Heyz kitabı

Paltarın üzərindən heyzli qadına yaxınlaşmaq

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الشَّيْبَانِىِّ ح وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ أَخْبَرَنَا أَبُو إِسْحَاقَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ إِحْدَانَا إِذَا كَانَتْ حَائِضًا أَمَرَهَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ تَأْتَزِرَ فِى فَوْرِ حَيْضَتِهَا ثُمَّ يُبَاشِرُهَا. قَالَتْ وَأَيُّكُمْ يَمْلِكُ إِرْبَهُ كَمَا كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْلِكُ إِرْبَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bizdən birimiz heyzli olduğu vaxt Allah Elçisi ﷺ ona heyz olduğu andan (ayıb yerlərinə) fitə bağlamağı əmr edər, sonra da onun bədəninə toxunardı”. Aişə davam edərək dedi: “Hansınız öz nəfsini Allah Elçisi ﷺ öz nəfsini saxladığı kimi saxlaya bilər?””

Aişə
Səhih

İstinad

Muslim, 706 (Heyz, 2)

Səhih Muslim — Heyz kitabı