əzab çəkmədən Cənnətə girəcəyinə dair dəlil
حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ حَدَّثَنَا حَاجِبُ بْنُ عُمَرَ أَبُو خُشَيْنَةَ الثَّقَفِىُّ حَدَّثَنَا الْحَكَمُ بْنُ الأَعْرَجِ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَدْخُلُ الْجَنَّةَ مِنْ أُمَّتِى سَبْعُونَ أَلْفًا بِغَيْرِ حِسَابٍ ». قَالُوا مَنْ هُمْ يَا رَسُولَ اللَّهِ قَالَ « هُمُ الَّذِينَ لاَ يَسْتَرْقُونَ وَلاَ يَتَطَيَّرُونَ وَلاَ يَكْتَوُونَ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ ».
“İmran ibn Husayn ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən yetmiş min nəfər sorğu-sualsız Cənnətə girəcək”. Səhabələr soruşdular: “Onlar kimdir, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bunlar özlərinə ruqyə oxunmasını tələb etməyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti hesab etməyən, (müalicə məqsədilə) bədənlərinə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edənlərdir”.”
İstinad
Muslim, 547 (İman, 446)
Səhih Muslim — İman kitabı