Müsəlmanlardan bir çoxunun sorğu-sual olunmadan və əzab çəkmədən Cənnətə girəcəyinə dair dəlil
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى ابْنَ أَبِى حَازِمٍ - عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَيَدْخُلَنَّ الْجَنَّةَ مِنْ أُمَّتِى سَبْعُونَ أَلْفًا أَوْ سَبْعُمِائَةِ أَلْفٍ - لاَ يَدْرِى أَبُو حَازِمٍ أَيَّهُمَا قَالَ - مُتَمَاسِكُونَ آخِذٌ بَعْضُهُمْ بَعْضًا لاَ يَدْخُلُ أَوَّلُهُمْ حَتَّى يَدْخُلَ آخِرُهُمْ وُجُوهُهُمْ عَلَى صُورَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ».
“Səhl ibn Səd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən yetmiş min, ya da yeddi yüz min, (Əbu Hazim bunlardan hansını söylədiyini bilmir) – nəfər sorğu-sualsız, həm də əl-ələ verib bir-birindən (bərk-bərk) tutmuş halda Cənnətə daxil olacaqlar. Axırıncılar içəri daxil olmayana qədər əvvəldə olanları daxil olmayacaq. Onların üzü on dörd gecəlik ay kimi (parlaq) olacaq”.”
İstinad
Muslim, 548 (İman, 447)
Səhih Muslim — İman kitabı