Səhih MuslimHeyz kitabı

Kitab 4

Heyz kitabı

كِتابُ الحَيْضِ

158

hədis

Fəsil 1

Paltarın üzərindən heyzli qadına yaxınlaşmaq

باب مُبَاشَرَةِ الْحَائِضِ فَوْقَ الإِزَارِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ إِحْدَانَا إِذَا كَانَتْ حَائِضًا أَمَرَهَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَأْتَزِرُ بِإِزَارٍ ثُمَّ يُبَاشِرُهَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bizdən birimiz heyzli olduğu vaxt Allah Elçisi ﷺ ona (ayıb yerlərinə) fitə bağlamağı əmr edər, sonra da onun bədəninə toxunardı”.”

Aişə
SəhihMuslim, 705 (Heyz, 1)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الشَّيْبَانِىِّ ح وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ أَخْبَرَنَا أَبُو إِسْحَاقَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ إِحْدَانَا إِذَا كَانَتْ حَائِضًا أَمَرَهَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ تَأْتَزِرَ فِى فَوْرِ حَيْضَتِهَا ثُمَّ يُبَاشِرُهَا. قَالَتْ وَأَيُّكُمْ يَمْلِكُ إِرْبَهُ كَمَا كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْلِكُ إِرْبَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bizdən birimiz heyzli olduğu vaxt Allah Elçisi ﷺ ona heyz olduğu andan (ayıb yerlərinə) fitə bağlamağı əmr edər, sonra da onun bədəninə toxunardı”. Aişə davam edərək dedi: “Hansınız öz nəfsini Allah Elçisi ﷺ öz nəfsini saxladığı kimi saxlaya bilər?””

Aişə
SəhihMuslim, 706 (Heyz, 2)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنِ الشَّيْبَانِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ شَدَّادٍ عَنْ مَيْمُونَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُبَاشِرُ نِسَاءَهُ فَوْقَ الإِزَارِ وَهُنَّ حُيَّضٌ.

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Zövcələri heyzli olduqları vaxt Allah Elçisi ﷺ onlara fitənin üstündən toxunardı”.”

Məymunə
SəhihMuslim, 707 (Heyz, 3)

Fəsil 2

Heyzli qadınla birlikdə bir yorğan altında yatmaq

باب الاِضْطِجَاعِ مَعَ الْحَائِضِ فِى لِحَافٍ وَاحِدٍ

حَدَّثَنِى أَبُو الطَّاهِرِ أَخْبَرَنَا ابْنُ وَهْبٍ عَنْ مَخْرَمَةَ ح وَحَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ وَأَحْمَدُ بْنُ عِيسَى قَالاَ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى مَخْرَمَةُ عَنْ أَبِيهِ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ قَالَ سَمِعْتُ مَيْمُونَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَضْطَجِعُ مَعِى وَأَنَا حَائِضٌ وَبَيْنِى وَبَيْنَهُ ثَوْبٌ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Məymunə ﵂ demişdir: “Mən heyzli ikən aramızda bir paltar olduğu halda Allah Elçisi ﷺ mənimlə bir yerdə yatardı”.”

Məymunə
SəhihMuslim, 708 (Heyz, 4)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ حَدَّثَنِى أَبِى عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ حَدَّثَنَا أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ زَيْنَبَ بِنْتَ أُمِّ سَلَمَةَ حَدَّثَتْهُ أَنَّ أُمَّ سَلَمَةَ حَدَّثَتْهَا قَالَتْ بَيْنَمَا أَنَا مُضْطَجِعَةٌ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْخَمِيلَةِ إِذْ حِضْتُ فَانْسَلَلْتُ فَأَخَذْتُ ثِيَابَ حَيْضَتِى فَقَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَنُفِسْتِ ». قُلْتُ نَعَمْ. فَدَعَانِى فَاضْطَجَعْتُ مَعَهُ فِى الْخَمِيلَةِ. قَالَتْ وَكَانَتْ هِىَ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلاَنِ فِى الإِنَاءِ الْوَاحِدِ مِنَ الْجَنَابَةِ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə bərabər üzərində naxışlar olan bir əbaya bürünüb uzandığım zaman gözlənilmədən heyz oldum. Mən yavaşca qalxıb heyz paltarımı götürdüm. Paltarımı geyindikdən sonra Allah Elçisi ﷺ dedi: “Olmaya heyz oldun?” Mən: “Bəli!”, – dedim. O məni yanına çağırdı və mən onunla birlikdə əbaya bürünüb yatdım”. Ummu Sələmənin qızı Zeynəb deyir: “Ummu Sələmə Allah Elçisi ﷺ ilə birlikdə bir qabdan su götürüb cənabət qüslu alardı”.”

Ummu Sələmə
SəhihMuslim, 709 (Heyz, 5)

Fəsil 3

Heyzli qadının öz ərinin başını yuyub daramasının icazəli olması, onun artığının (yemək, su) pak olması, habelə qucağına söykənib Quran oxumağın icazəli olması

باب جَوَازِ غَسْلِ الْحَائِضِ رَأْسَ زَوْجِهَا وَتَرْجِيلِهِ وَطَهَارَةِ سُؤْرِهَا وَالاِتِّكَاءِ فِى حِجْرِهَا وَقِرَاءَةِ الْقُرْآنِ فِيهِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اعْتَكَفَ يُدْنِى إِلَىَّ رَأْسَهُ فَأُرَجِّلُهُ وَكَانَ لاَ يَدْخُلُ الْبَيْتَ إِلاَّ لِحَاجَةِ الإِنْسَانِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ məsciddə etikaf edərkən başını mənim (hücrəmə) daxil edər və mən onun saçlarını darayardım. O, etikaf edərkən zəruri bir ehtiyacı olmadığı təqdirdə, əsla evə gəlməzdi”.”

Aişə
SəhihMuslim, 710 (Heyz, 6)

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ قَالَ أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ وَعَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ إِنْ كُنْتُ لأَدْخُلُ الْبَيْتَ لِلْحَاجَةِ وَالْمَرِيضُ فِيهِ فَمَا أَسْأَلُ عَنْهُ إِلاَّ وَأَنَا مَارَّةٌ وَإِنْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيُدْخِلُ عَلَىَّ رَأْسَهُ وَهُوَ فِى الْمَسْجِدِ فَأُرَجِّلُهُ وَكَانَ لاَ يَدْخُلُ الْبَيْتَ إِلاَّ لِحَاجَةٍ إِذَا كَانَ مُعْتَكِفًا. وَقَالَ ابْنُ رُمْحٍ إِذَا كَانُوا مُعْتَكِفِينَ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Mən etikaf edərkən evdə xəstə olduğu halda ancaq zəruri bir ehtiyacım olduğu təqdirdə evə girərdim. Xəstənin halını yalnız onun yanından keçərkən soruşardım. Allah Elçisi ﷺ məsciddə etikaf edərkən başını mənim hücrəmə daxil edər, mən də onun saçlarını darayardım. O, etikaf edərkən zəruri bir ehtiyacı olmadığı təqdirdə, əsla evə gəlməzdi”. Ravi Rumh demişdir: “etikafda olduqları vaxt...””

Aişə
SəhihMuslim, 711 (Heyz, 7)

وَحَدَّثَنِى هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ نَوْفَلٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُخْرِجُ إِلَىَّ رَأْسَهُ مِنَ الْمَسْجِدِ وَهُوَ مُجَاوِرٌ فَأَغْسِلُهُ وَأَنَا حَائِضٌ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ etikafda ikən məsciddən başını mənə tərəf çıxardar, mən də heyzli olduğum halda onu yuyardım”.”

Aişə
SəhihMuslim, 712 (Heyz, 8)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا أَبُو خَيْثَمَةَ عَنْ هِشَامٍ أَخْبَرَنَا عُرْوَةُ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُدْنِى إِلَىَّ رَأْسَهُ وَأَنَا فِى حُجْرَتِى فَأُرَجِّلُ رَأْسَهُ وَأَنَا حَائِضٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən hücrəmdə ikən Allah Elçisi ﷺ başını mənə tərəf çıxardar və mən heyzli olduğum halda onun saçlarını darayardım”.”

Aişə
SəhihMuslim, 713 (Heyz, 9)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِىٍّ عَنْ زَائِدَةَ عَنْ مَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَغْسِلُ رَأْسَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا حَائِضٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyzli olduğum halda Allah Elçisinin ﷺ başını yuyardım”.”

Aişə
SəhihMuslim, 714 (Heyz, 10)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالَ يَحْيَى أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ ثَابِتِ بْنِ عُبَيْدٍ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ قَالَتْ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَاوِلِينِى الْخُمْرَةَ مِنَ الْمَسْجِدِ ». قَالَتْ فَقُلْتُ إِنِّى حَائِضٌ. فَقَالَ « إِنَّ حَيْضَتَكِ لَيْسَتْ فِى يَدِكِ ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ məsciddə ikən məni çağırıb buyurdu: “Səccadəni məscidə mənə tərəf uzat”. Mən dedim: “Axı mən heyzliyəm”. Peyğəmbər ﷺ buyurdu: “Şübhəsiz ki, sənin heyzin əlində deyil”.”

Aişə
SəhihMuslim, 715 (Heyz, 11)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا ابْنُ أَبِى زَائِدَةَ عَنْ حَجَّاجٍ وَابْنِ أَبِى غَنِيَّةَ عَنْ ثَابِتِ بْنِ عُبَيْدٍ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ قَالَتْ أَمَرَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أُنَاوِلَهُ الْخُمْرَةَ مِنَ الْمَسْجِدِ. فَقُلْتُ إِنِّى حَائِضٌ. فَقَالَ « تَنَاوَلِيهَا فَإِنَّ الْحَيْضَةَ لَيْسَتْ فِى يَدِكِ ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ məsciddə ikən mənə səccadəni ona uzatmağı buyurdu. Mən dedim: “Axı mən heyzliyəm”. Allah Elçisi ﷺ buyurdu: “Onu mənə uzat. Şübhəsiz ki, sənin heyzin əlində deyil”.”

Aişə
SəhihMuslim, 716 (Heyz, 12)

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَأَبُو كَامِلٍ وَمُحَمَّدُ بْنُ حَاتِمٍ كُلُّهُمْ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ - قَالَ زُهَيْرٌ حَدَّثَنَا يَحْيَى - عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ بَيْنَمَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَسْجِدِ فَقَالَ « يَا عَائِشَةُ نَاوِلِينِى الثَّوْبَ ». فَقَالَتْ إِنِّى حَائِضٌ. فَقَالَ « إِنَّ حَيْضَتَكِ لَيْسَتْ فِى يَدِكِ » فَنَاوَلَتْهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ məsciddə ikən buyurdu: “Ey Aişə! Paltarı mənə uzat!” Aişə dedi: “Axı mən heyzliyəm”. Allah Elçisi ﷺ buyurdu: “Şübhəsiz ki, sənin heyzin əlində deyil” Aişə də paltarı ona verdi”.”

Əbu Hureyra
SəhihMuslim, 717 (Heyz, 13)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنْ مِسْعَرٍ وَسُفْيَانَ عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَشْرَبُ وَأَنَا حَائِضٌ ثُمَّ أُنَاوِلُهُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَضَعُ فَاهُ عَلَى مَوْضِعِ فِىَّ فَيَشْرَبُ وَأَتَعَرَّقُ الْعَرْقَ وَأَنَا حَائِضٌ ثُمَّ أُنَاوِلُهُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَضَعُ فَاهُ عَلَى مَوْضِعِ فِىَّ. وَلَمْ يَذْكُرْ زُهَيْرٌ فَيَشْرَبُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyzli ikən bir şey içər, sonra da qabı Peyğəmbərə ﷺ uzadardım. O da ağzını mənim ağzımın dəydiyi yerə qoyub içərdi. Yenə heyzli olduğum halda sümüklü soyutma ətdən dişləyər, sonra da onu Peyğəmbərə ﷺ uzadardım. O da ağzını mənim ağzımın dəydiyi yerə qoyub ətdən dişləyərdi”.”

Aişə
SəhihMuslim, 718 (Heyz, 14)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا دَاوُدُ بْنُ عَبْدِ الرَّحْمَنِ الْمَكِّىُّ عَنْ مَنْصُورٍ عَنْ أُمِّهِ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَّكِئُ فِى حِجْرِى وَأَنَا حَائِضٌ فَيَقْرَأُ الْقُرْآنَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyzli ikən Allah Elçisi ﷺ başını qucağıma söykəyər, sonra da Quran oxuyardı”.”

Aişə
SəhihMuslim, 719 (Heyz, 15)

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ عَنْ أَنَسٍ أَنَّ الْيَهُودَ كَانُوا إِذَا حَاضَتِ الْمَرْأَةُ فِيهِمْ لَمْ يُؤَاكِلُوهَا وَلَمْ يُجَامِعُوهُنَّ فِى الْبُيُوتِ فَسَأَلَ أَصْحَابُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْزَلَ اللَّهُ تَعَالَى {وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِى الْمَحِيضِ} إِلَى آخِرِ الآيَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اصْنَعُوا كُلَّ شَىْءٍ إِلاَّ النِّكَاحَ ». فَبَلَغَ ذَلِكَ الْيَهُودَ فَقَالُوا مَا يُرِيدُ هَذَا الرَّجُلُ أَنْ يَدَعَ مِنْ أَمْرِنَا شَيْئًا إِلاَّ خَالَفَنَا فِيهِ فَجَاءَ أُسَيْدُ بْنُ حُضَيْرٍ وَعَبَّادُ بْنُ بِشْرٍ فَقَالاَ يَا رَسُولَ اللَّهِ إِنَّ الْيَهُودَ تَقُولُ كَذَا وَكَذَا. فَلاَ نُجَامِعُهُنَّ فَتَغَيَّرَ وَجْهُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى ظَنَنَّا أَنْ قَدْ وَجَدَ عَلَيْهِمَا فَخَرَجَا فَاسْتَقْبَلَهُمَا هَدِيَّةٌ مِنْ لَبَنٍ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَرْسَلَ فِى آثَارِهِمَا فَسَقَاهُمَا فَعَرَفَا أَنْ لَمْ يَجِدْ عَلَيْهِمَا.

“Ənəs ﵁ rəvayət edir ki, yəhudilər qadınları heyz olduqda onlarla bir süfrədə yemək yeməz və onlarla bir evdə qalmazdılar. Peyğəmbərin ﷺ səhabələri ondan bu haqda soruşdular və Uca Allah bu ayəni nazil etdi: “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla cinsi yaxınlıqdan uzaq olun və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da”. (əl-Bəqərə, 222). Ayə nazil olduqdan sonra Allah Elçisi ﷺ buyurdu: “(O halda qadınlarınızla) cinsi yaxınlıqdan başqa, istədiyinizi edə bilərsiniz!” Bu xəbər yəhudilərə çatdıqda onlar dedilər: “Bu adam hər bir işdə bizim etdiklərimizin əksini edir”. Useyd ibn Hudeyr və Abbad ibn Bişr Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi! Yəhudilər belə-belə deyirlər. Biz onlara müxalif olmaq üçün heyzli qadınlarla cinsi yaxınlıq edəkmi?” Allah Elçisinin ﷺ sifətinin rəngi dəyişdi və bizə elə gəldi ki, onun bu iki nəfərə qəzəbi tutmuşdur. Sonra onlar çıxıb getdilər. Onların ardınca Peyğəmbərə ﷺ hədiyyə olaraq süd gətirdilər. Peyğəmbər ﷺ südü səhabələrdən birinə verib onların dalınca göndərdi və o bu süddən onlara içirtdi. Beləliklə də, o iki nəfər Peyğəmbərin ﷺ onlara acığı tutmadığını başa düşdü”.”

Ənəs
SəhihMuslim, 720 (Heyz, 16)

Fəsil 4

Məzi haqda

بَابُ الْمَذْىِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ وَأَبُو مُعَاوِيَةَ وَهُشَيْمٌ عَنِ الأَعْمَشِ عَنْ مُنْذِرِ بْنِ يَعْلَى - وَيُكْنَى أَبَا يَعْلَى - عَنِ ابْنِ الْحَنَفِيَّةِ عَنْ عَلِىٍّ قَالَ كُنْتُ رَجُلاً مَذَّاءً وَكُنْتُ أَسْتَحْيِى أَنْ أَسْأَلَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ فَأَمَرْتُ الْمِقْدَادَ بْنَ الأَسْوَدِ فَسَأَلَهُ فَقَالَ « يَغْسِلُ ذَكَرَهُ وَيَتَوَضَّأُ ».

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən tez-tez məzi axırdı. Peyğəmbərin ﷺ kürəkəni olduğumdan dolayı ondan bu haqda soruşmağa utanırdım. Bu səbəbdən də mən bunun hökmünü soruşmağı Miqdad ibn əl-Əsvədə tapşırdım. Miqdad Peyğəmbərdən ﷺ bu haqda soruşduqda o buyurdu: “Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın!””

Əli
SəhihMuslim, 721 (Heyz, 17)

وَحَدَّثَنَا يَحْيَى بْنُ حَبِيبٍ الْحَارِثِىُّ حَدَّثَنَا خَالِدٌ - يَعْنِى ابْنَ الْحَارِثِ - حَدَّثَنَا شُعْبَةُ أَخْبَرَنِى سُلَيْمَانُ قَالَ سَمِعْتُ مُنْذِرًا عَنْ مُحَمَّدِ بْنِ عَلِىٍّ عَنْ عَلِىٍّ أَنَّهُ قَالَ اسْتَحْيَيْتُ أَنْ أَسْأَلَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَذْىِ مِنْ أَجْلِ فَاطِمَةَ فَأَمَرْتُ الْمِقْدَادَ فَسَأَلَهُ فَقَالَ « مِنْهُ الْوُضُوءُ ».

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Fatimə mənim zövcəm olduğuna görə mən Peyğəmbərdən ﷺ məzi haqda soruşmağa utanırdım. Odur ki, bunu Miqdada tapşırdım, o da bunun hökmünü ondan soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Məzi axdıqda dəstəmaz almaq gərəkdir!””

Əli
SəhihMuslim, 722 (Heyz, 18)

وَحَدَّثَنِى هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ وَأَحْمَدُ بْنُ عِيسَى قَالاَ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى مَخْرَمَةُ بْنُ بُكَيْرٍ عَنْ أَبِيهِ عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ عَلِىُّ بْنُ أَبِى طَالِبٍ أَرْسَلْنَا الْمِقْدَادَ بْنَ الأَسْوَدِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلَهُ عَنِ الْمَذْىِ يَخْرُجُ مِنَ الإِنْسَانِ كَيْفَ يَفْعَلُ بِهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « تَوَضَّأْ وَانْضَحْ فَرْجَكَ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Əli ibn Əbu Talib demişdir: “Biz Miqdad ibn əl-Əsvədi Allah Elçisinin ﷺ yanına göndərdik. Miqdad da ondan: “Adamdan məzi çıxdıqda, o nə etməlidir?”, – deyə soruşdu. Allah Elçisi ﷺ dedi: “Dəstəmaz al və cinsiyyət üzvünü yu!”.”

İbn Abbas
SəhihMuslim, 723 (Heyz, 19)

Fəsil 5

Yuxudan oyandıqda üzü və əlləri yumaq

بَابُ غَسْلِ الْوَجْهِ وَالْيَدَيْنِ إِذَا اسْتَيْقَظَ مِنَ النَّوْمِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ مِنَ اللَّيْلِ فَقَضَى حَاجَتَهُ ثُمَّ غَسَلَ وَجْهَهُ وَيَدَيْهِ ثُمَّ نَامَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ gecə yuxudan qalxdı və təbii ehtiyacı üçün çıxdı. Sonra üzünü və əllərini yudu, sonra da (uzanıb) yatdı”.”

İbn Abbas
SəhihMuslim, 724 (Heyz, 20)

Fəsil 6

Cənabətli ikən yatmağın icazəli olması, bu vəziyyətdə olarkən yatmaq üçün dəstəmaz almağın, yemək və ya içmək, yatmaq, ya da cinsi əlaqəyə girmək istədikdə cinsiyyət üzvünü yumağın bəyənilən olması

باب جَوَازِ نَوْمِ الْجُنُبِ وَاسْتِحْبَابِ الْوُضُوءِ لَهُ وَغَسْلِ الْفَرْجِ إِذَا أَرَادَ أَنْ يَأْكُلَ أَوْ يَشْرَبَ أَوْ يَنَامَ أَوْ يُجَامِعَ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ وَمُحَمَّدُ بْنُ رُمْحٍ قَالاَ أَخْبَرَنَا اللَّيْثُ ح وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَرَادَ أَنْ يَنَامَ وَهُوَ جُنُبٌ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ قَبْلَ أَنْ يَنَامَ.

“Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ cənabətli halda yatmaq istədikdə yatmazdan əvvəl namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı”.”

Aişə
SəhihMuslim, 725 (Heyz, 21)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا ابْنُ عُلَيَّةَ وَوَكِيعٌ وَغُنْدَرٌ عَنْ شُعْبَةَ عَنِ الْحَكَمِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ جُنُبًا فَأَرَادَ أَنْ يَأْكُلَ أَوْ يَنَامَ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ cənabətli halda yemək və ya yatmaq istədikdə namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı”.”

Aişə
SəhihMuslim, 726 (Heyz, 22)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ح وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا شُعْبَةُ بِهَذَا الإِسْنَادِ قَالَ ابْنُ الْمُثَنَّى فِى حَدِيثِهِ حَدَّثَنَا الْحَكَمُ سَمِعْتُ إِبْرَاهِيمَ يُحَدِّثُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə
SəhihMuslim, 727 (Heyz, 23)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ الْمُقَدَّمِىُّ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا يَحْيَى - وَهُوَ ابْنُ سَعِيدٍ - عَنْ عُبَيْدِ اللَّهِ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَابْنُ نُمَيْرٍ - وَاللَّفْظُ لَهُمَا - قَالَ ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى وَقَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ - قَالاَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ عُمَرَ قَالَ يَا رَسُولَ اللَّهِ أَيَرْقُدُ أَحَدُنَا وَهُوَ جُنُبٌ قَالَ « نَعَمْ إِذَا تَوَضَّأَ ».

“İbn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Ömər dedi: “Ey Allahın Elçisi! Bizdən birimiz cənabətli halda yata bilərmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli! Əgər dəstəmaz alsa, yata bilər”.”

İbn Ömər
SəhihMuslim, 728 (Heyz, 24)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ عَنِ ابْنِ جُرَيْجٍ أَخْبَرَنِى نَافِعٌ عَنِ ابْنِ عُمَرَ أَنَّ عُمَرَ اسْتَفْتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ هَلْ يَنَامُ أَحَدُنَا وَهُوَ جُنُبٌ قَالَ « نَعَمْ لِيَتَوَضَّأْ ثُمَّ لْيَنَمْ حَتَّى يَغْتَسِلَ إِذَا شَاءَ ».

“İbn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Ömər Peyğəmbərə ﷺ dedi: “Bizdən birimiz cənabətli halda yata bilərmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli! Dəstəmaz alsın, sonra da qüsl etmək istəyənədək yatsın”.”

İbn Ömər
SəhihMuslim, 729 (Heyz, 25)

وَحَدَّثَنِى يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنِ ابْنِ عُمَرَ قَالَ ذَكَرَ عُمَرُ بْنُ الْخَطَّابِ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ تُصِيبُهُ جَنَابَةٌ مِنَ اللَّيْلِ فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « تَوَضَّأْ وَاغْسِلْ ذَكَرَكَ ثُمَّ نَمْ ».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir dəfə Ömər ibn əl-Xattab gecə cənabət halına düşdüyünü Allah Elçisinə ﷺ xəbər verdi. Allah Elçisi ﷺ ona dedi: “Dəstəmaz al, cinsiyyət orqanını yu, sonra da yat!””

İbn Ömər
SəhihMuslim, 730 (Heyz, 26)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَيْسٍ قَالَ سَأَلْتُ عَائِشَةَ عَنْ وِتْرِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَذَكَرَ الْحَدِيثَ قُلْتُ كَيْفَ كَانَ يَصْنَعُ فِى الْجَنَابَةِ أَكَانَ يَغْتَسِلُ قَبْلَ أَنْ يَنَامَ أَمْ يَنَامُ قَبْلَ أَنْ يَغْتَسِلَ قَالَتْ كُلُّ ذَلِكَ قَدْ كَانَ يَفْعَلُ رُبَّمَا اغْتَسَلَ فَنَامَ وَرُبَّمَا تَوَضَّأَ فَنَامَ. قُلْتُ الْحَمْدُ لِلَّهِ الَّذِى جَعَلَ فِى الأَمْرِ سَعَةً.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qeys ﵀ demişdir: “Mən Aişədən Allah Elçisinin ﷺ Vitr namazı barəsində soruşdum. O da hədisi danışdı. Mən dedim: “O, cənabətli ikən nə edərdi? Yatmazdan əvvəl qüsl edərdimi? Yoxsa qüsl etməzdən əvvəl yatardı?” Aişə dedi: “Hər ikisini edərdi. Bəzən qüsl edər, sonra yatar, bəzən də dəstəmaz alar, sonra yatardı”. Mən dedim: “Hər işdə sərbəstlik verən Allaha həmd olsun!””

Abdullah ibn Əbu Qeys
SəhihMuslim, 731 (Heyz, 27)

وَحَدَّثَنِيهِ زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ ح وَحَدَّثَنِيهِ هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ جَمِيعًا عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Abdullah ibn Əbu Qeys
SəhihMuslim, 732 (Heyz, 28)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ أَخْبَرَنَا ابْنُ أَبِى زَائِدَةَ ح وَحَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَابْنُ نُمَيْرٍ قَالاَ حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ الْفَزَارِىُّ كُلُّهُمْ عَنْ عَاصِمٍ عَنْ أَبِى الْمُتَوَكِّلِ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَتَى أَحَدُكُمْ أَهْلَهُ ثُمَّ أَرَادَ أَنْ يَعُودَ فَلْيَتَوَضَّأْ ». زَادَ أَبُو بَكْرٍ فِى حَدِيثِهِ بَيْنَهُمَا وُضُوءًا وَقَالَ ثُمَّ أَرَادَ أَنْ يُعَاوِدَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri zövcəsi ilə yaxınlıq etdikdən sonra təkrar yaxınlıq etmək istəsə, dəstəmaz alsın”. Ravi Əbu Bəkr öz rəvayətində demişdir: “İki yaxınlıq arasında dəstəmaz alsın”, həmçinin demişdir: “Sonra yenə cinsi əlaqəyə girmək istəsə”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 733 (Heyz, 29)

وَحَدَّثَنَا الْحَسَنُ بْنُ أَحْمَدَ بْنِ أَبِى شُعَيْبٍ الْحَرَّانِىُّ حَدَّثَنَا مِسْكِينٌ - يَعْنِى ابْنَ بُكَيْرٍ الْحَذَّاءَ - عَنْ شُعْبَةَ عَنْ هِشَامِ بْنِ زَيْدٍ عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَطُوفُ عَلَى نِسَائِهِ بِغُسْلٍ وَاحِدٍ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ zövcələrinin hamısı ilə yaxınlıq edər və bu əsnada, ya da axırda cəmi bir dəfə qüsl edərdi”.”

Ənəs
SəhihMuslim, 734 (Heyz, 30)

Fəsil 7

Məni ifraz etmiş qadına qüsl etməyin vacib olması

باب وُجُوبِ الْغُسْلِ عَلَى الْمَرْأَةِ بِخُرُوجِ الْمَنِىِّ مِنْهَا

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ الْحَنَفِىُّ حَدَّثَنَا عِكْرِمَةُ بْنُ عَمَّارٍ قَالَ قَالَ إِسْحَاقُ بْنُ أَبِى طَلْحَةَ حَدَّثَنِى أَنَسُ بْنُ مَالِكٍ قَالَ جَاءَتْ أُمُّ سُلَيْمٍ - وَهِىَ جَدَّةُ إِسْحَاقَ - إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ لَهُ وَعَائِشَةُ عِنْدَهُ يَا رَسُولَ اللَّهِ الْمَرْأَةُ تَرَى مَا يَرَى الرَّجُلُ فِى الْمَنَامِ فَتَرَى مِنْ نَفْسِهَا مَا يَرَى الرَّجُلُ مِنْ نَفْسِهِ. فَقَالَتْ عَائِشَةُ يَا أُمَّ سُلَيْمٍ فَضَحْتِ النِّسَاءَ تَرِبَتْ يَمِينُكِ. فَقَالَ لِعَائِشَةَ « بَلْ أَنْتِ فَتَرِبَتْ يَمِينُكِ نَعَمْ فَلْتَغْتَسِلْ يَا أُمَّ سُلَيْمٍ إِذَا رَأَتْ ذَاكِ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə İshaqın nənəsi Ummu Suleym Allah Elçisinin ﷺ yanına gəldi. Aişə də orada idi. Ummu Suleym Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Qadın yuxuda kişinin gördüyünü görür, kişinin öz nəfsində hiss etdiyini qadın da öz nəfsində hiss edir. Belə olduqda o nə etməlidir?” Aişə dedi: “Ey Ummu Suleym! Qadınların gizli saxladığını ifşa etdin, ay yazıq!” Allah Elçisi ﷺ Aişəyə dedi: “Əksinə, bu söz sənə aiddir, yazıq sənsən. Bəli, ey Ummu Suleym! Qadın da bunu gördüyü (və məni çıxdığı) vaxt qüsl almalıdır”.”

Ənəs ibn Malik
SəhihMuslim, 735 (Heyz, 31)

حَدَّثَنَا عَبَّاسُ بْنُ الْوَلِيدِ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ حَدَّثَنَا سَعِيدٌ عَنْ قَتَادَةَ أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُمْ أَنَّ أُمَّ سُلَيْمٍ حَدَّثَتْ أَنَّهَا سَأَلَتْ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَرْأَةِ تَرَى فِى مَنَامِهَا مَا يَرَى الرَّجُلُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا رَأَتْ ذَلِكِ الْمَرْأَةُ فَلْتَغْتَسِلْ ». فَقَالَتْ أُمُّ سُلَيْمٍ وَاسْتَحْيَيْتُ مِنْ ذَلِكَ قَالَتْ وَهَلْ يَكُونُ هَذَا فَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ فَمِنْ أَيْنَ يَكُونُ الشَّبَهُ إِنَّ مَاءَ الرَّجُلِ غَلِيظٌ أَبْيَضُ وَمَاءَ الْمَرْأَةِ رَقِيقٌ أَصْفَرُ فَمِنْ أَيِّهِمَا عَلاَ أَوْ سَبَقَ يَكُونُ مِنْهُ الشَّبَهُ ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Ummu Suleym Allahın Peyğəmbərindən ﷺ, yuxusunda kişinin gördüyünü görən qadın haqqında soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Qadın onu (mənini) gördükdə qüsl almalıdır”. Ummu Suleym dedi: “Mən onun bu sözündən utandım. Ummu Suleym soruşdu: “Məgər qadın su (mənini) görə bilərmi?” Allahın Peyğəmbəri ﷺ buyurdu: “Bəli! Yoxsa oxşarlıq haradan olur?! Kişinin suyu qatı və ağ rəngdə, qadınınki isə duru və sarı rəngdə olur. Hansı birinin suyu digərini üstələsə və ya qabaqlasa, oxşarlıq da ondan olur”.”

Ənəs ibn Malik
SəhihMuslim, 736 (Heyz, 32)

حَدَّثَنَا دَاوُدُ بْنُ رُشَيْدٍ حَدَّثَنَا صَالِحُ بْنُ عُمَرَ حَدَّثَنَا أَبُو مَالِكٍ الأَشْجَعِىُّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَأَلَتِ امْرَأَةٌ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَرْأَةِ تَرَى فِى مَنَامِهَا مَا يَرَى الرَّجُلُ فِى مَنَامِهِ فَقَالَ « إِذَا كَانَ مِنْهَا مَا يَكُونُ مِنَ الرَّجُلِ فَلْتَغْتَسِلْ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir qadın Allah Elçisindən ﷺ, kişinin yuxuda gördüyünü öz yuxusunda görən qadın haqqında soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Əgər kişinin düşdüyü hala düşərsə, qüsl alsın”.”

Ənəs ibn Malik
SəhihMuslim, 737 (Heyz, 33)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ زَيْنَبَ بِنْتِ أَبِى سَلَمَةَ عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ جَاءَتْ أُمُّ سُلَيْمٍ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِى مِنَ الْحَقِّ فَهَلْ عَلَى الْمَرْأَةِ مِنْ غُسْلٍ إِذَا احْتَلَمَتْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ إِذَا رَأَتِ الْمَاءَ ». فَقَالَتْ أُمُّ سَلَمَةَ يَا رَسُولَ اللَّهِ وَتَحْتَلِمُ الْمَرْأَةُ فَقَالَ « تَرِبَتْ يَدَاكِ فَبِمَ يُشْبِهُهَا وَلَدُهَا ».

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Ummu Suleym Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah haqqı deməkdən həya etməz. Qadın ehtilam halına düşdükdə qüsl almalıdırmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, əgər su (məni) görübsə, etməlidir!” Ummu Sələmə dedi: “Ey Allahın Elçisi! Heç qadın da ehtilam halına düşə bilərmi?” Allah Elçisi ﷺ buyurdu: “Ay yazıq! Belə olmasa, övladı ona necə oxşaya bilər?””

Ummu Sələmə
SəhihMuslim, 738 (Heyz, 34)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ ح وَحَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا سُفْيَانُ جَمِيعًا عَنْ هِشَامِ بْنِ عُرْوَةَ بِهَذَا الإِسْنَادِ مِثْلَ مَعْنَاهُ وَزَادَ قَالَتْ قُلْتُ فَضَحْتِ النِّسَاءَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu fərqlə: “Sən qadınları biabır etdin!””

Ummu Sələmə
SəhihMuslim, 739 (Heyz, 35)

وَحَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى حَدَّثَنِى عُقَيْلُ بْنُ خَالِدٍ عَنِ ابْنِ شِهَابٍ أَنَّهُ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ أَنَّ أُمَّ سُلَيْمٍ أُمَّ بَنِى أَبِى طَلْحَةَ دَخَلَتْ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. بِمَعْنَى حَدِيثِ هِشَامٍ غَيْرَ أَنَّ فِيهِ قَالَ قَالَتْ عَائِشَةُ فَقُلْتُ لَهَا أُفٍّ لَكِ أَتَرَى الْمَرْأَةُ ذَلِكِ

“Yuxarıdakı hədislərin mətninə oxşardır, lakin bu rəvayətdə Aişə ﵂ demişdir: “Mən ona dedim: “Ayıb olsun sənə! Heç qadın da su görə bilərmi?””

Aişə
SəhihMuslim, 740 (Heyz, 36)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى الرَّازِىُّ وَسَهْلُ بْنُ عُثْمَانَ وَأَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لأَبِى كُرَيْبٍ - قَالَ سَهْلٌ حَدَّثَنَا وَقَالَ الآخَرَانِ أَخْبَرَنَا ابْنُ أَبِى زَائِدَةَ عَنْ أَبِيهِ عَنْ مُصْعَبِ بْنِ شَيْبَةَ عَنْ مُسَافِعِ بْنِ عَبْدِ اللَّهِ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ أَنَّ امْرَأَةً قَالَتْ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَلْ تَغْتَسِلُ الْمَرْأَةُ إِذَا احْتَلَمَتْ وَأَبْصَرَتِ الْمَاءَ فَقَالَ « نَعَمْ ». فَقَالَتْ لَهَا عَائِشَةُ تَرِبَتْ يَدَاكِ وَأُلَّتْ. قَالَتْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « دَعِيهَا وَهَلْ يَكُونُ الشَّبَهُ إِلاَّ مِنْ قِبَلِ ذَلِكِ إِذَا عَلاَ مَاؤُهَا مَاءَ الرَّجُلِ أَشْبَهَ الْوَلَدُ أَخْوَالَهُ وَإِذَا عَلاَ مَاءُ الرَّجُلِ مَاءَهَا أَشْبَهَ أَعْمَامَهُ ».

“Aişə ﵂ rəvayət edir ki, bir qadın Allah Elçisindən ﷺ soruşdu: “Qadın ehtilam halına düşsə və paltarında su görsə, qüsl etməlidirmi?” Allah Elçisi ﷺ: “Bəli!”, – deyə cavab verdi. Bunu eşidəndə Aişə o qadına dedi: “Ay yazıq, ay biçarə!” Allah Elçisi ﷺ də Aişəyə belə dedi: “Onu sərbəst burax. Əlbəttə ki, oxşarlıq məhz bu sudan olur. Qadının (köks sümüyündən axan) suyu kişinin (belindən gələn) suyu üstələdikdə uşaq dayılarına oxşayır. Kişinin suyu qadının suyunu üstələdikdə isə uşaq əmilərinə oxşayır”.”

Aişə
SəhihMuslim, 741 (Heyz, 37)

Fəsil 8

Kişi və qadın mənilərinin nə şəkildə olduğunun, həmçinin uşağın kişinin bel sümüyündən, qadının da köks sümüyündən çıxan sudan yaranmasının bəyanı

بَابُ بَيَانِ صِفَةِ مَنِىِّ الرَّجُلِ وَالْمَرْأَةِ وَأَنَّ الْوَلَدَ مَخْلُوقٌ مِنْ مَائِهِمَا

حَدَّثَنِى الْحَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ حَدَّثَنَا أَبُو تَوْبَةَ - وَهُوَ الرَّبِيعُ بْنُ نَافِعٍ - حَدَّثَنَا مُعَاوِيَةُ - يَعْنِى ابْنَ سَلاَّمٍ - عَنْ زَيْدٍ - يَعْنِى أَخَاهُ - أَنَّهُ سَمِعَ أَبَا سَلاَّمٍ قَالَ حَدَّثَنِى أَبُو أَسْمَاءَ الرَّحَبِىُّ أَنَّ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَهُ قَالَ كُنْتُ قَائِمًا عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَ حَبْرٌ مِنْ أَحْبَارِ الْيَهُودِ فَقَالَ السَّلاَمُ عَلَيْكَ يَا مُحَمَّدُ. فَدَفَعْتُهُ دَفْعَةً كَادَ يُصْرَعُ مِنْهَا فَقَالَ لِمَ تَدْفَعُنِى فَقُلْتُ أَلاَ تَقُولُ يَا رَسُولَ اللَّهِ. فَقَالَ الْيَهُودِىُّ إِنَّمَا نَدْعُوهُ بِاسْمِهِ الَّذِى سَمَّاهُ بِهِ أَهْلُهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ اسْمِى مُحَمَّدٌ الَّذِى سَمَّانِى بِهِ أَهْلِى ». فَقَالَ الْيَهُودِىُّ جِئْتُ أَسْأَلُكَ. فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَيَنْفَعُكَ شَىْءٌ إِنْ حَدَّثْتُكَ ». قَالَ أَسْمَعُ بِأُذُنَىَّ فَنَكَتَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعُودٍ مَعَهُ. فَقَالَ « سَلْ ». فَقَالَ الْيَهُودِىُّ أَيْنَ يَكُونُ النَّاسُ يَوْمَ تُبَدَّلُ الأَرْضُ غَيْرَ الأَرْضِ وَالسَّمَوَاتُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هُمْ فِى الظُّلْمَةِ دُونَ الْجِسْرِ ». قَالَ فَمَنْ أَوَّلُ النَّاسِ إِجَازَةً قَالَ « فُقَرَاءُ الْمُهَاجِرِينَ ». قَالَ الْيَهُودِىُّ فَمَا تُحْفَتُهُمْ حِينَ يَدْخُلُونَ الْجَنَّةَ قَالَ « زِيَادَةُ كَبِدِ النُّونِ » قَالَ فَمَا غِذَاؤُهُمْ عَلَى إِثْرِهَا قَالَ « يُنْحَرُ لَهُمْ ثَوْرُ الْجَنَّةِ الَّذِى كَانَ يَأْكُلُ مِنْ أَطْرَافِهَا ». قَالَ فَمَا شَرَابُهُمْ عَلَيْهِ قَالَ « مِنْ عَيْنٍ فِيهَا تُسَمَّى سَلْسَبِيلاً ». قَالَ صَدَقْتَ. قَالَ وَجِئْتُ أَسْأَلُكَ عَنْ شَىْءٍ لاَ يَعْلَمُهُ أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ إِلاَّ نَبِىٌّ أَوْ رَجُلٌ أَوْ رَجُلاَنِ. قَالَ « يَنْفَعُكَ إِنْ حَدَّثْتُكَ ». قَالَ أَسْمَعُ بِأُذُنَىَّ. قَالَ جِئْتُ أَسْأَلُكَ عَنِ الْوَلَدِ قَالَ « مَاءُ الرَّجُلِ أَبْيَضُ وَمَاءُ الْمَرْأَةِ أَصْفَرُ فَإِذَا اجْتَمَعَا فَعَلاَ مَنِىُّ الرَّجُلِ مَنِىَّ الْمَرْأَةِ أَذْكَرَا بِإِذْنِ اللَّهِ وَإِذَا عَلاَ مَنِىُّ الْمَرْأَةِ مَنِىَّ الرَّجُلِ آنَثَا بِإِذْنِ اللَّهِ ». قَالَ الْيَهُودِىُّ لَقَدْ صَدَقْتَ وَإِنَّكَ لَنَبِىٌّ ثُمَّ انْصَرَفَ فَذَهَبَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَقَدْ سَأَلَنِى هَذَا عَنِ الَّذِى سَأَلَنِى عَنْهُ وَمَا لِى عِلْمٌ بِشَىْءٍ مِنْهُ حَتَّى أَتَانِىَ اللَّهُ بِهِ ».

“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvban ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanında durmuşdum. Bu vaxt yəhudilərin baş keşişlərindən biri gəlib dedi: “Sənə salam olsun, ey Muhəmməd!” Onda mən onu itələdim və o, az qaldı ki, yıxıla. Yəhudi dedi: “Niyə məni itələyirsən?” Mən dedim: “Sən niyə “ey Allahın elçisi” demirsən?” Yəhudi dedi: “Biz onu ancaq ailəsinin ona qoyduğu adla çağırırıq”. Allah Elçisi ﷺ buyurdu: “Şübhəsiz ki, mənim adım, ailəmin mənə verdiyi Muhəmməddir”. Yəhudi dedi: “Sənə sual vermək üçün gəlmişəm”. Allah Elçisi ﷺ ona belə buyurdu: “Məgər mənim dediklərimin sənə bir faydası olacaqmı?” Yəhudi dedi: “Bu qulaqlarımla səni dinləyəcəyəm!” Allah Elçisi ﷺ əlindəki ağacı yerə vura-vura buyurdu: “Soruş!” Yəhudi dedi: “Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacağı gün insanlar harada olacaqlar?” Allah Elçisi ﷺ buyurdu: “Onlar körpünün qarşısında, zülmət içində olacaqlar”. Yəhudi soruşdu: “İnsanlardan onu ilk əvvəl kimlər keçəcək?” Allah Elçisi ﷺ buyurdu: “Kasıb mühacirlər!”. Yəhudi soruşdu: “Cənnətə daxil olduqda onların ilk töhfəsi nə olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Balinanın qaraciyərinin (ən dadlı) yeri”. Yəhudi soruşdu: “Bəs bunun ardınca onların yeməyi nə olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Onlar üçün Cənnətin ətrafında otlayan Cənnət öküzü kəsiləcəkdir”. Yəhudi soruşdu: “Bunun üstündən nə içəcəklər?” Allah Elçisi ﷺ buyurdu: “(Onlar) Cənnətdəki Səlsəbil adlanan bir bulaqdan (içəcəklər)”. Yəhudi: “Doğru söylədin!”, – dedi, sonra yenə buyurdu: “Səndən yer əhlindən heç kəsin bilmədiyi, yalnız peyğəmbərin, yaxud bir-iki kişinin də bildiyi bir şey haqqında soruşmağa gəlmişəm”. Allah Elçisi ﷺ buyurdu: “Bəs, mənim dediklərimin sənə bir faydası olacaqmı?” Yəhudi dedi: “Bu qulaqlarımla səni dinləyəcəyəm! Səndən uşağın yaranışı barəsində soruşmağa gəlmişəm”. Allah Elçisi ﷺ buyurdu: “Kişinin mənisi ağ rəngdə, qadınınki isə sarı rəngdə olur. Bunlar birləşdiyi zaman kişinin mənisi qadının mənisini üstələsə, Allahın izini ilə dünyaya oğlan uşağı gətirərlər. Əgər qadının mənisi kişininkini üstələsə, Allahın izini ilə dünyaya qız uşağı gətirərlər”. Yəhudi: “Doğru söylədin. Sən, həqiqətən də, peyğəmbərsən”, - dedi və çıxıb getdi. O getdikdən sonra Allah Elçisi ﷺ buyurdu: “Bu adam məndən soruşduğunu soruşdu, mənim isə buna dair heç bir bilgim yox idi. Bu haqda bilgini Allah mənə vəhy etdi”.”

Səvban
SəhihMuslim, 742 (Heyz, 38)

وَحَدَّثَنِيهِ عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الدَّارِمِىُّ أَخْبَرَنَا يَحْيَى بْنُ حَسَّانَ حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ سَلاَّمٍ فِى هَذَا الإِسْنَادِ بِمِثْلِهِ غَيْرَ أَنَّهُ قَالَ كُنْتُ قَاعِدًا عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ زَائِدَةُ كَبِدِ النُّونِ. وَقَالَ أَذْكَرَ وَآنَثَ. وَلَمْ يَقُلْ أَذْكَرَا وَآنَثَا.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə Səvban demişdir: “Mən Peyğəmbərin ﷺ yanında oturmuşdum... Allah Elçisi ﷺ buyurdu: “Balinanın qaraciyərinin (ən dadlı) tərəfi olacaq”. Bir də: “(Allahın izini ilə dünyaya) oğlan uşağı və ya qız uşağı gətirərlər” yerinə, “oğlan uşağı və ya qız uşağı gətirər”, – deyilir”.”

Səvban
SəhihMuslim, 743 (Heyz, 39)

Fəsil 9

Cənabət halında olarkən qüsl almağın qaydası

بَابُ صِفَةِ غُسْلِ الْجَنَابَةِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ يَبْدَأُ فَيَغْسِلُ يَدَيْهِ ثُمَّ يُفْرِغُ بِيَمِينِهِ عَلَى شِمَالِهِ فَيَغْسِلُ فَرْجَهُ ثُمَّ يَتَوَضَّأُ وُضُوءَهُ لِلصَّلاَةِ ثُمَّ يَأْخُذُ الْمَاءَ فَيُدْخِلُ أَصَابِعَهُ فِى أُصُولِ الشَّعْرِ حَتَّى إِذَا رَأَى أَنْ قَدِ اسْتَبْرَأَ حَفَنَ عَلَى رَأْسِهِ ثَلاَثَ حَفَنَاتٍ ثُمَّ أَفَاضَ عَلَى سَائِرِ جَسَدِهِ ثُمَّ غَسَلَ رِجْلَيْهِ.

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ cənabətli olduqdan sonra qüsl aldıqda əvvəlcə əllərini yuyardı. Sonra sağ əli ilə su götürüb sol əlinin üstünə tökər və cinsiyyət orqanını yuyardı. Sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı. Sonra suyu ovuclayıb barmaqlarını saçlarının dibinə qədər salar və başının hər yerinə su dəydiyinə əmin oluncayadək onu yuyardı. Sonra suyu ovuclayıb başına üç ovuc su tökər, sonra da bütün bədəninə su əndərərdi. Axırda da ayaqlarını yuyardı”.”

Aişə
SəhihMuslim, 744 (Heyz, 40)

وَحَدَّثَنَاهُ قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا جَرِيرٌ ح وَحَدَّثَنَا عَلِىُّ بْنُ حُجْرٍ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا ابْنُ نُمَيْرٍ كُلُّهُمْ عَنْ هِشَامٍ فِى هَذَا الإِسْنَادِ وَلَيْسَ فِى حَدِيثِهِمْ غَسْلُ الرِّجْلَيْنِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə ayaqların yuyulması qeyd edilməmişdir.”

Aişə
SəhihMuslim, 745 (Heyz, 41)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا هِشَامٌ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اغْتَسَلَ مِنَ الْجَنَابَةِ فَبَدَأَ فَغَسَلَ كَفَّيْهِ ثَلاَثًا ثُمَّ ذَكَرَ نَحْوَ حَدِيثِ أَبِى مُعَاوِيَةَ وَلَمْ يَذْكُرْ غَسْلَ الرِّجْلَيْنِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə deyilir: “Allah Elçisi ﷺ cənabətli olduqdan sonra qüsl aldıqda əvvəlcə əllərini üç dəfə yudu...”. Həmçinin bu rəvayətdə ayaqların yuyulması qeyd edilməmişdir.”

Aişə
SəhihMuslim, 746 (Heyz, 42)

وَحَدَّثَنَاهُ عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو حَدَّثَنَا زَائِدَةُ عَنْ هِشَامٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ بَدَأَ فَغَسَلَ يَدَيْهِ قَبْلَ أَنْ يُدْخِلَ يَدَهُ فِى الإِنَاءِ ثُمَّ تَوَضَّأَ مِثْلَ وُضُوئِهِ لِلصَّلاَةِ.

“Aişə ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ cənabətli olduqdan sonra qüsl aldıqda əlini suya salmamışdan əvvəl əllərini yuyardı. Sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı.”

Aişə
SəhihMuslim, 747 (Heyz, 43)

وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ حَدَّثَنِى عِيسَى بْنُ يُونُسَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ حَدَّثَتْنِى خَالَتِى مَيْمُونَةُ قَالَتْ أَدْنَيْتُ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلَهُ مِنَ الْجَنَابَةِ فَغَسَلَ كَفَّيْهِ مَرَّتَيْنِ أَوْ ثَلاَثًا ثُمَّ أَدْخَلَ يَدَهُ فِى الإِنَاءِ ثُمَّ أَفْرَغَ بِهِ عَلَى فَرْجِهِ وَغَسَلَهُ بِشِمَالِهِ ثُمَّ ضَرَبَ بِشِمَالِهِ الأَرْضَ فَدَلَكَهَا دَلْكًا شَدِيدًا ثُمَّ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ثُمَّ أَفْرَغَ عَلَى رَأْسِهِ ثَلاَثَ حَفَنَاتٍ مِلْءَ كَفِّهِ ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ ثُمَّ تَنَحَّى عَنْ مَقَامِهِ ذَلِكَ فَغَسَلَ رِجْلَيْهِ ثُمَّ أَتَيْتُهُ بِالْمِنْدِيلِ فَرَدَّهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Xalam Məymunə mənə belə rəvayət etmişdir: “Allah Elçisinin ﷺ cənabət qüslu alması üçün ona su gətirdim. O, əllərini iki və ya üç dəfə yudu. Sonra əlini qaba salıb su götürdü, sonra da onu cinsiyyət üzvünün üstünə tökdü və sol əli ilə onu yudu. Sonra sol əlini torpağa vurdu və onu yaxşıca ovxaladı. Sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz aldı. Sonra başına üç dolu ovuc su tökdü. Sonra da bədəninin qalan hissəsini yudu. Daha sonra dayandığı yerdən bir az kənara çəkildi və ayaqlarını yudu. Sonra mən ona dəsmal gətirdim, lakin o, dəsmalı götürmədi”.”

İbn Abbas
SəhihMuslim, 748 (Heyz, 44)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ وَالأَشَجُّ وَإِسْحَاقُ كُلُّهُمْ عَنْ وَكِيعٍ ح وَحَدَّثَنَاهُ يَحْيَى بْنُ يَحْيَى وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ كِلاَهُمَا عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ. وَلَيْسَ فِى حَدِيثِهِمَا إِفْرَاغُ ثَلاَثِ حَفَنَاتٍ عَلَى الرَّأْسِ وَفِى حَدِيثِ وَكِيعٍ وَصْفُ الْوُضُوءِ كُلِّهِ يَذْكُرُ الْمَضْمَضَةَ وَالاِسْتِنْشَاقَ فِيهِ وَلَيْسَ فِى حَدِيثِ أَبِى مُعَاوِيَةَ ذِكْرُ الْمِنْدِيلِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin rəvayətdə üç ovuc suyun başa tökülməsi qeyd edilməmişdir. Həmçinin bu rəvayətdə dəstəmaz tamamilə vəsf edilmişdir, ağızı yaxalamaq və buruna su çəkmək də qeyd edilmiş, dəsmal sözü isə qeyd edilməmişdir.”

İbn Abbas
SəhihMuslim, 749 (Heyz, 45)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ إِدْرِيسَ عَنِ الأَعْمَشِ عَنْ سَالِمٍ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُتِىَ بِمِنْدِيلٍ فَلَمْ يَمَسَّهُ وَجَعَلَ يَقُولُ بِالْمَاءِ هَكَذَا يَعْنِى يَنْفُضُهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Məymunə ﵂ demişdir: “Peyğəmbərə ﷺ dəsmal gətirdilər, amma o, dəsmala toxunmadı və qollarını çırpmağa başladı”.”

İbn Abbas
SəhihMuslim, 750 (Heyz, 46)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى الْعَنَزِىُّ حَدَّثَنِى أَبُو عَاصِمٍ عَنْ حَنْظَلَةَ بْنِ أَبِى سُفْيَانَ عَنِ الْقَاسِمِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ دَعَا بِشَىْءٍ نَحْوَ الْحِلاَبِ فَأَخَذَ بِكَفِّهِ بَدَأَ بِشِقِّ رَأْسِهِ الأَيْمَنِ ثُمَّ الأَيْسَرِ ثُمَّ أَخَذَ بِكَفَّيْهِ فَقَالَ بِهِمَا عَلَى رَأْسِهِ.

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Peyğəmbər ﷺ cənabətli olduqdan sonra qüsl aldıqda badyaya bənzər bir şey gətizdirərdi. Sonra bir ovucu ilə su götürüb başının sağ tərəfindən başlayaraq əvvəlcə başının sağ, sonra da sol tərəfini yuyardı. Sonra da ovucları ilə su götürüb başına tökərdi”.”

Aişə
SəhihMuslim, 751 (Heyz, 47)

Fəsil 10

Cənabət qüslu aldıqda müstəhəb sayılan su miqdarı, kişi ilə qadının bir qabdan və bir yerdə qüsl etməsi və onlardan birinin digərinin artığı ilə yuyunması

بَابُ الْقَدْرِ الْمُسْتَحَبِّ مِنْ الْمَاءِ فِي غُسْلِ الْجَنَابَةِ وَغُسْلِ الرَّجُلِ وَالْمَرْأَةِ فِي إِنَاءٍ وَاحِدٍ فِي حَالَةٍ وَاحِدَةٍ وَغُسْلِ أَحَدِهِمَا بِفَضْلِ الآخَرِ

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَغْتَسِلُ مِنْ إِنَاءٍ هُوَ الْفَرَقُ مِنَ الْجَنَابَةِ.

“Aişə ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ cənabətli olduqdan sonra “fəraq” deyilən bir qabdan su götürüb qüsl alardı.”

Aişə
SəhihMuslim, 752 (Heyz, 48)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا ابْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ ح وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ كِلاَهُمَا عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلُ فِى الْقَدَحِ وَهُوَ الْفَرَقُ وَكُنْتُ أَغْتَسِلُ أَنَا وَهُوَ فِى الإِنَاءِ الْوَاحِدِ. وَفِى حَدِيثِ سُفْيَانَ مِنْ إِنَاءٍ وَاحِدٍ. قَالَ قُتَيْبَةُ قَالَ سُفْيَانُ وَالْفَرَقُ ثَلاَثَةُ آصُعٍ.

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ “fəraq” deyilən bir qabdan su götürüb qüsl alardı Mən də onunla birlikdə eyni qabdan qüsl alardım”. Ravi Süfyanın rəvayətində “Bir qabdan” deyilir. Quteybə rəvayət edir ki, Süfyan belə demişdir: “Fəraq üç saaya bərabərdir”.”

Aişə
SəhihMuslim, 753 (Heyz, 49)

وَحَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى بَكْرِ بْنِ حَفْصٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ قَالَ دَخَلْتُ عَلَى عَائِشَةَ أَنَا وَأَخُوهَا مِنَ الرَّضَاعَةِ فَسَأَلَهَا عَنْ غُسْلِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْجَنَابَةِ فَدَعَتْ بِإِنَاءٍ قَدْرِ الصَّاعِ فَاغْتَسَلَتْ وَبَيْنَنَا وَبَيْنَهَا سِتْرٌ وَأَفْرَغَتْ عَلَى رَأْسِهَا ثَلاَثًا. قَالَ وَكَانَ أَزْوَاجُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْخُذْنَ مِنْ رُءُوسِهِنَّ حَتَّى تَكُونَ كَالْوَفْرَةِ.

“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ demişdir: “Mən Aişənin süd qardaşı ilə birgə onun yanına getdim. Süd qardaşı ondan Peyğəmbərin ﷺ cənabətli olduqda necə qüsl aldığını soruşdu. Aişə bir saa qədər su tutan bir qab gətizdirdi və özü ilə bizim aramızda pərdə tutub qüsl aldı. Qüsl əsnasında başına üç dəfə su tökdü”. Əbu Sələmə deyir: “Peyğəmbərin ﷺ zövcələri öz saçlarından o qədər alardılar ki, saçları qulaq mərcəyinə çatardı”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
SəhihMuslim, 754 (Heyz, 50)

حَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى مَخْرَمَةُ بْنُ بُكَيْرٍ عَنْ أَبِيهِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ قَالَ قَالَتْ عَائِشَةُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ بَدَأَ بِيَمِينِهِ فَصَبَّ عَلَيْهَا مِنَ الْمَاءِ فَغَسَلَهَا ثُمَّ صَبَّ الْمَاءَ عَلَى الأَذَى الَّذِى بِهِ بِيَمِينِهِ وَغَسَلَ عَنْهُ بِشِمَالِهِ حَتَّى إِذَا فَرَغَ مِنْ ذَلِكَ صَبَّ عَلَى رَأْسِهِ. قَالَتْ عَائِشَةُ كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ وَنَحْنُ جُنُبَانِ.

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ qüsl aldıqda sağ tərəfindən başlayar, sağ əli ilə bədəninə su töküb onu yuyardı. Sonra sağ əli ilə bulaşmış əzaları üstünə su tökər və sol əli ilə onu yuyardı. Ayıb yerlərini yuyub qurtardıqdan sonra başından su əndərərdi”. Aişə deyir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə – hər ikimiz cənabətli olduğumuz halda – bir qabdan su götürüb qüsl alardıq”.”

Aişə
SəhihMuslim, 755 (Heyz, 51)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا شَبَابَةُ حَدَّثَنَا لَيْثٌ عَنْ يَزِيدَ عَنْ عِرَاكٍ عَنْ حَفْصَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى بَكْرٍ - وَكَانَتْ تَحْتَ الْمُنْذِرِ بْنِ الزُّبَيْرِ - أَنَّ عَائِشَةَ أَخْبَرَتْهَا أَنَّهَا كَانَتْ تَغْتَسِلُ هِىَ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى إِنَاءٍ وَاحِدٍ يَسَعُ ثَلاَثَةَ أَمْدَادٍ أَوْ قَرِيبًا مِنْ ذَلِكَ.

“Munzir ibn Zubeyrin zövcəsi Həfsa bint Abdur-Rahmən ibn Əbu Bəkr ﵄ rəvayət etmişdir ki, Aişə ona Peyğəmbərlə ﷺ birlikdə üç mudd və ya buna yaxın miqdarda su tutan bir qabdan qüsl aldığını xəbər vermişdir.”

Həfsa bint Abdur-Rahmən ibn Əbu Bəkr
SəhihMuslim, 756 (Heyz, 52)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ بْنِ قَعْنَبٍ قَالَ حَدَّثَنَا أَفْلَحُ بْنُ حُمَيْدٍ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ تَخْتَلِفُ أَيْدِينَا فِيهِ مِنَ الْجَنَابَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə cənabətli ikən bir qabdan su götürüb qüsl alardıq. Biz suyu ovucladığımız vaxt əllərimiz o qabın içində bir-birinə dəyərdi”.”

Aişə
SəhihMuslim, 757 (Heyz, 53)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا أَبُو خَيْثَمَةَ عَنْ عَاصِمٍ الأَحْوَلِ عَنْ مُعَاذَةَ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ - بَيْنِى وَبَيْنَهُ - وَاحِدٍ فَيُبَادِرُنِى حَتَّى أَقُولَ دَعْ لِى دَعْ لِى. قَالَتْ وَهُمَا جُنُبَانِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə – aramızda olan – bir qabdan su götürüb qüsl alardıq. Suyu ovuclayarkən bəzən o məni qabaqlayar və mən ona: “Sudan mənə də saxla, mənə də saxla”, – deyərdim”. Aişə o vaxt hər ikisinin cənabətli olduğunu söyləmişdir.”

Aişə
SəhihMuslim, 758 (Heyz, 54)

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ قَالَ قُتَيْبَةُ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو عَنْ أَبِى الشَّعْثَاءِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ أَخْبَرَتْنِى مَيْمُونَةُ أَنَّهَا كَانَتْ تَغْتَسِلُ هِىَ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى إِنَاءٍ وَاحِدٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Məymunə mənə Peyğəmbərlə ﷺ birlikdə bir qabdan su götürüb qüsl aldığını xəbər vermişdir”.”

İbn Abbas
SəhihMuslim, 759 (Heyz, 55)

وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَمُحَمَّدُ بْنُ حَاتِمٍ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ ابْنُ حَاتِمٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرٍ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى عَمْرُو بْنُ دِينَارٍ قَالَ أَكْبَرُ عِلْمِى وَالَّذِى يَخْطُرُ عَلَى بَالِى أَنَّ أَبَا الشَّعْثَاءِ أَخْبَرَنِى أَنَّ ابْنَ عَبَّاسٍ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَغْتَسِلُ بِفَضْلِ مَيْمُونَةَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunədən artıq qalan su ilə qüsl alardı.”

İbn Abbas
SəhihMuslim, 760 (Heyz, 56)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ حَدَّثَنَا أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ زَيْنَبَ بِنْتَ أُمِّ سَلَمَةَ حَدَّثَتْهُ أَنَّ أُمَّ سَلَمَةَ حَدَّثَتْهَا قَالَتْ كَانَتْ هِىَ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلاَنِ فِى الإِنَاءِ الْوَاحِدِ مِنَ الْجَنَابَةِ.

“Zeynəb bint Ummu Sələmə ﵀ rəvayət etmişdir ki, Ummu Sələmə ona Allah Elçisi ﷺ ilə birlikdə cənabətli ikən bir qabdan su götürüb qüsl aldığını xəbər vermişdir.”

Zeynəb bint Ummu Sələmə
SəhihMuslim, 761 (Heyz, 57)

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ - يَعْنِى ابْنَ مَهْدِىٍّ - قَالاَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ جَبْرٍ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلُ بِخَمْسِ مَكَاكِيكَ وَيَتَوَضَّأُ بِمَكُّوكٍ. وَقَالَ ابْنُ الْمُثَنَّى بِخَمْسِ مَكَاكِىَّ. وَقَالَ ابْنُ مُعَاذٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ وَلَمْ يَذْكُرِ ابْنَ جَبْرٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ beş məkkuk (su) ilə qüsl edər, bir məkkuk ilə də dəstəmaz alardı”. Ravi İbn Musənnə: “Beş məkkuk” demişdir.”

Ənəs
SəhihMuslim, 762 (Heyz, 58)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا وَكِيعٌ عَنْ مِسْعَرٍ عَنِ ابْنِ جَبْرٍ عَنْ أَنَسِ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ بِالْمُدِّ وَيَغْتَسِلُ بِالصَّاعِ إِلَى خَمْسَةِ أَمْدَادٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ bir mudd su ilə dəstəmaz alar və bir saadan beş mudda qədər su ilə qüsl edərdi”.”

Ənəs
SəhihMuslim, 763 (Heyz, 59)

وَحَدَّثَنَا أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ وَعَمْرُو بْنُ عَلِىٍّ كِلاَهُمَا عَنْ بِشْرِ بْنِ الْمُفَضَّلِ - قَالَ أَبُو كَامِلٍ حَدَّثَنَا بِشْرٌ - حَدَّثَنَا أَبُو رَيْحَانَةَ عَنْ سَفِينَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُغَسِّلُهُ الصَّاعُ مِنَ الْمَاءِ مِنَ الْجَنَابَةِ وَيُوَضِّؤُهُ الْمُدُّ.

“Rəvayət edilir ki, Səfinə ﵀ demişdir: “Allah Elçisi ﷺ cənabətli ikən qüsl etdikdə bir saa su, dəstəmaz aldıqda isə bir mudd su ona yetərdi”.”

Səfinə
SəhihMuslim, 764 (Heyz, 60)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ح وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ حَدَّثَنَا إِسْمَاعِيلُ عَنْ أَبِى رَيْحَانَةَ عَنْ سَفِينَةَ - قَالَ أَبُو بَكْرٍ - صَاحِبُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْتَسِلُ بِالصَّاعِ وَيَتَطَهَّرُ بِالْمُدِّ. وَفِى حَدِيثِ ابْنِ حُجْرٍ أَوْ قَالَ وَيُطَهِّرُهُ الْمُدُّ. وَقَالَ وَقَدْ كَانَ كَبِرَ وَمَا كُنْتُ أَثِقُ بِحَدِيثِهِ.

“Səfinə Allah Elçisinin ﷺ səhabəsi Əbu Bəkrin ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ bir saa su ilə qüsl edər və bir mudd su ilə paklanardı”. İbn Hucrun rəvayətində: “Yaxud bir mudd su onun paklanmasına kifayət edərdi” deyilir. Ravi Əbu Reyhanə demişdir: “Səfinə çox qocalmışdı deyə mən onun rəvayət etdiyi hədisi mötəbər saymırdım”.”

Əbu Bəkr
SəhihMuslim, 765 (Heyz, 61)

Fəsil 11

Başa və bədənin digər tərəflərinə üç dəfə su tökməyin bəyənilməsi

بَابُ اسْتِحْبَابِ إِفَاضَةِ الْمَاءِ عَلَى الرَّأْسِ وَغَيْرِهِ ثَلاَثًا

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ قَالَ يَحْيَى أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا أَبُو الأَحْوَصِ عَنْ أَبِى إِسْحَاقَ عَنْ سُلَيْمَانَ بْنِ صُرَدٍ عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ قَالَ تَمَارَوْا فِى الْغُسْلِ عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ بَعْضُ الْقَوْمِ أَمَّا أَنَا فَإِنِّى أَغْسِلُ رَأْسِى كَذَا وَكَذَا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَّا أَنَا فَإِنِّى أُفِيضُ عَلَى رَأْسِى ثَلاَثَ أَكُفٍّ ».

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Bir dəfə səhabələr Allah Elçisinin ﷺ hüzurunda qüsl alan zaman sərf edilən su haqda mübahisə etdilər. Onlardan bəzisi: “Mənə gəlincə, mən başımı bu qədər, bu qədər su ilə yuyuram”, – dedi. Bunu eşidəndə Peyğəmbər ﷺ buyurdu: “Mənə gəlincə, mən başıma üç ovuc su tökürəm”.”

Cubeyr ibn Mutim
SəhihMuslim, 766 (Heyz, 62)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى إِسْحَاقَ عَنْ سُلَيْمَانَ بْنِ صُرَدٍ عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ ذُكِرَ عِنْدَهُ الْغُسْلُ مِنَ الْجَنَابَةِ فَقَالَ « أَمَّا أَنَا فَأُفْرِغُ عَلَى رَأْسِى ثَلاَثًا ».

“Cubeyr ibn Mutim ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbərin ﷺ yanında cənabət qüslundən söhbət açıldı. Peyğəmbər ﷺ buyurdu: “Mənə gəlincə, mən başıma üç dəfə su tökürəm”.”

Cubeyr ibn Mutim
SəhihMuslim, 767 (Heyz, 63)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَإِسْمَاعِيلُ بْنُ سَالِمٍ قَالاَ أَخْبَرَنَا هُشَيْمٌ عَنْ أَبِى بِشْرٍ عَنْ أَبِى سُفْيَانَ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ وَفْدَ ثَقِيفٍ سَأَلُوا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا إِنَّ أَرْضَنَا أَرْضٌ بَارِدَةٌ فَكَيْفَ بِالْغُسْلِ فَقَالَ « أَمَّا أَنَا فَأُفْرِغُ عَلَى رَأْسِى ثَلاَثًا ». قَالَ ابْنُ سَالِمٍ فِى رِوَايَتِهِ حَدَّثَنَا هُشَيْمٌ أَخْبَرَنَا أَبُو بِشْرٍ وَقَالَ إِنَّ وَفْدَ ثَقِيفٍ قَالُوا يَا رَسُولَ اللَّهِ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Səqif qəbiləsinin nümayəndələri Peyğəmbərdən ﷺ: “Bizim qaldığımız yer soyuq bir yerdir. Belə şəraitdə biz qüslu necə etməliyik?”, – deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Mənə gəlincə, mən başıma üç dəfə su tökürəm”. İbn Səlim öz rəvayətində demişdir: “Bizə Huşeym rəvayət etdi, bizə Əbu Bişr xəbər verdi və dedi: “Səqif qəbiləsinin nümayəndələri: “Ey Allahın Elçisi!”, – dedilər.”

Cabir ibn Abdullah
SəhihMuslim, 768 (Heyz, 64)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ - يَعْنِى الثَّقَفِىَّ - حَدَّثَنَا جَعْفَرٌ عَنْ أَبِيهِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنْ جَنَابَةٍ صَبَّ عَلَى رَأْسِهِ ثَلاَثَ حَفَنَاتٍ مِنْ مَاءٍ. فَقَالَ لَهُ الْحَسَنُ بْنُ مُحَمَّدٍ إِنَّ شَعْرِى كَثِيرٌ. قَالَ جَابِرٌ فَقُلْتُ لَهُ يَا ابْنَ أَخِى كَانَ شَعْرُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكْثَرَ مِنْ شَعْرِكَ وَأَطْيَبَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ cənabət qüslu alarkən başına üç ovuc su tökərdi”. Bunu eşidəndə Həsən ibn Muhəmməd Cabirə: “Mənim saçım çoxdur”, – dedi. Cabir dedi: “Mən ona belə cavab verdim: “Ey qardaşım oğlu! Allah Elçisinin ﷺ saçı sənin saçından daha çox və daha xoşagəlimli idi”.”

Cabir ibn Abdullah
SəhihMuslim, 769 (Heyz, 65)

Fəsil 12

Qüsl alan qadının saç hörüklərinin hökmü

باب حُكْمِ ضَفَائِرِ الْمُغْتَسِلَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَابْنُ أَبِى عُمَرَ كُلُّهُمْ عَنِ ابْنِ عُيَيْنَةَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا سُفْيَانُ عَنْ أَيُّوبَ بْنِ مُوسَى عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ رَافِعٍ مَوْلَى أُمِّ سَلَمَةَ عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنِّى امْرَأَةٌ أَشُدُّ ضَفْرَ رَأْسِى فَأَنْقُضُهُ لِغُسْلِ الْجَنَابَةِ قَالَ « لاَ إِنَّمَا يَكْفِيكِ أَنْ تَحْثِى عَلَى رَأْسِكِ ثَلاَثَ حَثَيَاتٍ ثُمَّ تُفِيضِينَ عَلَيْكِ الْمَاءَ فَتَطْهُرِينَ ».

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən saçları çox sıx hörülmüş bir qadınam. Cənabət qüslu aldıqda hörüklərimi açımmı?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, sadəcə başına üç ovuc su tökmək sənə bəs edər. Sonra da suyu bədəninə əndərirsən və təmizlənirsən”.”

Ummu Sələmə
SəhihMuslim, 770 (Heyz, 66)

وَحَدَّثَنَا عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ح وَحَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ قَالاَ أَخْبَرَنَا الثَّوْرِىُّ عَنْ أَيُّوبَ بْنِ مُوسَى فِى هَذَا الإِسْنَادِ وَفِى حَدِيثِ عَبْدِ الرَّزَّاقِ فَأَنْقُضُهُ لِلْحَيْضَةِ وَالْجَنَابَةِ فَقَالَ « لاَ » ثُمَّ ذَكَرَ بِمَعْنَى حَدِيثِ ابْنِ عُيَيْنَةَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə Ummu Sələmə belə demişdir: “Heyz və cənabətli olduğum vaxt hörüklərimi açımmı?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr....”.”

Ummu Sələmə
SəhihMuslim, 771 (Heyz, 67)

وَحَدَّثَنِيهِ أَحْمَدُ الدَّارِمِىُّ حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ عَدِىٍّ حَدَّثَنَا يَزِيدُ - يَعْنِى ابْنَ زُرَيْعٍ - عَنْ رَوْحِ بْنِ الْقَاسِمِ حَدَّثَنَا أَيُّوبُ بْنُ مُوسَى بِهَذَا الإِسْنَادِ وَقَالَ أَفَأَحُلُّهُ فَأَغْسِلُهُ مِنَ الْجَنَابَةِ. وَلَمْ يَذْكُرِ الْحَيْضَةَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə Ummu Sələmə belə demişdir: “Cənabətli olduğum zaman hörüklərimi açıb onları yuyummu?”, – demiş, lakin “heyz” sözünü qeyd etməmişdir.”

Ummu Sələmə
SəhihMuslim, 772 (Heyz, 68)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَلِىُّ بْنُ حُجْرٍ جَمِيعًا عَنِ ابْنِ عُلَيَّةَ قَالَ يَحْيَى أَخْبَرَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ عَنْ أَيُّوبَ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ قَالَ بَلَغَ عَائِشَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو يَأْمُرُ النِّسَاءَ إِذَا اغْتَسَلْنَ أَنْ يَنْقُضْنَ رُءُوسَهُنَّ فَقَالَتْ يَا عَجَبًا لاِبْنِ عَمْرٍو هَذَا يَأْمُرُ النِّسَاءَ إِذَا اغْتَسَلْنَ أَنْ يَنْقُضْنَ رُءُوسَهُنَّ أَفَلاَ يَأْمُرُهُنَّ أَنْ يَحْلِقْنَ رُءُوسَهُنَّ لَقَدْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ وَلاَ أَزِيدُ عَلَى أَنْ أُفْرِغَ عَلَى رَأْسِى ثَلاَثَ إِفْرَاغَاتٍ.

“Rəvayət edilir ki, Ubeyd ibn Umeyr ﵀ demişdir: “Aişəyə xəbər çatdı ki, Abdullah ibn Amr qadınlara qüsl aldıqları vaxt hörüklərini açmalarını əmr edir. Aişə dedi: “Qəribə adamdır bu Amrın oğlu! Qadınlara qüsl aldıqları vaxt hörüklərini açmalarını əmr edir. Niyə onlara başlarını keçəl qırxdırmağı əmr etmir?! Düzü, mən Allah Elçisi ﷺ ilə birlikdə bir qabdan su götürüb qüsl alardım. Mən başıma üç dəfə su tökməkdən əlavə bir şey etməzdim”.”

Ubeyd ibn Umeyr
SəhihMuslim, 773 (Heyz, 69)

Fəsil 13

Heyz gördükdən sonra qüsl alan qadının qan axan yeri təmizləmək üçün ətirlənmiş parçadan istifadə etməsinin müstəhəbliyi

بَابُ اسْتِحْبَابِ اسْتِعْمَالِ الْمُغْتَسِلَةِ مِنَ الْحَيْضِ فِرْصَةً مِنْ مِسْكٍ فِى مَوْضِعِ الدَّمِ

حَدَّثَنَا عَمْرُو بْنُ مُحَمَّدٍ النَّاقِدُ وَابْنُ أَبِى عُمَرَ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ عَمْرٌو حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ - عَنْ مَنْصُورٍ ابْنِ صَفِيَّةَ عَنْ أُمِّهِ عَنْ عَائِشَةَ قَالَتْ سَأَلَتِ امْرَأَةٌ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ تَغْتَسِلُ مِنْ حَيْضَتِهَا قَالَ فَذَكَرَتْ أَنَّهُ عَلَّمَهَا كَيْفَ تَغْتَسِلُ ثُمَّ تَأْخُذُ فِرْصَةً مِنْ مِسْكٍ فَتَطَهَّرُ بِهَا. قَالَتْ كَيْفَ أَتَطَهَّرُ بِهَا قَالَ « تَطَهَّرِى بِهَا. سُبْحَانَ اللَّهِ ». وَاسْتَتَرَ - وَأَشَارَ لَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ بِيَدِهِ عَلَى وَجْهِهِ - قَالَ قَالَتْ عَائِشَةُ وَاجْتَذَبْتُهَا إِلَىَّ وَعَرَفْتُ مَا أَرَادَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ تَتَبَّعِى بِهَا أَثَرَ الدَّمِ. وَقَالَ ابْنُ أَبِى عُمَرَ فِى رِوَايَتِهِ فَقُلْتُ تَتَبَّعِى بِهَا آثَارَ الدَّمِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir qadın Peyğəmbərdən ﷺ heyzdən sonra yuyunması haqda soruşdu. Peyğəmbər ﷺ ona necə yuyunacağını başa salaraq buyurdu: “Müşkə batırılmış bir parça götürüb onunla təmizlənirsən”. Qadın dedi: “Onunla necə təmizlənim?” Peyğəmbər ﷺ: “Subhən-Allah! Onunla təmizlən!”, – deyə buyurdu və üzünü örtdü. (Hədisin bu yerində ravi Süfyan əlini üzünə tutmaqla onun üzünü necə örtdüyünü bizə göstərdi). Aişə deyir: “Mən Peyğəmbərin ﷺ nəyi nəzərdə tutduğunu anladım və qadını özümə tərəf çəkib dedim: “Onunla qan ləkəsi qalmış yerləri silib təmizlə”. Ravi İbn Əbu Ömər öz rəvayətində demişdir: “Aişə dedi: “Onunla qan ləkələri qalmış yerləri silib təmizlə”.”

Aişə
SəhihMuslim, 774 (Heyz, 70)

وَحَدَّثَنِى أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِىُّ حَدَّثَنَا حَبَّانُ حَدَّثَنَا وُهَيْبٌ حَدَّثَنَا مَنْصُورٌ عَنْ أُمِّهِ عَنْ عَائِشَةَ أَنَّ امْرَأَةً سَأَلَتِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ أَغْتَسِلُ عِنْدَ الطُّهْرِ فَقَالَ « خُذِى فِرْصَةً مُمَسَّكَةً فَتَوَضَّئِى بِهَا ». ثُمَّ ذَكَرَ نَحْوَ حَدِيثِ سُفْيَانَ.

“Aişə ﵂ rəvayət edir ki, bir qadın Peyğəmbərdən ﷺ: “Heyzdən təmizləndikdə necə qüsl alım?”, – deyə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Ətirlənmiş bir parça götür və onunla təmizlən...”. Sonra ravi yuxarıdakı hədisin eynisi rəvayət etdi.”

Aişə
SəhihMuslim, 775 (Heyz, 71)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ إِبْرَاهِيمَ بْنِ الْمُهَاجِرِ قَالَ سَمِعْتُ صَفِيَّةَ تُحَدِّثُ عَنْ عَائِشَةَ أَنَّ أَسْمَاءَ سَأَلَتِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ غُسْلِ الْمَحِيضِ فَقَالَ « تَأْخُذُ إِحْدَاكُنَّ مَاءَهَا وَسِدْرَتَهَا فَتَطَهَّرُ فَتُحْسِنُ الطُّهُورَ ثُمَّ تَصُبُّ عَلَى رَأْسِهَا فَتَدْلُكُهُ دَلْكًا شَدِيدًا حَتَّى تَبْلُغَ شُئُونَ رَأْسِهَا ثُمَّ تَصُبُّ عَلَيْهَا الْمَاءَ. ثُمَّ تَأْخُذُ فِرْصَةً مُمَسَّكَةً فَتَطَهَّرُ بِهَا ». فَقَالَتْ أَسْمَاءُ وَكَيْفَ تَطَهَّرُ بِهَا فَقَالَ « سُبْحَانَ اللَّهِ تَطَهَّرِينَ بِهَا ». فَقَالَتْ عَائِشَةُ كَأَنَّهَا تُخْفِى ذَلِكَ تَتَبَّعِينَ أَثَرَ الدَّمِ. وَسَأَلَتْهُ عَنْ غُسْلِ الْجَنَابَةِ فَقَالَ « تَأْخُذُ مَاءً فَتَطَهَّرُ فَتُحْسِنُ الطُّهُورَ - أَوْ تُبْلِغُ الطُّهُورَ - ثُمَّ تَصُبُّ عَلَى رَأْسِهَا فَتَدْلُكُهُ حَتَّى تَبْلُغَ شُئُونَ رَأْسِهَا ثُمَّ تُفِيضُ عَلَيْهَا الْمَاءَ ». فَقَالَتْ عَائِشَةُ نِعْمَ النِّسَاءُ نِسَاءُ الأَنْصَارِ لَمْ يَكُنْ يَمْنَعُهُنَّ الْحَيَاءُ أَنْ يَتَفَقَّهْنَ فِى الدِّينِ.

“Rəvayət edilir ki, Səfiyyə ﵀ demişdir: “Aişə belə buyurdu: “Əsma Peyğəmbərdən ﷺ heyzdən sonrakı qüsl barəsində soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Sizdən biriniz (heyzdən təmizləndiyi vaxt) suyunu və sidrini götürüb təmizlənsin. Təmizlənməyi də gözəl şəkildə yerinə yetirsin. Sonra başına su töksün və su onun saç köklərinə çatana kimi başını yaxşıca ovxalasın. Sonra bədəninə su əndərsin. Sonra da ətirlənmiş bir parça götürüb onunla təmizlənsin”. Əsma dedi: “Onunla necə təmizlənsin?” Peyğəmbər ﷺ buyurdu: “Subhən-Allah! Onunla təmizlənirsən!” Aişə oradakılara eşitdirməsin deyə alçaq səslə qadına dedi: “Qan ləkəsi qalmış yerləri silib təmizlə”. Sonra qadın Peyğəmbərdən ﷺ cənabət qüslu barədə soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Su götürüb təmizlənsin və təmizlənməni gözəl şəkildə, yaxud kamil şəkildə yerinə yetirsin. Sonra başına su töksün və su onun saç köklərinə çatana kimi başını ovxalasın. Sonra da bədəninə su əndərsin”. Aişə dedi: “Ənsar qadınları nə gözəl qadınlardır! Həyaları onlara dini öyrənməyə mane olmamışdır”.”

Səfiyyə
SəhihMuslim, 776 (Heyz, 72)

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ فِى هَذَا الإِسْنَادِ نَحْوَهُ وَقَالَ قَالَ « سُبْحَانَ اللَّهِ تَطَهَّرِى بِهَا ». وَاسْتَتَرَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə deyilir: “Peyğəmbər ﷺ: “Subhən-Allah! Onunla təmizlən!”, – deyə buyurdu və üzünü örtdü”.”

Səfiyyə
SəhihMuslim, 777 (Heyz, 73)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ كِلاَهُمَا عَنْ أَبِى الأَحْوَصِ عَنْ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ عَنْ صَفِيَّةَ بِنْتِ شَيْبَةَ عَنْ عَائِشَةَ قَالَتْ دَخَلَتْ أَسْمَاءُ بِنْتُ شَكَلٍ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ كَيْفَ تَغْتَسِلُ إِحْدَانَا إِذَا طَهُرَتْ مِنَ الْحَيْضِ وَسَاقَ الْحَدِيثَ وَلَمْ يَذْكُرْ فِيهِ غُسْلَ الْجَنَابَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Əsma bint Şəkəl Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Bizdən birimiz heyzdən təmizləndikdən sonra necə qüsl almalıdır?...” Ravi yuxarıdakı hədisi qeyd etmiş, lakin cənabət qüslunu qeyd etməmişdir.”

Aişə
SəhihMuslim, 778 (Heyz, 74)

Fəsil 14

İstihazəli qadın, onun qüsl etməsi və namaz qılması

بَابُ الْمُسْتَحَاضَةِ وَغُسْلِهَا وَصَلاَتِهَا

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ جَاءَتْ فَاطِمَةُ بِنْتُ أَبِى حُبَيْشٍ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ إِنِّى امْرَأَةٌ أُسْتَحَاضُ فَلاَ أَطْهُرُ أَفَأَدَعُ الصَّلاَةَ فَقَالَ « لاَ إِنَّمَا ذَلِكِ عِرْقٌ وَلَيْسَ بِالْحَيْضَةِ فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ فَدَعِى الصَّلاَةَ وَإِذَا أَدْبَرَتْ فَاغْسِلِى عَنْكِ الدَّمَ وَصَلِّى ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən istihazəyə mübtəla olmuş bir qadınam, (məndən davamlı olaraq qan gəlir deyə) təmiz ola bilmirəm. Belə halda namazı buraxa bilərəmmi?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, bu sadəcə damar qanıdır, heyz deyil. Heyz qanı gəldikdə namazı burax. Heyz müddəti başa çatdıqda isə qüsl et, sonra da namazını qıl”.”

Aişə
SəhihMuslim, 779 (Heyz, 75)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ وَأَبُو مُعَاوِيَةَ ح وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا جَرِيرٌ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا خَلَفُ بْنُ هِشَامٍ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ كُلُّهُمْ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ بِمِثْلِ حَدِيثِ وَكِيعٍ وَإِسْنَادِهِ. وَفِى حَدِيثِ قُتَيْبَةَ عَنْ جَرِيرٍ جَاءَتْ فَاطِمَةُ بِنْتُ أَبِى حُبَيْشِ بْنِ عَبْدِ الْمُطَّلِبِ بْنِ أَسَدٍ وَهِىَ امْرَأَةٌ مِنَّا. قَالَ وَفِى حَدِيثِ حَمَّادِ بْنِ زَيْدٍ زِيَادَةُ حَرْفٍ تَرَكْنَا ذِكْرَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə deyilir: “Fatimə bint Əbu Hubeyş ibn Abdul-Muttalib ibn Əsəd gəldi. O bizdən olan bir qadındır”.”

Aişə
SəhihMuslim, 780 (Heyz, 76)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتِ اسْتَفْتَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ إِنِّى أُسْتَحَاضُ. فَقَالَ « إِنَّمَا ذَلِكِ عِرْقٌ فَاغْتَسِلِى ثُمَّ صَلِّى ». فَكَانَتْ تَغْتَسِلُ عِنْدَ كُلِّ صَلاَةٍ. قَالَ اللَّيْثُ بْنُ سَعْدٍ لَمْ يَذْكُرِ ابْنُ شِهَابٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ أَنْ تَغْتَسِلَ عِنْدَ كُلِّ صَلاَةٍ وَلَكِنَّهُ شَىْءٌ فَعَلَتْهُ هِىَ. وَقَالَ ابْنُ رُمْحٍ فِى رِوَايَتِهِ ابْنَةُ جَحْشٍ وَلَمْ يَذْكُرْ أُمَّ حَبِيبَةَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə bint Cəhş Allah Elçisinə ﷺ dedi: “Məndən davamlı olaraq qan gəlir”. Allah Elçisi ﷺ ona: “Bu sadəcə damar qanıdır. Sən yuyun, sonra da namazını qıl”, – deyə buyurdu. Elə buna görə də Ummu Həbibə hər namazdan qabaq yuyunardı”. Leys ibn Səd demişdir: “Ravi İbn Şihab Allah Elçisinin ﷺ, Cəhşin qızı Ummu Həbibəyə hər namazdan qabaq yuyunmağı buyurduğunu qeyd etməmişdir, lakin bu, Ummu Həbibənin öz istəyi ilə etdiyi bir şeydir”. Ravi İbn Rumh isə öz rəvayətində “Cəhşin qızı” demiş və “Ummu Həbibə” sözünü qeyd etməmişdir.”

Aişə
SəhihMuslim, 781 (Heyz, 77)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْمُرَادِىُّ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ عَمْرِو بْنِ الْحَارِثِ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ وَعَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ - خَتَنَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ - اسْتُحِيضَتْ سَبْعَ سِنِينَ فَاسْتَفْتَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى ذَلِكَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ هَذِهِ لَيْسَتْ بِالْحَيْضَةِ وَلَكِنَّ هَذَا عِرْقٌ فَاغْتَسِلِى وَصَلِّى ». قَالَتْ عَائِشَةُ فَكَانَتْ تَغْتَسِلُ فِى مِرْكَنٍ فِى حُجْرَةِ أُخْتِهَا زَيْنَبَ بِنْتِ جَحْشٍ حَتَّى تَعْلُوَ حُمْرَةُ الدَّمِ الْمَاءَ. قَالَ ابْنُ شِهَابٍ فَحَدَّثْتُ بِذَلِكَ أَبَا بَكْرِ بْنَ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ فَقَالَ يَرْحَمُ اللَّهُ هِنْدًا لَوْ سَمِعَتْ بِهَذِهِ الْفُتْيَا وَاللَّهِ إِنْ كَانَتْ لَتَبْكِى لأَنَّهَا كَانَتْ لاَ تُصَلِّى.

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ baldızı, həm də Abdur-Rahmən ibn Aufun həyat yoldaşı Ummu Həbibə bint Cəhş yeddi il idi ki, istihazə olurdu. O bu haqda Allah Elçisinə ﷺ dedi. Allah Elçisi ﷺ də ona belə buyurdu: “Şübhəsiz ki, bu, heyz deyil, damar qanıdır. Odur ki, yuyun və namazını qıl!” Aişə demişdir: “Ummu Həbibə bacısı Zeynəb bint Cəhşin otağında bir ləyənin içində yuyunar, qanın rəngi də suyun üzünə çıxardı”. Ravi İbn Şihab deyir: “Mən bunu Əbu Bəkr ibn Abdur-Rahmən ibn Haris ibn Hişama danışdım. O dedi: “Allah Hində rəhmət eləsin! Əgər o bu fətvanı eşitsəydi, Allaha and olsun ki, ağlayardı. Çünki o buna görə namaz qılmırdı”.”

Aişə
SəhihMuslim, 782 (Heyz, 78)

وَحَدَّثَنِى أَبُو عِمْرَانَ مُحَمَّدُ بْنُ جَعْفَرِ بْنِ زِيَادٍ أَخْبَرَنَا إِبْرَاهِيمُ - يَعْنِى ابْنَ سَعْدٍ - عَنِ ابْنِ شِهَابٍ عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ قَالَتْ جَاءَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَتِ اسْتُحِيضَتْ سَبْعَ سِنِينَ بِمِثْلِ حَدِيثِ عَمْرِو بْنِ الْحَارِثِ إِلَى قَوْلِهِ تَعْلُوَ حُمْرَةُ الدَّمِ الْمَاءَ. وَلَمْ يَذْكُرْ مَا بَعْدَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə bint Cəhş Allah Elçisinin ﷺ yanına gəldi. O, yeddi il idi ki, istihazə olurdu...”. Ravi bu hədisi yuxarıdakı hədisə bənzər – “qanın rəngi də suyun üzünə çıxardı” sözünə kimi rəvayət etmiş, lakin bundan sonrasını qeyd etməmişdir.”

Aişə
SəhihMuslim, 783 (Heyz, 79)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ أَنَّ ابْنَةَ جَحْشٍ كَانَتْ تُسْتَحَاضُ سَبْعَ سِنِينَ بِنَحْوِ حَدِيثِهِمْ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə
SəhihMuslim, 784 (Heyz, 80)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ ح وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنْ يَزِيدَ بْنِ أَبِى حَبِيِبٍ عَنْ جَعْفَرٍ عَنْ عِرَاكٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ إِنَّ أُمَّ حَبِيبَةَ سَأَلَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الدَّمِ فَقَالَتْ عَائِشَةُ رَأَيْتُ مِرْكَنَهَا مَلآنَ دَمًا فَقَالَ لَهَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « امْكُثِى قَدْرَ مَا كَانَتْ تَحْبِسُكِ حَيْضَتُكِ ثُمَّ اغْتَسِلِى وَصَلِّى ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Ummu Həbibə Allah Elçisindən ﷺ istihazə qanı barədə soruşdu. Mən onun ləyəninin qanla dolu olduğunu gördüm. Allah Elçisi ﷺ ona: “Heyzin səni saxladığı müddətə qədər gözlə. Sonra yuyun və namaz qıl!”, – deyə buyurdu”.”

Aişə
SəhihMuslim, 785 (Heyz, 81)

حَدَّثَنِى مُوسَى بْنُ قُرَيْشٍ التَّمِيمِىُّ حَدَّثَنَا إِسْحَاقُ بْنُ بَكْرِ بْنِ مُضَرَ حَدَّثَنِى أَبِى حَدَّثَنِى جَعْفَرُ بْنُ رَبِيعَةَ عَنْ عِرَاكِ بْنِ مَالِكٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ إِنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ جَحْشٍ الَّتِى كَانَتْ تَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ شَكَتْ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الدَّمَ فَقَالَ لَهَا « امْكُثِى قَدْرَ مَا كَانَتْ تَحْبِسُكِ حَيْضَتُكِ ثُمَّ اغْتَسِلِى ». فَكَانَتْ تَغْتَسِلُ عِنْدَ كُلِّ صَلاَةٍ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Abdur-Rahmən ibn Aufun həyat yoldaşı Ummu Həbibə bint Cəhş Allah Elçisinə ﷺ istihazə qanından şikayət etdi. Allah Elçisi ﷺ də ona: “Heyzin səni saxladığı müddətə qədər gözlə, sonra yuyun”, – deyə buyurdu. Beləcə, o, hər namazdan qabaq yuyunardı”.”

Aişə
SəhihMuslim, 786 (Heyz, 82)

Fəsil 15

Heyz olmuş qadına namazın deyil, yalnız orucun qəzasını tutmağın vacib olması

بَابُ وُجُوبِ قَضَاءِ الصَّوْمِ عَلَى الْحَائِضِ دُونَ الصَّلاَةِ

حَدَّثَنَا أَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ عَنْ مُعَاذَةَ ح وَحَدَّثَنَا حَمَّادٌ عَنْ يَزِيدَ الرِّشْكِ عَنْ مُعَاذَةَ أَنَّ امْرَأَةً سَأَلَتْ عَائِشَةَ فَقَالَتْ أَتَقْضِى إِحْدَانَا الصَّلاَةَ أَيَّامَ مَحِيضِهَا فَقَالَتْ عَائِشَةُ أَحَرُورِيَّةٌ أَنْتِ قَدْ كَانَتْ إِحْدَانَا تَحِيضُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ لاَ تُؤْمَرُ بِقَضَاءٍ.

“Muazə ﵀ rəvayət edir ki, bir qadın Aişədən soruşdu: “Bizdən birimiz heyzdən təmizləndikdən sonra (heyz vaxtı buraxdığı namazları) qılmalıdırmı?” Aişə dedi: “Sən hərurilərdənsən?! Bizdən birimiz Allah Elçisinin ﷺ dövründə heyz olardı, lakin sonra ona buraxdığı namazları qılmaq əmr edilməzdi”.”

Muazə
SəhihMuslim, 787 (Heyz, 83)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ يَزِيدَ قَالَ سَمِعْتُ مُعَاذَةَ أَنَّهَا سَأَلَتْ عَائِشَةَ أَتَقْضِى الْحَائِضُ الصَّلاَةَ فَقَالَتْ عَائِشَةُ أَحَرُورِيَّةٌ أَنْتِ قَدْ كُنَّ نِسَاءُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَحِضْنَ أَفَأَمَرَهُنَّ أَنْ يَجْزِينَ قَالَ مُحَمَّدُ بْنُ جَعْفَرٍ تَعْنِى يَقْضِينَ.

“Rəvayət edilir ki, Yəzid ﵀ demişdir: “Mən Muazənin belə rəvayət etdiyini eşitdim. Muazə Aişədən: “Heyzli qadın buraxdığı namazın qəzasını qılırmı?”, – deyə soruşmuş, Aişə də ona etirazını bildirib belə cavab vermişdir: “Sən hərurilərdənsən?! Allah Elçisinin ﷺ qadınları heyz olardılar. Məgər Allah Elçisi ﷺ onlara əvəzini çıxmağı əmr edərdimi?!” Muhəmməd ibn Cəfər demişdir: “Yəni onun qəzasını qılardılarmı?!””

Yəzid
SəhihMuslim, 788 (Heyz, 84)

وَحَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ عَاصِمٍ عَنْ مُعَاذَةَ قَالَتْ سَأَلْتُ عَائِشَةَ فَقُلْتُ مَا بَالُ الْحَائِضِ تَقْضِى الصَّوْمَ وَلاَ تَقْضِى الصَّلاَةَ فَقَالَتْ أَحَرُورِيَّةٌ أَنْتِ قُلْتُ لَسْتُ بِحَرُورِيَّةٍ وَلَكِنِّى أَسْأَلُ. قَالَتْ كَانَ يُصِيبُنَا ذَلِكَ فَنُؤْمَرُ بِقَضَاءِ الصَّوْمِ وَلاَ نُؤْمَرُ بِقَضَاءِ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Muazə ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Nəyə görə heyzli qadın orucun qəzasını tutur, amma namazın qəzasını qılmır?” Aişə dedi: “Sən hərurilərdənsən?!” Mən dedim: “Yox, həruri deyiləm, lakin soruşuram ki, səbəbini öyrənim”. Aişə dedi: “Biz heyz olduqda bizə orucun qəzasını tutmaq əmr edilər, namazın qəzasını qılmaq isə əmr edilməzdi”.”

Muazə
SəhihMuslim, 789 (Heyz, 85)

Fəsil 16

Qüsl alanın paltar və ya buna bənzər bir şeylə pərdələnməsi

بَابُ تَسَتُّرِ الْمُغْتَسِلِ بِثَوْبٍ وَنَحْوِهِ

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى النَّضْرِ أَنَّ أَبَا مُرَّةَ مَوْلَى أُمِّ هَانِئٍ بِنْتِ أَبِى طَالِبٍ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أُمَّ هَانِئٍ بِنْتَ أَبِى طَالِبٍ تَقُولُ ذَهَبْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ الْفَتْحِ فَوَجَدْتُهُ يَغْتَسِلُ. وَفَاطِمَةُ ابْنَتُهُ تَسْتُرُهُ بِثَوْبٍ.

“Rəvayət edilir ki, Ummu Hani bint Əbu Talib ﵂ demişdir: “Məkkənin fəthi ilində Allah Elçisinin ﷺ yanına getdim. Gəlib gördüm ki, o, qüsl alır, qızı Fatimə də ona bir örtüklə pərdə tutur”.”

Ummu Hani bint Əbu Talib
SəhihMuslim, 790 (Heyz, 86)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحِ بْنِ الْمُهَاجِرِ أَخْبَرَنَا اللَّيْثُ عَنْ يَزِيدَ بْنِ أَبِى حَبِيبٍ عَنْ سَعِيدِ بْنِ أَبِى هِنْدٍ أَنَّ أَبَا مُرَّةَ مَوْلَى عَقِيلٍ حَدَّثَهُ أَنَّ أُمَّ هَانِئٍ بِنْتَ أَبِى طَالِبٍ حَدَّثَتْهُ أَنَّهُ لَمَّا كَانَ عَامُ الْفَتْحِ أَتَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ بِأَعْلَى مَكَّةَ. قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى غُسْلِهِ فَسَتَرَتْ عَلَيْهِ فَاطِمَةُ ثُمَّ أَخَذَ ثَوْبَهُ فَالْتَحَفَ بِهِ ثُمَّ صَلَّى ثَمَانَ رَكَعَاتٍ سُبْحَةَ الضُّحَى.

“Rəvayət edilir ki, Ummu Hani bint Əbu Talib ﵂ demişdir: “Məkkənin fəthi ilində mən Allah Elçisinin ﷺ yanına gəldim. Həmin vaxt o, Məkkənin yuxarı tərəfində idi. Peyğəmbər ﷺ qüsl almaq üçün ayağa qalxdı. Qızı Fatimə də ona pərdə tutdu. Yuyunduqdan sonra paltarını götürüb ona büründü, sonra da səkkiz rükət Duha namazı qıldı”.”

Ummu Hani bint Əbu Talib
SəhihMuslim, 791 (Heyz, 87)

وَحَدَّثَنَاهُ أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ عَنْ سَعِيدِ بْنِ أَبِى هِنْدٍ بِهَذَا الإِسْنَادِ وَقَالَ فَسَتَرَتْهُ ابْنَتُهُ فَاطِمَةُ بِثَوْبِهِ فَلَمَّا اغْتَسَلَ أَخَذَهُ فَالْتَحَفَ بِهِ ثُمَّ قَامَ فَصَلَّى ثَمَانَ سَجَدَاتٍ وَذَلِكَ ضُحًى.

“Rəvayət edilir ki, Səid ﵀ demişdir: “Peyğəmbərin ﷺ qızı Fatimə onun paltarı ilə ona pərdə tutdu. O, yuyunduqdan sonra paltarını götürüb ona büründü, sonra da qalxıb səkkiz rükət namaz qıldı. Bu, Duha namazı idi”.”

Səid
SəhihMuslim, 792 (Heyz, 88)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ أَخْبَرَنَا مُوسَى الْقَارِئُ حَدَّثَنَا زَائِدَةُ عَنِ الأَعْمَشِ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ قَالَتْ وَضَعْتُ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَاءً وَسَتَرْتُهُ فَاغْتَسَلَ.

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Mən Peyğəmbər ﷺ üçün su qoydum və onun üçün pərdə tutdum, o da qüsl aldı”.”

Məymunə
SəhihMuslim, 793 (Heyz, 89)

Fəsil 17

Ayıb yerlərə baxmağın haram buyurulması

بَابُ تَحْرِيمِ النَّظَرِ إِلَى الْعَوْرَاتِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ عَنِ الضَّحَّاكِ بْنِ عُثْمَانَ قَالَ أَخْبَرَنِى زَيْدُ بْنُ أَسْلَمَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يَنْظُرُ الرَّجُلُ إِلَى عَوْرَةِ الرَّجُلِ وَلاَ الْمَرْأَةُ إِلَى عَوْرَةِ الْمَرْأَةِ وَلاَ يُفْضِى الرَّجُلُ إِلَى الرَّجُلِ فِى ثَوْبٍ وَاحِدٍ وَلاَ تُفْضِى الْمَرْأَةُ إِلَى الْمَرْأَةِ فِى الثَّوْبِ الْوَاحِدِ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kişi kişinin, qadın da qadının ayıb yerlərinə baxmasın. Kişi kişiyə bir bürüncək altında sürtüşməsin. Habelə qadın da qadına bir bürüncək altında sürtüşməsin”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 794 (Heyz, 90)

وَحَدَّثَنِيهِ هَارُونُ بْنُ عَبْدِ اللَّهِ وَمُحَمَّدُ بْنُ رَافِعٍ قَالاَ حَدَّثَنَا ابْنُ أَبِى فُدَيْكٍ أَخْبَرَنَا الضَّحَّاكُ بْنُ عُثْمَانَ بِهَذَا الإِسْنَادِ وَقَالاَ - مَكَانَ عَوْرَةِ - عُرْيَةِ الرَّجُلِ وَعُرْيَةِ الْمَرْأَةِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin ravilər bu hədisdə “ayıb yer” kəlməsi əvəzinə “çılpaq kişi” və “çılpaq qadın” kəlmələrini işlətmişlər.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 795 (Heyz, 91)

Fəsil 18

Xəlvətdə çılpaq vəziyyətdə çimməyin icazəli olması

بَابُ جَوَازِ الاِغْتِسَالِ عُرْيَانًا فِي الْخَلْوَةِ

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « كَانَتْ بَنُو إِسْرَائِيلَ يَغْتَسِلُونَ عُرَاةً يَنْظُرُ بَعْضُهُمْ إِلَى سَوْأَةِ بَعْضٍ وَكَانَ مُوسَى - عَلَيْهِ السَّلاَمُ - يَغْتَسِلُ وَحْدَهُ فَقَالُوا وَاللَّهِ مَا يَمْنَعُ مُوسَى أَنْ يَغْتَسِلَ مَعَنَا إِلاَّ أَنَّهُ آدَرُ - قَالَ - فَذَهَبَ مَرَّةً يَغْتَسِلُ فَوَضَعَ ثَوْبَهُ عَلَى حَجَرٍ فَفَرَّ الْحَجَرُ بِثَوْبِهِ - قَالَ - فَجَمَحَ مُوسَى بِإِثْرِهِ يَقُولُ ثَوْبِى حَجَرُ ثَوْبِى حَجَرُ. حَتَّى نَظَرَتْ بَنُو إِسْرَائِيلَ إِلَى سَوْأَةِ مُوسَى قَالُوا وَاللَّهِ مَا بِمُوسَى مِنْ بَأْسٍ . فَقَامَ الْحَجَرُ حَتَّى نُظِرَ إِلَيْهِ - قَالَ - فَأَخَذَ ثَوْبَهُ فَطَفِقَ بِالْحَجَرِ ضَرْبًا ». قَالَ أَبُو هُرَيْرَةَ وَاللَّهِ إِنَّهُ بِالْحَجَرِ نَدَبٌ سِتَّةٌ أَوْ سَبْعَةٌ ضَرْبُ مُوسَى بِالْحَجَرِ.

“Rəvayət edilir ki, Həmmam ibn Munəbbih: “Bu, Əbu Hureyranın bizə Allahın Elçisi Muhəmməddən ﷺ rəvayət etdikləridir”, - demiş və bir çox hədislər qeyd etmişdir. Onlardan biri də budur: “Allah Elçisi ﷺ belə buyurdu: “İsrail övladları çılpaq halda bir-birinin ayıb yerlərinə baxa-baxa çimərdilər. Musa ﵇ isə təklikdə çimərdi. İsrail övladları dedilər: “Allaha and olsun ki, Musaya bizimlə birlikdə çimməyə mane olan ancaq onun qasığında yırtığın olmasıdır”. Bir dəfə Musa yenə çimməyə getdi və paltarını daşın üstünə qoydu. Birdən daş onun paltarını götürüb qaçdı. Musa: “Paltarımı qaytar, ey daş! Paltarımı qaytar, ey daş!”, – deyə-deyə daşın arxasınca qaçdı. İsrail övladları Musanın ayıb yerini görüb dedilər: “Allaha and olsun ki, Musada heç bir qüsur yox imiş”. Sonra daş dayandı və onu tam gördülər. Musa paltarını götürdü və daşı vurmağa başladı”. Əbu Hureyra dedi: “Allaha and olsun ki, Musa daşa altı və ya yeddi zərbə vurmaqla daşı tənbeh etdi”.”

Həmmam ibn Munəbbih
SəhihMuslim, 796 (Heyz, 92)

Fəsil 19

Ayıb yerləri örtməyə diqqət yetirmək

بَابُ الاِعْتِنَاءِ بِحِفْظِ الْعَوْرَةِ

وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ وَمُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ مَيْمُونٍ جَمِيعًا عَنْ مُحَمَّدِ بْنِ بَكْرٍ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ ح وَحَدَّثَنِى إِسْحَاقُ بْنُ مَنْصُورٍ وَمُحَمَّدُ بْنُ رَافِعٍ وَاللَّفْظُ لَهُمَا - قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ - أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى عَمْرُو بْنُ دِينَارٍ أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ لَمَّا بُنِيَتِ الْكَعْبَةُ ذَهَبَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعَبَّاسٌ يَنْقُلاَنِ حِجَارَةً فَقَالَ الْعَبَّاسُ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اجْعَلْ إِزَارَكَ عَلَى عَاتِقِكَ مِنَ الْحِجَارَةِ. فَفَعَلَ فَخَرَّ إِلَى الأَرْضِ وَطَمَحَتْ عَيْنَاهُ إِلَى السَّمَاءِ ثُمَّ قَامَ فَقَالَ « إِزَارِى إِزَارِى ». فَشَدَّ عَلَيْهِ إِزَارَهُ. قَالَ ابْنُ رَافِعٍ فِى رِوَايَتِهِ عَلَى رَقَبَتِكَ. وَلَمْ يَقُلْ عَلَى عَاتِقِكَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Kəbə yenidən tikildikdə Peyğəmbər ﷺ və Abbas daş daşıyırdılar. Bu əsnada Abbas Peyğəmbərə ﷺ dedi: “İzarını çiyninə sal ki, səni daşın izlərindən qorusun”. O bunu edən kimi yerə yıxıldı və gözləri səmaya dikildi. Sonra: “İzarım, izarım”, – deyərək ayağa qalxdı və izarını belinə bağladı”. Ravi İbn Rafi öz rəvayətində “boynuna” demiş, “çiyninə” deməmişdir.”

Cabir ibn Abdullah
SəhihMuslim, 797 (Heyz, 93)

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ إِسْحَاقَ حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْقُلُ مَعَهُمُ الْحِجَارَةَ لِلْكَعْبَةِ وَعَلَيْهِ إِزَارُهُ فَقَالَ لَهُ الْعَبَّاسُ عَمُّهُ يَا ابْنَ أَخِى لَوْ حَلَلْتَ إِزَارَكَ فَجَعَلْتَهُ عَلَى مَنْكِبِكَ دُونَ الْحِجَارَةِ - قَالَ - فَحَلَّهُ فَجَعَلَهُ عَلَى مَنْكِبِهِ فَسَقَطَ مَغْشِيًّا عَلَيْهِ - قَالَ - فَمَا رُؤِىَ بَعْدَ ذَلِكَ الْيَوْمِ عُرْيَانًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ qureyşlilərlə birlikdə Kəbəni yenidən tikmək üçün daş daşıyırdı. Peyğəmbər ﷺ fitəsini belinə bağlamışdı. Həmin vaxt əmisi Abbas ona dedi: “Ey qardaşım oğlu! Yaxşı olar ki, fitəni açıb çiyninin üstünə, daşın altına qoyasan”. Peyğəmbər ﷺ fitəsini açıb çiyninə salan kimi ürəyi gedərək yerə yıxıldı. Artıq həmin gündən sonra o heç vaxt çılpaq görünmədi”.”

Cabir ibn Abdullah
SəhihMuslim, 798 (Heyz, 94)

حَدَّثَنَا سَعِيدُ بْنُ يَحْيَى الأُمَوِىُّ حَدَّثَنِى أَبِى حَدَّثَنَا عُثْمَانُ بْنُ حَكِيمِ بْنِ عَبَّادِ بْنِ حُنَيْفٍ الأَنْصَارِىُّ أَخْبَرَنِى أَبُو أُمَامَةَ بْنُ سَهْلِ بْنِ حُنَيْفٍ عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ قَالَ أَقْبَلْتُ بِحَجَرٍ أَحْمِلُهُ ثَقِيلٍ وَعَلَىَّ إِزَارٌ خَفِيفٌ - قَالَ - فَانْحَلَّ إِزَارِى وَمَعِىَ الْحَجَرُ لَمْ أَسْتَطِعْ أَنْ أَضَعَهُ حَتَّى بَلَغْتُ بِهِ إِلَى مَوْضِعِهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ارْجِعْ إِلَى ثَوْبِكَ فَخُذْهُ وَلاَ تَمْشُوا عُرَاةً ».

“Rəvayət edilir ki, Misvər ibn Məxramə ﵁ demişdir: “Mən daşıdığım ağır bir daşı gətirib yerə qoydum. Belimə də fitə bağlamışdım. Daşı apararkən birdən fitəm açılıb yerə düşdü. Mən fitəni götürüb belimə bağlaya bilmədim. Axırda daşı aparıb yerinə qoydum. Peyğəmbər ﷺ mənim halımı görüb dedi: “Paltarının yanına qayıt, onu götür və lüt gəzməyin”.”

Misvər ibn Məxramə
SəhihMuslim, 799 (Heyz, 95)

Fəsil 20

Təbii ehtiyacı ödədikdə sütrə götürülən şey

بَابُ مَا يُسْتَتَرُ بِهِ لِقَضَاءِ الْحَاجَةِ

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ وَعَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ الضُّبَعِىُّ قَالاَ حَدَّثَنَا مَهْدِىٌّ - وَهُوَ ابْنُ مَيْمُونٍ - حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى يَعْقُوبَ عَنِ الْحَسَنِ بْنِ سَعْدٍ مَوْلَى الْحَسَنِ بْنِ عَلِىٍّ عَنْ عَبْدِ اللَّهِ بْنِ جَعْفَرٍ قَالَ أَرْدَفَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ خَلْفَهُ فَأَسَرَّ إِلَىَّ حَدِيثًا لاَ أُحَدِّثُ بِهِ أَحَدًا مِنَ النَّاسِ وَكَانَ أَحَبَّ مَا اسْتَتَرَ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِحَاجَتِهِ هَدَفٌ أَوْ حَائِشُ نَخْلٍ. قَالَ ابْنُ أَسْمَاءَ فِى حَدِيثِهِ يَعْنِى حَائِطَ نَخْلٍ.

“Rəvayət edilir ki, Abdullah ibn Cəfər ﵄ demişdir: “Bir gün Allah Elçisi ﷺ məni tərkinə aldı və mənə gizlincə elə bir söz söylədi ki, mən onu insanlardan heç kəsə danışan deyiləm. Kiçicik dağ, yaxud xurmalıqlar Allah Elçisinin ﷺ təbii ehtiyacını ödəmək üçün seçdiyi ən xoşladığı yer idi”.”

Abdullah ibn Cəfər
SəhihMuslim, 800 (Heyz, 96)

Fəsil 21

Suyu ancaq su vacib edir

بَابُ إِنَّمَا الْمَاءُ مِنَ الْمَاءِ

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَيَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ - قَالَ يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا وَقَالَ الآخَرُونَ حَدَّثَنَا إِسْمَاعِيلُ - وَهُوَ ابْنُ جَعْفَرٍ - عَنْ شَرِيكٍ - يَعْنِى ابْنَ أَبِى نَمِرٍ - عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنْ أَبِيهِ قَالَ خَرَجْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الاِثْنَيْنِ إِلَى قُبَاءٍ حَتَّى إِذَا كُنَّا فِى بَنِى سَالِمٍ وَقَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى بَابِ عِتْبَانَ فَصَرَخَ بِهِ فَخَرَجَ يَجُرُّ إِزَارَهُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَعْجَلْنَا الرَّجُلَ ». فَقَالَ عِتْبَانُ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ الرَّجُلَ يُعْجَلُ عَنِ امْرَأَتِهِ وَلَمْ يُمْنِ مَاذَا عَلَيْهِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا الْمَاءُ مِنَ الْمَاءِ ».

“Abdur-Rahmən ibn Əbu Səid əl-Xudri atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bazar ertəsi mən Allah Elçisi ﷺ ilə birlikdə Qubəyə getdim. Gəlib Bəni Səlim tayfasına çatdığımız vaxt Allah Elçisi ﷺ İtbanın qapısı önündə durub onu çağırdı. O da fitəsini darta-darta bayıra çıxdı. Allah Elçisi ﷺ: “Adamı tələsdirdik?”, – deyə soruşdu. İtban dedi: “Ey Allahın Elçisi! Söylə görək, əgər kişi öz qadını ilə yaxınlıq etdikdə tələsdirilərsə və məni gəlməzsə, o nə etməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Suyu ancaq su vacib edir”.”

Abdur-Rahmən ibn Əbu Səid əl-Xudri atasından
SəhihMuslim, 801 (Heyz, 97)

حَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ عَنِ ابْنِ شِهَابٍ حَدَّثَهُ أَنَّ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ حَدَّثَهُ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِنَّمَا الْمَاءُ مِنَ الْمَاءِ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Suyu ancaq su vacib edir”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 802 (Heyz, 98)

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا الْمُعْتَمِرُ حَدَّثَنَا أَبِى حَدَّثَنَا أَبُو الْعَلاَءِ بْنُ الشِّخِّيرِ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَنْسَخُ حَدِيثُهُ بَعْضُهُ بَعْضًا كَمَا يَنْسَخُ الْقُرْآنُ بَعْضُهُ بَعْضًا.

“Rəvayət edilir ki, Əbul-Aləi ibn əş-Şixxir ﵀ demişdir: “Quran ayələrinin bəzisi digərinin hökmünü ləğv etdiyi kimi Allah Elçisinin ﷺ hədislərindən bəzisi də digərinin hökmünü ləğv edərdi”.”

Əbul-Əla ibn əş-Şixxir
SəhihMuslim, 803 (Heyz, 99)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ ذَكْوَانَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ عَلَى رَجُلٍ مِنَ الأَنْصَارِ فَأَرْسَلَ إِلَيْهِ فَخَرَجَ وَرَأْسُهُ يَقْطُرُ فَقَالَ « لَعَلَّنَا أَعْجَلْنَاكَ ». قَالَ نَعَمْ يَا رَسُولَ اللَّهِ. قَالَ « إِذَا أُعْجِلْتَ أَوْ أَقْحَطْتَ فَلاَ غُسْلَ عَلَيْكَ وَعَلَيْكَ الْوُضُوءُ ». وَقَالَ ابْنُ بَشَّارٍ « إِذَا أُعْجِلْتَ أَوْ أُقْحِطْتَ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ ənsardan olan bir kişinin yanına gəldi və onu çağırtdırdı. O adam gəldikdə biz onun başından damcı-damcı su töküldüyünü gördük. Allah Elçisi ﷺ dedi: “Deyəsən, səni tələsdirdik?” O: “Bəli!”, – deyə cavab verdikdə Allah Elçisi ﷺ buyurdu: “Əgər səni tələsdirsələr, yaxud yaxınlıq edib məni çıxmasa, sənə qüsl deyil, dəstəmaz almaq kifayət edər”. Ravi İbn Bəşşar dedi: “Tələsdirildiyin və ya yaxınlıq edib məni çıxmadığı zaman”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 804 (Heyz, 100)

حَدَّثَنَا أَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ حَدَّثَنَا حَمَّادٌ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ حَدَّثَنَا هِشَامٌ عَنْ أَبِيهِ عَنْ أَبِى أَيُّوبَ عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ يُصِيبُ مِنَ الْمَرْأَةِ ثُمَّ يُكْسِلُ فَقَالَ « يَغْسِلُ مَا أَصَابَهُ مِنَ الْمَرْأَةِ ثُمَّ يَتَوَضَّأُ وَيُصَلِّى ».

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ, zövcəsi ilə cinsi yaxınlıq edən, sonra da mənisi çıxmayan kişi haqda soruşdum. Allah Elçisi ﷺ buyurdu: “Qadından ona bulaşanları yusun, sonra dəstəmaz alsın və namazını qılsın”.”

Ubey ibn Kəb
SəhihMuslim, 805 (Heyz, 101)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ حَدَّثَنِى أَبِى عَنِ الْمَلِىِّ عَنِ الْمَلِىِّ - يَعْنِى بِقَوْلِهِ الْمَلِىِّ عَنِ الْمَلِىِّ أَبُو أَيُّوبَ - عَنْ أُبَىِّ بْنِ كَعْبٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ فِى الرَّجُلِ يَأْتِى أَهْلَهُ ثُمَّ لاَ يُنْزِلُ قَالَ « يَغْسِلُ ذَكَرَهُ وَيَتَوَضَّأُ ».

“Ubey ibn Kəb ﵁ rəvayət etmişdir ki, Allah Elçisi ﷺ zövcəsi ilə cinsi yaxınlıq edən, sonra da mənisi çıxmayan kişi haqqında belə buyurmuşdur: “Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın”.”

Ubey ibn Kəb
SəhihMuslim, 806 (Heyz, 102)

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ قَالاَ حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ ح وَحَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ عَبْدِ الصَّمَدِ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنِى أَبِى عَنْ جَدِّى عَنِ الْحُسَيْنِ بْنِ ذَكْوَانَ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ أَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عَطَاءَ بْنَ يَسَارٍ أَخْبَرَهُ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِىَّ أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عُثْمَانَ بْنَ عَفَّانَ قَالَ قُلْتُ أَرَأَيْتَ إِذَا جَامَعَ الرَّجُلُ امْرَأَتَهُ وَلَمْ يُمْنِ قَالَ عُثْمَانُ « يَتَوَضَّأُ كَمَا يَتَوَضَّأُ لِلصَّلاَةِ وَيَغْسِلُ ذَكَرَهُ ». قَالَ عُثْمَانُ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni Osman ibn Əffandan ﵄ soruşdu: “Zövcəsi ilə cinsi əlaqədə olub mənisi çıxmayan kişi barəsində nə deyə bilərsən?” Osman dedi: “Namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alsın və cinsiyyət üzvünü yusun”. Osman dedi: “Mən bunu Allah Elçisindən ﷺ eşitmişəm”.”

Zeyd ibn Xalid əl-Cuhəni
SəhihMuslim, 807 (Heyz, 103)

وَحَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ عَبْدِ الصَّمَدِ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى عَنِ الْحُسَيْنِ قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عُرْوَةَ بْنَ الزُّبَيْرِ أَخْبَرَهُ أَنَّ أَبَا أَيُّوبَ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ ذَلِكَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Əyyub
SəhihMuslim, 808 (Heyz, 104)

Fəsil 22

“Suyu su vacib edir” hədisinin hökmünün ləğv edilməsi və kişi ilə qadının cinsiyyət üzvlərinin bir-birinə toxunması səbəbi ilə qüsl almağın vacib olması

بَابُ نَسْخِ الْمَاءُ مِنْ الْمَاءِ وَوُجُوبِ الْغُسْلِ بِالْتِقَاءِ الْخِتَانَيْنِ

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَأَبُو غَسَّانَ الْمِسْمَعِىُّ ح وَحَدَّثَنَاهُ مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالُوا حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ وَمَطَرٍ عَنِ الْحَسَنِ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ ثُمَّ جَهَدَهَا فَقَدْ وَجَبَ عَلَيْهِ الْغُسْلُ ». وَفِى حَدِيثِ مَطَرٍ « وَإِنْ لَمْ يُنْزِلْ ». قَالَ زُهَيْرٌ مِنْ بَيْنِهِمْ « بَيْنَ أَشْعُبِهَا الأَرْبَعِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Kişi qadının dörd əzası arasında oturub onunla cinsi yaxınlıq edərsə, (hər ikisinə) qüsl etmək vacib olar”. Ravi Mətarın hədisində: “Məni çıxmasa belə” sözü qeyd edilmişdir. Hədisin ravilərindən olan Zuheyr: “Qadının dörd əzası arasına” deyə rəvayət etmişdir.”

Əbu Hureyra
SəhihMuslim, 809 (Heyz, 105)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ عَبَّادِ بْنِ جَبَلَةَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى عَدِىٍّ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنِى وَهْبُ بْنُ جَرِيرٍ كِلاَهُمَا عَنْ شُعْبَةَ عَنْ قَتَادَةَ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ غَيْرَ أَنَّ فِى حَدِيثِ شُعْبَةَ « ثُمَّ اجْتَهَدَ » وَلَمْ يَقُلْ « وَإِنْ لَمْ يُنْزِلْ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə “sonra cinsi əlaqəyə girərsə” sözü keçir və “məni çıxmasa belə” sözü qeyd edilmir.”

Əbu Hureyra
SəhihMuslim, 810 (Heyz, 106)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ الأَنْصَارِىُّ حَدَّثَنَا هِشَامُ بْنُ حَسَّانَ حَدَّثَنَا حُمَيْدُ بْنُ هِلاَلٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ ح

“Növbəti hədisin sənədlərindəndir.”

Əbu Musa əl-Əşari
SəhihMuslim, 811 (Heyz, 107)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الأَعْلَى - وَهَذَا حَدِيثُهُ - حَدَّثَنَا هِشَامٌ عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ قَالَ - وَلاَ أَعْلَمُهُ إِلاَّ عَنْ أَبِى بُرْدَةَ - عَنْ أَبِى مُوسَى قَالَ اخْتَلَفَ فِى ذَلِكَ رَهْطٌ مِنَ الْمُهَاجِرِينَ وَالأَنْصَارِ فَقَالَ الأَنْصَارِيُّونَ لاَ يَجِبُ الْغُسْلُ إِلاَّ مِنَ الدَّفْقِ أَوْ مِنَ الْمَاءِ. وَقَالَ الْمُهَاجِرُونَ بَلْ إِذَا خَالَطَ فَقَدْ وَجَبَ الْغُسْلُ. قَالَ قَالَ أَبُو مُوسَى فَأَنَا أَشْفِيكُمْ مِنْ ذَلِكَ. فَقُمْتُ فَاسْتَأْذَنْتُ عَلَى عَائِشَةَ فَأُذِنَ لِى فَقُلْتُ لَهَا يَا أُمَّاهْ - أَوْ يَا أُمَّ الْمُؤْمِنِينَ - إِنِّى أُرِيدُ أَنْ أَسْأَلَكِ عَنْ شَىْءٍ وَإِنِّى أَسْتَحْيِيكِ. فَقَالَتْ لاَ تَسْتَحْيِى أَنْ تَسْأَلَنِى عَمَّا كُنْتَ سَائِلاً عَنْهُ أُمَّكَ الَّتِى وَلَدَتْكَ فَإِنَّمَا أَنَا أُمُّكَ. قُلْتُ فَمَا يُوجِبُ الْغُسْلَ قَالَتْ عَلَى الْخَبِيرِ سَقَطْتَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ وَمَسَّ الْخِتَانُ الْخِتَانَ فَقَدْ وَجَبَ الْغُسْلُ ».

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Ənsardan və mühacirlərdən olan bir toplum bu məsələdə ixtilaf etdilər. Ənsar dedi: “Qüsl ancaq məni və ya su çıxdıqda vacib olur”. Mühacirlər isə dedilər: “Xeyr, cinsiyyət üzvləri bir-birinə girdiyi zaman qüsl vacib olur”. Ravi deyir ki, Əbu Musa: “Mən sizə bu haqda dəyərli məlumatlar verəcəyəm”, – dedi və bizə bunları bildirdi: “Mən qalxıb Aişənin hüzuruna daxil olmaq üçün izin istədim. Mənə izin verildi. Ona dedim: “Anacan!” və ya “Ey möminlərin anası! Mən səndən bir şey barəsində soruşmaq istəyirəm, lakin səndən utanıram”. Aişə dedi: “Səni dünyaya gətirən anandan soruşacağın bir şeyi məndən soruşmaqdan utanma. Həqiqətən, mən də sənin ananam!” Mən dedim: “Qüslu vacib edən şey nədir?” O dedi: “Sən bu sualın cavabını bilən adama rast gəlmisən. Allah Elçisi ﷺ buyurmuşdur: “Kişi qadının dörd əzası arasında oturduğu və sünnət edilmiş əza sünnət edilmiş əzaya toxunduğu zaman qüsl almaq vacib olur”.”

Əbu Musa
SəhihMuslim, 812 (Heyz, 108)

حَدَّثَنَا هَارُونُ بْنُ مَعْرُوفٍ وَهَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ قَالاَ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى عِيَاضُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أُمِّ كُلْثُومٍ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ إِنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ يُجَامِعُ أَهْلَهُ ثُمَّ يُكْسِلُ هَلْ عَلَيْهِمَا الْغُسْلُ وَعَائِشَةُ جَالِسَةٌ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنِّى لأَفْعَلُ ذَلِكَ أَنَا وَهَذِهِ ثُمَّ نَغْتَسِلُ.

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Bir nəfər Allah Elçisindən ﷺ, zövcəsi ilə cinsi yaxınlıq edən, sonra da mənisi çıxmayan kişi haqqında: “Onlara qüsl etmək vacibdirmi?”, – deyə soruşdu”. Həmin vaxt Aişə də orada oturmuşdu. Allah Elçisi ﷺ buyurdu: “Mən bu işi gördükdən (sonra) onunla (Aişə ilə) birlikdə qüsl edirəm”.”

Aişə
SəhihMuslim, 813 (Heyz, 109)

Fəsil 23

Odda bişmiş şeylərdən yedikdən sonra dəstəmaz almaq

بَابُ الْوُضُوءِ مِمَّا مَسَّتْ النَّارُ

وَحَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ قَالَ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى حَدَّثَنِى عُقَيْلُ بْنُ خَالِدٍ قَالَ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى عَبْدُ الْمَلِكِ بْنُ أَبِى بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ أَنَّ خَارِجَةَ بْنَ زَيْدٍ الأَنْصَارِىَّ أَخْبَرَهُ أَنَّ أَبَاهُ زَيْدَ بْنَ ثَابِتٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « الْوُضُوءُ مِمَّا مَسَّتِ النَّارُ »

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Odda bişmiş şeylərdən (yedikdən sonra) dəstəmaz almaq lazımdır”.”

Zeyd ibn Sabit
SəhihMuslim, 814 (Heyz, 110)

قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ إِبْرَاهِيمَ بْنِ قَارِظٍ أَخْبَرَهُ أَنَّهُ وَجَدَ أَبَا هُرَيْرَةَ يَتَوَضَّأُ عَلَى الْمَسْجِدِ فَقَالَ إِنَّمَا أَتَوَضَّأُ مِنْ أَثْوَارِ أَقِطٍ أَكَلْتُهَا لأَنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ ».

“Rəvayət edilir ki, Abdullah ibn İbrahim ibn Qariz ﵀ Əbu Hureyranı məsciddə dəstəmaz alarkən görmüşdür. Onda Əbu Hureyra demişdir: “Mən yediyim qurut tikələrinə görə dəstəmaz alıram, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Odda bişmiş şeylərdən (yedikdən sonra) dəstəmaz alın”.”

Abdullah ibn İbrahim ibn Qariz
SəhihMuslim, 815 (Heyz, 111)

قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى سَعِيدُ بْنُ خَالِدِ بْنِ عَمْرِو بْنِ عُثْمَانَ وَأَنَا أُحَدِّثُهُ هَذَا الْحَدِيثَ. أَنَّهُ سَأَلَ عُرْوَةَ بْنَ الزُّبَيْرِ عَنِ الْوُضُوءِ مِمَّا مَسَّتِ النَّارُ فَقَالَ عُرْوَةُ سَمِعْتُ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « تَوَضَّئُوا مِمَّا مَسَّتِ النَّارُ ».

“Rəvayət edilir ki, Urva ﵀ demişdir: “Mən Peyğəmbərin ﷺ zövcəsi Aişənin belə dediyini eşitmişəm: “Allah Elçisi ﷺ belə buyurdu: “Odda bişmiş şeylərdən (yedikdən sonra) dəstəmaz alın”.”

Urva
SəhihMuslim, 816 (Heyz, 112)

Fəsil 24

“Odda bişmiş şeylərdən yedikdən sonra dəstəmaz almaq” hökmünün ləğv edilməsi

بَابُ نَسْخِ « الْوُضُوءِ مِمَّا مَسَّتِ النَّارُ »

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ بْنِ قَعْنَبٍ حَدَّثَنَا مَالِكٌ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكَلَ كَتِفَ شَاةٍ ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ bişmiş qoyunun kürəyindən yemiş, sonra dəstəmaz almadan namaz qılmışdır.”

İbn Abbas
SəhihMuslim, 817 (Heyz, 113)

وَحَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ أَخْبَرَنِى وَهْبُ بْنُ كَيْسَانَ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ عَطَاءٍ عَنِ ابْنِ عَبَّاسٍ ح وَحَدَّثَنِى الزُّهْرِىُّ عَنْ عَلِىِّ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ عَنِ ابْنِ عَبَّاسٍ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَلِىٍّ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكَلَ عَرْقًا - أَوْ لَحْمًا - ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ وَلَمْ يَمَسَّ مَاءً.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ sümüklü soyutma ətdən, yaxud sadəcə bişmiş ətdən yemiş, sonra dəstəmaz almadan və suya toxunmadan namaz qılmışdır.”

İbn Abbas
SəhihMuslim, 818 (Heyz, 114)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ جَعْفَرِ بْنِ عَمْرِو بْنِ أُمَيَّةَ الضَّمْرِىِّ عَنْ أَبِيهِ أَنَّهُ رَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَحْتَزُّ مِنْ كَتِفٍ يَأْكُلُ مِنْهَا ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ.

“Rəvayət edilir ki, Cəfər ibn Amr ibn Umeyyə əd-Damrinin atası ﵁ Allah Elçisinin ﷺ bişmiş qoyunun kürəyindən kəsib yediyini, sonra dəstəmaz almadan namaz qıldığını görmüşdür.”

Cəfər ibn Amr ibn Umeyyə əd-Damri atasından
SəhihMuslim, 819 (Heyz, 115)

حَدَّثَنِى أَحْمَدُ بْنُ عِيسَى حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ عَنِ ابْنِ شِهَابٍ عَنْ جَعْفَرِ بْنِ عَمْرِو بْنِ أُمَيَّةَ الضَّمْرِىِّ عَنْ أَبِيهِ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَحْتَزُّ مِنْ كَتِفِ شَاةٍ فَأَكَلَ مِنْهَا فَدُعِىَ إِلَى الصَّلاَةِ فَقَامَ وَطَرَحَ السِّكِّينَ وَصَلَّى وَلَمْ يَتَوَضَّأْ. قَالَ ابْنُ شِهَابٍ وَحَدَّثَنِى عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ عَنْ أَبِيهِ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ.

“Cəfər ibn Amr ibn Umeyyə əd-Damri atasının belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ bişmiş qoyunun kürəyindən kəsib yediyini gördüm. Bu əsnada o, namaza çağırıldı. Allah Elçisi ﷺ ayağa qalxdı, əlindəki bıçağı yerə atdı və dəstəmaz almadan namaza durdu”. Ravi İbn Şihab demişdir: “Əli ibn Abdullah ibn Abbas atasından, o da Allah Elçisindən ﷺ bu hədisi mənə rəvayət etmişdir”.”

Cəfər ibn Amr ibn Umeyyə əd-Damri atasından
SəhihMuslim, 820 (Heyz, 116)

قَالَ عَمْرٌو وَحَدَّثَنِى بُكَيْرُ بْنُ الأَشَجِّ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكَلَ عِنْدَهَا كَتِفًا ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ.

“Peyğəmbərin ﷺ zövcəsi Məymunə ﵂ rəvayət etmişdir ki, Peyğəmbər ﷺ onun yanında bişmiş qoyunun kürəyindən kəsib yemiş, sonra da dəstəmaz almadan namaz qılmışdır.”

Məymunə
SəhihMuslim, 821 (Heyz, 117)

قَالَ عَمْرٌو حَدَّثَنِى جَعْفَرُ بْنُ رَبِيعَةَ عَنْ يَعْقُوبَ بْنِ الأَشَجِّ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Məymunə
SəhihMuslim, 822 (Heyz, 118)

قَالَ عَمْرٌو حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى هِلاَلٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُبَيْدِ اللَّهِ بْنِ أَبِى رَافِعٍ عَنْ أَبِى غَطَفَانَ عَنْ أَبِى رَافِعٍ قَالَ أَشْهَدُ لَكُنْتُ أَشْوِى لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَطْنَ الشَّاةِ ثُمَّ صَلَّى وَلَمْ يَتَوَضَّأْ.

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Şahidlik edirəm ki, mən Allah Elçisi ﷺ üçün qoyunun içalatını qovurdum, o da ondan yedi, sonra da dəstəmaz almadan namaz qıldı”.”

Əbu Rafi
SəhihMuslim, 823 (Heyz, 119)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنْ عُقَيْلٍ عَنِ الزُّهْرِىِّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَرِبَ لَبَنًا ثُمَّ دَعَا بِمَاءٍ فَتَمَضْمَضَ وَقَالَ « إِنَّ لَهُ دَسَمًا ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ süd içmiş, sonra su gətizdirib ağzını yaxalamış və: “Bu, yağlıdır”, – deyə buyurmuşdur.”

İbn Abbas
SəhihMuslim, 824 (Heyz, 120)

وَحَدَّثَنِى أَحْمَدُ بْنُ عِيسَى حَدَّثَنَا ابْنُ وَهْبٍ وَأَخْبَرَنِى عَمْرٌو ح وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنِ الأَوْزَاعِىِّ ح وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ حَدَّثَنِى يُونُسُ كُلُّهُمْ عَنِ ابْنِ شِهَابٍ بِإِسْنَادِ عُقَيْلٍ عَنِ الزُّهْرِىِّ مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn Abbas
SəhihMuslim, 825 (Heyz, 121)

وَحَدَّثَنِى عَلِىُّ بْنُ حُجْرٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ حَلْحَلَةَ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ عَطَاءٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمَعَ عَلَيْهِ ثِيَابَهُ ثُمَّ خَرَجَ إِلَى الصَّلاَةِ فَأُتِىَ بِهَدِيَّةٍ خُبْزٍ وَلَحْمٍ فَأَكَلَ ثَلاَثَ لُقَمٍ ثُمَّ صَلَّى بِالنَّاسِ وَمَا مَسَّ مَاءً.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ libasına bürünüb namaz qılmağa getdi. Elə bu vaxt ona çörək və ətdən ibarət hədiyyə gətirdilər. O bundan üç loxma yedi, sonra suya toxunmadan (dəstəmaz almadan) camaata namaz qıldırdı.”

İbn Abbas
SəhihMuslim, 826 (Heyz, 122)

وَحَدَّثَنَاهُ أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ عَطَاءٍ قَالَ كُنْتُ مَعَ ابْنِ عَبَّاسٍ. وَسَاقَ الْحَدِيثَ بِمَعْنَى حَدِيثِ ابْنِ حَلْحَلَةَ وَفِيهِ أَنَّ ابْنَ عَبَّاسٍ شَهِدَ ذَلِكَ مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. وَقَالَ صَلَّى وَلَمَ يَقُلْ بِالنَّاسِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə “namaz qıldı” deyilir, “camaata namaz qıldırdı” deyilmir.”

İbn Abbas
SəhihMuslim, 827 (Heyz, 123)

Fəsil 25

Dəvə əti yedikdən sonra dəstəmaz almaq

بَابُ الْوُضُوءِ مِنْ لُحُومِ الإِبِلِ

حَدَّثَنَا أَبُو كَامِلٍ فُضَيْلُ بْنُ حُسَيْنٍ الْجَحْدَرِىُّ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عُثْمَانَ بْنِ عَبْدِ اللَّهِ بْنِ مَوْهَبٍ عَنْ جَعْفَرِ بْنِ أَبِى ثَوْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَأَتَوَضَّأُ مِنْ لُحُومِ الْغَنَمِ قَالَ « إِنْ شِئْتَ فَتَوَضَّأْ وَإِنْ شِئْتَ فَلاَ تَوَضَّأْ ». قَالَ أَتَوَضَّأُ مِنْ لُحُومِ الإِبِلِ قَالَ « نَعَمْ فَتَوَضَّأْ مِنْ لُحُومِ الإِبِلِ ». قَالَ أُصَلِّى فِى مَرَابِضِ الْغَنَمِ قَالَ « نَعَمْ ». قَالَ أُصَلِّى فِى مَبَارِكِ الإِبِلِ قَالَ « لاَ ».

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ soruşdu: “Qoyun əti yedikdən sonra dəstəmaz almalıyammı?” Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, al, istəyirsən, alma”. Adam yenə soruşdu: “Bəs dəvə əti yedikdən sonra dəstəmaz almalıyammı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, dəvə əti yedikdən sonra dəstəmaz almalısan”. Adam soruşdu: “Qoyun ağıllarında namaz qıla bilərəmmi?” Allah Elçisi ﷺ: “Bəli!”, – deyə cavab verdi. Adam yenə soruşdu: “Bəs dəvə ağıllarında namaz qıla bilərəmmi?” Allah Elçisi ﷺ: “Xeyr!”, – deyə buyurdu”.”

Cabir ibn Səmura
SəhihMuslim, 828 (Heyz, 124)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو حَدَّثَنَا زَائِدَةُ عَنْ سِمَاكٍ ح وَحَدَّثَنِى الْقَاسِمُ بْنُ زَكَرِيَّاءَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى عَنْ شَيْبَانَ عَنْ عُثْمَانَ بْنِ عَبْدِ اللَّهِ بْنِ مَوْهَبٍ وَأَشْعَثَ بْنِ أَبِى الشَّعْثَاءِ كُلُّهُمْ عَنْ جَعْفَرِ بْنِ أَبِى ثَوْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِ حَدِيثِ أَبِى كَامِلٍ عَنْ أَبِى عَوَانَةَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Cabir ibn Səmura
SəhihMuslim, 829 (Heyz, 125)

Fəsil 26

Dəstəmazlı olduğunu yəqin etdikdən sonra onun pozulduğuna şübhə edən kimsənin əvvəlki dəstəmazı ilə namaz qıla biləcəyinə dəlil

بَابُ الدَّلِيلِ عَلَى أَنَّ مَنْ تَيَقَّنَ الطَّهَارَةَ ثُمَّ شَكَّ فِي الْحَدَثِ فَلَهُ أَنْ يُصَلِّيَ بِطَهَارَتِهِ تِلْكَ

وَحَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ قَالَ عَمْرٌو حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ سَعِيدٍ وَعَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَمِّهِ شُكِىَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الرَّجُلُ يُخَيَّلُ إِلَيْهِ أَنَّهُ يَجِدُ الشَّىْءَ فِى الصَّلاَةِ قَالَ « لاَ يَنْصَرِفُ حَتَّى يَسْمَعَ صَوْتًا أَوْ يَجِدَ رِيحًا ». قَالَ أَبُو بَكْرٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ فِى رِوَايَتِهِمَا هُوَ عَبْدُ اللَّهِ بْنُ زَيْدٍ.

“Rəvayət edilir ki, Abbad ibn Təmimin əmisi ﵁ demişdir: “Namaz əsnasında özündən sanki yel çıxdığını hiss edən kimsə barədə Peyğəmbərə ﷺ xəbər verildi. Peyğəmbər ﷺ buyurdu: “Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!” Ravilər Əbu Bəkr və Zuheyr ibn Hərb öz rəvayətlərində demişlər: “Onun əmisi Abdullah ibn Zeyddir”.”

Abbad ibn Təmim əmisindən
SəhihMuslim, 830 (Heyz, 126)

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا وَجَدَ أَحَدُكُمْ فِى بَطْنِهِ شَيْئًا فَأَشْكَلَ عَلَيْهِ أَخَرَجَ مِنْهُ شَىْءٌ أَمْ لاَ فَلاَ يَخْرُجَنَّ مِنَ الْمَسْجِدِ حَتَّى يَسْمَعَ صَوْتًا أَوْ يَجِدَ رِيحًا ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz qarnında bir şey hiss etdiyi və ondan bir şey çıxıb-çıxmadığı özünə müəmmalı qaldığı təqdirdə, bir səs eşitməyincə və ya bir iy duymayınca məsciddən çıxmasın”.”

Əbu Hureyra
SəhihMuslim, 831 (Heyz, 127)

Fəsil 27

Ölmüş heyvan dərisinin aşılanma ilə təmizlənməsi

بَابُ طَهَارَةِ جُلُودِ الْمَيْتَةِ بِالدِّبَاغِ

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَابْنُ أَبِى عُمَرَ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ قَالَ يَحْيَى أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ تُصُدِّقَ عَلَى مَوْلاَةٍ لِمَيْمُونَةَ بِشَاةٍ فَمَاتَتْ فَمَرَّ بِهَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « هَلاَّ أَخَذْتُمْ إِهَابَهَا فَدَبَغْتُمُوهُ فَانْتَفَعْتُمْ بِهِ ». فَقَالُوا إِنَّهَا مَيْتَةٌ. فَقَالَ « إِنَّمَا حَرُمَ أَكْلُهَا ». قَالَ أَبُو بَكْرٍ وَابْنُ أَبِى عُمَرَ فِى حَدِيثِهِمَا عَنْ مَيْمُونَةَ رضى الله عنها.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Məymunənin ﵂ köləlikdən azad etdiyi adama bir qoyun verilmişdi. Bu qoyun öldü. Allah Elçisi ﷺ bu ölmüş qoyunun yanından keçdi və buyurdu: “Nə üçün bu qoyunun dərisini götürüb, aşılayıb ondan istifadə etmirsiniz?” Onlar: “Axı o, murdar olub!”, – dedilər. Allah Elçisi ﷺ buyurdu: “Murdar olmuş heyvanın yalnız yeyilməsi haram edilmişdir”.”

İbn Abbas
SəhihMuslim, 832 (Heyz, 128)

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ وَحَرْمَلَةُ قَالاَ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ شَاةً مَيْتَةً أُعْطِيَتْهَا مَوْلاَةٌ لِمَيْمُونَةَ مِنَ الصَّدَقَةِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « هَلاَّ انْتَفَعْتُمْ بِجِلْدِهَا ». قَالُوا إِنَّهَا مَيْتَةٌ. فَقَالَ « إِنَّمَا حَرُمَ أَكْلُهَا ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunənin köləlikdən azad etdiyi adama sədəqə olaraq verilmiş qoyunun öldüyünü gördü və buyurdu: “Nə üçün bu qoyunun dərisini (aşılayıb ondan) istifadə etmirsiniz?” Onlar: “Axı o, murdar olub!”, – dedilər. Allah Elçisi ﷺ buyurdu: “Murdar olmuş heyvanın yalnız yeyilməsi haram edilmişdir”.”

İbn Abbas
SəhihMuslim, 833 (Heyz, 129)

حَدَّثَنَا حَسَنٌ الْحُلْوَانِىُّ وَعَبْدُ بْنُ حُمَيْدٍ جَمِيعًا عَنْ يَعْقُوبَ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ حَدَّثَنِى أَبِى عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ بِهَذَا الإِسْنَادِ بِنَحْوِ رِوَايَةِ يُونُسَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn Abbas
SəhihMuslim, 834 (Heyz, 130)

وَحَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ وَعَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ الزُّهْرِىُّ - وَاللَّفْظُ لاِبْنِ أَبِى عُمَرَ - قَالاَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو عَنْ عَطَاءٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِشَاةٍ مَطْرُوحَةٍ أُعْطِيَتْهَا مَوْلاَةٌ لِمَيْمُونَةَ مِنَ الصَّدَقَةِ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَلاَّ أَخَذُوا إِهَابَهَا فَدَبَغُوهُ فَانْتَفَعُوا بِهِ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ kənara atılmış bir qoyun ölüsünü gördü. O qoyun sədəqə olaraq Məymunənin köləlikdən azad etdiyi adama verilmişdi. Peyğəmbər ﷺ buyurdu: “Nə üçün bu qoyunun dərisini götürüb, aşılayıb ondan istifadə etmirsiniz?””

İbn Abbas
SəhihMuslim, 835 (Heyz, 131)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ النَّوْفَلِىُّ حَدَّثَنَا أَبُو عَاصِمٍ حَدَّثَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى عَمْرُو بْنُ دِينَارٍ أَخْبَرَنِى عَطَاءٌ مُنْذُ حِينٍ قَالَ أَخْبَرَنِى ابْنُ عَبَّاسٍ أَنَّ مَيْمُونَةَ أَخْبَرَتْهُ أَنَّ دَاجِنَةً كَانَتْ لِبَعْضِ نِسَاءِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَمَاتَتْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَلاَّ أَخَذْتُمْ إِهَابَهَا فَاسْتَمْتَعْتُمْ بِهِ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisinin ﷺ zövcələrindən birinin evə öyrəşmiş bir qoyunu var idi. Qoyun öldükdən sonra Allah Elçisi ﷺ buyurdu: “Nə üçün onun dərisini götürüb (aşılayıb ondan) istifadə etmirsiniz?””

İbn Abbas
SəhihMuslim, 836 (Heyz, 132)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدُ الرَّحِيمِ بْنُ سُلَيْمَانَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِى سُلَيْمَانَ عَنْ عَطَاءٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِشَاةٍ لِمَوْلاَةٍ لِمَيْمُونَةَ فَقَالَ « أَلاَّ انْتَفَعْتُمْ بِإِهَابِهَا ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məymunənin köləlikdən azad etdiyi adama aid bir qoyunun ölüsünün yanından keçdi və buyurdu: “Nə üçün bunun dərisini (aşılayıb ondan) istifadə etmirsiniz?””

İbn Abbas
SəhihMuslim, 837 (Heyz, 133)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ وَعْلَةَ أَخْبَرَهُ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا دُبِغَ الإِهَابُ فَقَدْ طَهُرَ ».

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “(Heyvan) dərisi aşılandıqda artıq pak olur!””

Abdullah ibn Abbas
SəhihMuslim, 838 (Heyz, 134)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ قَالاَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ ح وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ يَعْنِى ابْنَ مُحَمَّدٍ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ جَمِيعًا عَنْ وَكِيعٍ عَنْ سُفْيَانَ كُلُّهُمْ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ وَعْلَةَ عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ يَعْنِى حَدِيثَ يَحْيَى بْنِ يَحْيَى.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn Abbas
SəhihMuslim, 839 (Heyz, 135)

حَدَّثَنِى إِسْحَاقُ بْنُ مَنْصُورٍ وَأَبُو بَكْرِ بْنُ إِسْحَاقَ قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا وَقَالَ ابْنُ مَنْصُورٍ أَخْبَرَنَا عَمْرُو بْنُ الرَّبِيعِ أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ عَنْ يَزِيدَ بْنِ أَبِى حَبِيبٍ أَنَّ أَبَا الْخَيْرِ حَدَّثَهُ قَالَ رَأَيْتُ عَلَى ابْنِ وَعْلَةَ السَّبَئِىِّ فَرْوًا فَمَسِسْتُهُ فَقَالَ مَا لَكَ تَمَسُّهُ قَدْ سَأَلْتُ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ قُلْتُ إِنَّا نَكُونُ بِالْمَغْرِبِ وَمَعَنَا الْبَرْبَرُ وَالْمَجُوسُ نُؤْتَى بِالْكَبْشِ قَدْ ذَبَحُوهُ وَنَحْنُ لاَ نَأْكُلُ ذَبَائِحَهُمْ وَيَأْتُونَا بِالسِّقَاءِ يَجْعَلُونَ فِيهِ الْوَدَكَ. فَقَالَ ابْنُ عَبَّاسٍ قَدْ سَأَلْنَا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ فَقَالَ « دِبَاغُهُ طَهُورُهُ ».

“Rəvayət edilir ki, Əbul-Xeyr ﵀ demişdir: “Mən İbn Va'lə əs-Səbainin əynində bir kürk gördüm və əlimi ona sürtdüm. İbn Valə dedi: “Niyə əlini ona sürtürsən?! Mən Abdullah ibn Abbasdan soruşdum: “Biz məğribdə yaşayırıq. Bizim yanımızda bərbərlər və atəşpərəstlər yaşayır. Onlar qoyun kəsib bizə gətirirlər, lakin biz onların kəsdikləri qoyunu yemirik. Həmçinin bizə içərisinə ərinmiş iç yağı qoyduqları tuluq da gətirirlər”. İbn Abbas dedi: “Biz bu haqda Allah Elçisindən ﷺ soruşmuşuq. O bu haqda belə buyurmuşdur: “Dərinin aşılanması onun təmizləyicisidir”.”

Əbul-Xeyr
SəhihMuslim, 840 (Heyz, 136)

وَحَدَّثَنِى إِسْحَاقُ بْنُ مَنْصُورٍ وَأَبُو بَكْرِ بْنُ إِسْحَاقَ عَنْ عَمْرِو بْنِ الرَّبِيعِ أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنْ أَبِى الْخَيْرِ حَدَّثَهُ قَالَ حَدَّثَنِى ابْنُ وَعْلَةَ السَّبَئِىُّ قَالَ سَأَلْتُ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ قُلْتُ إِنَّا نَكُونُ بِالْمَغْرِبِ فَيَأْتِينَا الْمَجُوسُ بِالأَسْقِيَةِ فِيهَا الْمَاءُ وَالْوَدَكُ فَقَالَ اشْرَبْ. فَقُلْتُ أَرَأْىٌ تَرَاهُ فَقَالَ ابْنُ عَبَّاسٍ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « دِبَاغُهُ طَهُورُهُ ».

“Rəvayət edilir ki, İbn Va'lə əs-Səbai ﵀ demişdir: “Mən Abdullah ibn Abbasdan soruşdum: “Biz məğribdə yaşayırıq. Atəşpərəstlər bizə içərisində su və ərinmiş iç yağı olan tuluqlar gətirirlər”. İbn Abbas dedi: “İçə bilərsən”. Mən: “Bu sənin öz rəyindirmi?”, – deyə soruşdum. İbn Abbas dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Dərinin aşılanması onun təmizləyicisidir”.”

İbn Va'lə əs-Səbai
SəhihMuslim, 841 (Heyz, 137)

Fəsil 28

Təyəmmüm

بَابُ التَّيَمُّمِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ خَرَجْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَعْضِ أَسْفَارِهِ حَتَّى إِذَا كُنَّا بِالْبَيْدَاءِ - أَوْ بِذَاتِ الْجَيْشِ - انْقَطَعَ عِقْدٌ لِى فَأَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْتِمَاسِهِ وَأَقَامَ النَّاسُ مَعَهُ وَلَيْسُوا عَلَى مَاءٍ وَلَيْسَ مَعَهُمْ مَاءٌ فَأَتَى النَّاسُ إِلَى أَبِى بَكْرٍ فَقَالُوا أَلاَ تَرَى إِلَى مَا صَنَعَتْ عَائِشَةُ أَقَامَتْ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبِالنَّاسِ مَعَهُ وَلَيْسُوا عَلَى مَاءٍ وَلَيْسَ مَعَهُمْ مَاءٌ. فَجَاءَ أَبُو بَكْرٍ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاضِعٌ رَأْسَهُ عَلَى فَخِذِى قَدْ نَامَ فَقَالَ حَبَسْتِ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسَ وَلَيْسُوا عَلَى مَاءٍ وَلَيْسَ مَعَهُمْ مَاءٌ. قَالَتْ فَعَاتَبَنِى أَبُو بَكْرٍ وَقَالَ مَا شَاءَ اللَّهُ أَنْ يَقُولَ وَجَعَلَ يَطْعُنُ بِيَدِهِ فِى خَاصِرَتِى فَلاَ يَمْنَعُنِى مِنَ التَّحَرُّكِ إِلاَّ مَكَانُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى فَخِذِى فَنَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَصْبَحَ عَلَى غَيْرِ مَاءٍ فَأَنْزَلَ اللَّهُ آيَةَ التَّيَمُّمِ فَتَيَمَّمُوا. فَقَالَ أُسَيْدُ بْنُ الْحُضَيْرِ - وَهُوَ أَحَدُ النُّقَبَاءِ - مَا هِىَ بِأَوَّلِ بَرَكَتِكُمْ يَا آلَ أَبِى بَكْرٍ. فَقَالَتْ عَائِشَةُ فَبَعَثْنَا الْبَعِيرَ الَّذِى كُنْتُ عَلَيْهِ فَوَجَدْنَا الْعِقْدَ تَحْتَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ilə ﷺ birlikdə səfərə çıxdıq. “Beyda” və ya “Zətul-Ceyş” deyilən yerə çatdıqda boyunbağım qırılıb yerə düşdü. Boyunbağım axtarılıb tapılsın deyə Allah Elçisi ﷺ o yerdə dayandı. Camaat da onunla bərabər dayandı. Ətrafda su yox idi, üstəlik onların yanlarında da su yox idi. Elə buna görə də camaat Əbu Bəkrin yanına gəlib dedi: “Aişənin nə etdiyini görürsənmi?! Allahın Elçisini ﷺ və bu qədər camaatı yoldan eləyib. Onlar su olmayan yerdə dayanıblar, özlərinin də su ehtiyatı qurtarıb”. Əbu Bəkr mənim yanıma gəldi. Bu vaxt Allah Elçisi ﷺ başını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr dedi: “Allah Elçisini ﷺ və bu qədər camaatı su olmayan bir yerdə, həm də su ehtiyatları olmadığı halda saxlamısan?!” Əbu Bəkr məni danladı, xeyli söyləndi və barmağı ilə böyrümdən vurmağa başladı. Bu vaxt Allah Elçisinin ﷺ başı dizimin üstündə olduğuna görə mən tərpənmədim. Allah Elçisi ﷺ elə oradaca yatdı. Səhər açıldıqda o, dəstəmaz almaq üçün su tapmadı. Elə bu səbəbdən də Uca Allah təyəmmüm ayəsini nazil etdi və onlar təyəmmüm etdilər. Nümayəndələrdən biri – Useyd ibn Hudeyr dedi: “Ey Əbu Bəkrin ailəsi! Bu sizin ilk bərəkətiniz deyil”. Aişə deyir: “Sonra üstündə oturduğum dəvəni qaldırdıq və boyunbağını onun altından tapdıq”.”

Aişə
SəhihMuslim, 842 (Heyz, 138)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ وَابْنُ بِشْرٍ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أَنَّهَا اسْتَعَارَتْ مِنْ أَسْمَاءَ قِلاَدَةً فَهَلَكَتْ فَأَرْسَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَاسًا مِنْ أَصْحَابِهِ فِى طَلَبِهَا فَأَدْرَكَتْهُمُ الصَّلاَةُ فَصَلَّوْا بِغَيْرِ وُضُوءٍ فَلَمَّا أَتَوُا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَكَوْا ذَلِكَ إِلَيْهِ فَنَزَلَتْ آيَةُ التَّيَمُّمِ. فَقَالَ أُسَيْدُ بْنُ حُضَيْرٍ جَزَاكِ اللَّهُ خَيْرًا فَوَاللَّهِ مَا نَزَلَ بِكِ أَمْرٌ قَطُّ إِلاَّ جَعَلَ اللَّهُ لَكِ مِنْهُ مَخْرَجًا وَجَعَلَ لِلْمُسْلِمِينَ فِيهِ بَرَكَةً.

“Rəvayət edilir ki, bir dəfə Aişə ﵂ bacısı Əsmadan müvəqqəti istifadə üçün boyunbağı aldı. Bir müddətdən sonra o, boyunbağını itirdi. Buna görə də Allah Elçisi ﷺ səhabələrindən bir neçəsini onu axtarıb tapmaq üçün göndərdi. Namaz vaxtı yetişdikdə onlar dəstəmazsız olduqları halda namaz qıldılar. Sonra Allah Elçisinin ﷺ yanına gəldikdə su tapmadıqlarına görə ona şikayət etdilər və elə həmin vaxt təyəmmüm ayəsi nazil oldu. Onda Useyd ibn Hudeyr Aişəyə dedi: “Allah səni xeyirlə mükafatlandırsın! Allaha and olsun, indiyədək sənin başına elə bir iş gəlməmişdir ki, Allah bu işdə sənə bir yol göstərməsin və bu işi müsəlmanlar üçün bərəkətli etməsin”.”

Aişə
SəhihMuslim, 843 (Heyz, 139)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَابْنُ نُمَيْرٍ جَمِيعًا عَنْ أَبِى مُعَاوِيَةَ قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ قَالَ كُنْتُ جَالِسًا مَعَ عَبْدِ اللَّهِ وَأَبِى مُوسَى فَقَالَ أَبُو مُوسَى يَا أَبَا عَبْدِ الرَّحْمَنِ أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلاً أَجْنَبَ فَلَمْ يَجِدِ الْمَاءَ شَهْرًا كَيْفَ يَصْنَعُ بِالصَّلاَةِ فَقَالَ عَبْدُ اللَّهِ لاَ يَتَيَمَّمُ وَإِنْ لَمْ يَجِدِ الْمَاءَ شَهْرًا. فَقَالَ أَبُو مُوسَى فَكَيْفَ بِهَذِهِ الآيَةِ فِى سُورَةِ الْمَائِدَةِ {فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا} فَقَالَ عَبْدُ اللَّهِ لَوْ رُخِّصَ لَهُمْ فِى هَذِهِ الآيَةِ - لأَوْشَكَ إِذَا بَرَدَ عَلَيْهِمُ الْمَاءُ أَنْ يَتَيَمَّمُوا بِالصَّعِيدِ. فَقَالَ أَبُو مُوسَى لِعَبْدِ اللَّهِ أَلَمْ تَسْمَعْ قَوْلَ عَمَّارٍ بَعَثَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَاجَةٍ فَأَجْنَبْتُ فَلَمْ أَجِدِ الْمَاءَ فَتَمَرَّغْتُ فِى الصَّعِيدِ كَمَا تَمَرَّغُ الدَّابَّةُ ثُمَّ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ « إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَقُولَ بِيَدَيْكَ هَكَذَا ». ثُمَّ ضَرَبَ بِيَدَيْهِ الأَرْضَ ضَرْبَةً وَاحِدَةً ثُمَّ مَسَحَ الشِّمَالَ عَلَى الْيَمِينِ وَظَاهِرَ كَفَّيْهِ وَوَجْهَهُ. فَقَالَ عَبْدُ اللَّهِ أَوَلَمْ تَرَ عُمَرَ لَمْ يَقْنَعْ بِقَوْلِ عَمَّارٍ

“Rəvayət edilir ki, Şəqiq ﵀ demişdir: “Bir dəfə mən Abdullah və Əbu Musa ilə birlikdə oturmuşdum. Əbu Musa Abdullahdan: “Ey Əbu Abdur-Rahmən! De görək, əgər adam cunub olsa və bir ay su tapa bilməsə, namazı necə qılmalıdır?”, – deyə soruşdu. Abdullah dedi: “Bir ay su tapmasa belə, təyəmmüm etməməlidir”. Əbu Musa soruşdu: “Bəs onda “əl-Maidə” surəsindəki bu: “...su tapmasanız, təmiz torpaqla təyəmmüm edin” (əl-Maidə, 6) ayəsini necə izah edərsən?” Abdullah dedi: “Əgər insanlara bu ayəyə əsasən rüsxət verilərsə, onlar suyun soyuq olduğunu gördükdə onu qoyub torpaqla təyəmmüm etməyə başlayacaqlar”. Əbu Musa Abdullaha dedi: “Məgər sən Əmmarın bu sözünü eşitməmisənmi? O demişdir ki, Allah Elçisi ﷺ məni bir iş dalınca göndərmişdi. Səfər əsnasında mən cənabət halına düşdüm və su tapa bilmədim. Bu səbəbdən də mən, heyvanın ağnadığı kimi yerdə o üzə-bu üzə çevrilib bədənimi torpağa sürtməyə başladım. Sonra Peyğəmbərin ﷺ yanına gəldim və bunu ona danışdım. Peyğəmbər ﷺ: “Sadəcə iki əlinlə belə etməyin sənə kifayət edərdi”, – dedi, sonra əllərini bir dəfə yerə vurdu, sonra da sol əlini sağ əlinə sürtərək əllərinin üst tərəfinə və üzünə məsh etdi”. Abdullah ona etirazını bildirib dedi: “Məgər sən Ömərin Əmmarın bu sözü ilə razılaşmadığını görmədinmi?!””

Şəqiq
SəhihMuslim, 844 (Heyz, 140)

وَحَدَّثَنَا أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ حَدَّثَنَا الأَعْمَشُ عَنْ شَقِيقٍ قَالَ قَالَ أَبُو مُوسَى لِعَبْدِ اللَّهِ وَسَاقَ الْحَدِيثَ بِقِصَّتِهِ نَحْوَ حَدِيثِ أَبِى مُعَاوِيَةَ غَيْرَ أَنَّهُ قَالَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَقُولَ هَكَذَا ». وَضَرَبَ بِيَدَيْهِ إِلَى الأَرْضِ فَنَفَضَ يَدَيْهِ فَمَسَحَ وَجْهَهُ وَكَفَّيْهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ Əmmara: “Sənə belə etmək kifayət edərdi”, – deyib əllərini yerə vurdu, sonra əllərinin çırpdı, sonra da ovuclarını üzünə və biləyə qədər əllərinə sürtdü”.”

Əbu Musa
SəhihMuslim, 845 (Heyz, 141)

حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ هَاشِمٍ الْعَبْدِىُّ حَدَّثَنَا يَحْيَى - يَعْنِى ابْنَ سَعِيدٍ الْقَطَّانَ - عَنْ شُعْبَةَ قَالَ حَدَّثَنِى الْحَكَمُ عَنْ ذَرٍّ عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ أَنَّ رَجُلاً أَتَى عُمَرَ فَقَالَ إِنِّى أَجْنَبْتُ فَلَمْ أَجِدْ مَاءً. فَقَالَ لاَ تُصَلِّ. فَقَالَ عَمَّارٌ أَمَا تَذْكُرُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِذْ أَنَا وَأَنْتَ فِى سَرِيَّةٍ فَأَجْنَبْنَا فَلَمْ نَجِدْ مَاءً فَأَمَّا أَنْتَ فَلَمْ تُصَلِّ وَأَمَّا أَنَا فَتَمَعَّكْتُ فِى التُّرَابِ وَصَلَّيْتُ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا كَانَ يَكْفِيكَ أَنْ تَضْرِبَ بِيَدَيْكَ الأَرْضَ ثُمَّ تَنْفُخَ ثُمَّ تَمْسَحَ بِهِمَا وَجْهَكَ وَكَفَّيْكَ ». فَقَالَ عُمَرُ اتَّقِ اللَّهَ يَا عَمَّارُ. قَالَ إِنْ شِئْتَ لَمْ أُحَدِّثْ بِهِ. قَالَ الْحَكَمُ وَحَدَّثَنِيهِ ابْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ مِثْلَ حَدِيثِ ذَرٍّ قَالَ وَحَدَّثَنِى سَلَمَةُ عَنْ ذَرٍّ فِى هَذَا الإِسْنَادِ الَّذِى ذَكَرَ الْحَكَمُ فَقَالَ عُمَرُ نُوَلِّيكَ مَا تَوَلَّيْتَ.

“Səid ibn Abdur-Rahmən ibn Əbzə atasından rəvayət edir ki, bir dəfə bir nəfər Ömərin yanına gəlib dedi: “Mən cənabət halına düşdüm və su tapa bilmədim. İndi nə edim?” Ömər: “Namaz qılma!”, – deyə buyurdu. Bunu eşidəndə Əmmar dedi: “Yadındadırmı? Ey möminlərin əmiri! O vaxt ikimiz səfərdə ikən cənabət halına düşmüşdük və su tapa bilmədik. Sən namaz qılmadın. Mən isə yerə uzanıb o üzə-bu üzə çevrilərək bədənimi torpağa sürtdüm və qalxıb namazımı qıldım. Mən bunu Peyğəmbərə ﷺ xəbər verdikdə o mənə: “Sadəcə əllərini yerə vurmağın, ovuclarına üfürməyin, sonra da ovuclarını üzünə və biləyə qədər (əllərinə) sürtməyin sənə kifayət edərdi”, – deyə buyurmuşdu”. Ömər dedi: “Allahdan qorx, ey Əmmar!” Əmmar dedi: “İstəyirsən, bunu heç kəsə danışmayım!” Digər rəvayətdə Ömər demişdir: “Boynuna götürdüyün bu məsuliyyəti sənin öhdənə buraxırıq”.”

Səid ibn Abdur-Rahmən ibn Əbzə atasından
SəhihMuslim, 846 (Heyz, 142)

وَحَدَّثَنِى إِسْحَاقُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ أَخْبَرَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ سَمِعْتُ ذَرًّا عَنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى قَالَ قَالَ الْحَكَمُ وَقَدْ سَمِعْتُهُ مِنِ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ أَنَّ رَجُلاً أَتَى عُمَرَ فَقَالَ إِنِّى أَجْنَبْتُ فَلَمْ أَجِدْ مَاءً. وَسَاقَ الْحَدِيثَ وَزَادَ فِيهِ قَالَ عَمَّارٌ يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِنْ شِئْتَ لِمَا جَعَلَ اللَّهُ عَلَىَّ مِنْ حَقِّكَ لاَ أُحَدِّثُ بِهِ أَحَدًا وَلَمْ يَذْكُرْ حَدَّثَنِى سَلَمَةُ عَنْ ذَرٍّ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbzə ﵀ demişdir: “Bir nəfər Ömərin yanına gəlib soruşdu: “Mən cənabət halına düşdüm və su tapa bilmədim. İndi nə edim?” Hədisin sonunda bu əlavə var: “Əmmar dedi: “Ey möminlərin əmiri! Allah mənim üzərimə sənə itaət etmək haqqını vacib buyurduğu üçün, istəyirsənsə, mən bunu heç kəsə danışmayım”.”

Abdur-Rahmən ibn Əbzə
SəhihMuslim, 847 (Heyz, 143)

قَالَ مُسْلِمٌ وَرَوَى اللَّيْثُ بْنُ سَعْدٍ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ عَنْ عُمَيْرٍ مَوْلَى ابْنِ عَبَّاسٍ أَنَّهُ سَمِعَهُ يَقُولُ أَقْبَلْتُ أَنَا وَعَبْدُ الرَّحْمَنِ بْنُ يَسَارٍ مَوْلَى مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى دَخَلْنَا عَلَى أَبِى الْجَهْمِ بْنِ الْحَارِثِ بْنِ الصِّمَّةِ الأَنْصَارِىِّ فَقَالَ أَبُو الْجَهْمِ أَقْبَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَحْوِ بِئْرِ جَمَلٍ فَلَقِيَهُ رَجُلٌ فَسَلَّمَ عَلَيْهِ فَلَمْ يَرُدَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِ حَتَّى أَقْبَلَ عَلَى الْجِدَارِ فَمَسَحَ وَجْهَهُ وَيَدَيْهِ ثُمَّ رَدَّ عَلَيْهِ السَّلاَمَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ zövcəsi Məymunənin azad etdiyi kölə Abdur-Rahmən ibn Yəsarla birlikdə gəlib Əbu Cəhm (və ya Cuheym) ibn Haris ibn Simmə əl-Ənsarinin yanına girdik. Əbu Cəhm dedi: “Bir dəfə Allah Elçisi ﷺ “Bi'rul-Cəməl” tərəfdən gəlirdi. Bu vaxt bir nəfər onun qarşısına çıxdı və ona salam verdi. Allah Elçisi ﷺ onun salamını almadı. Bir divara yaxınlaşıb əllərini ona vurdu, sonra üzünə və əllərinə məsh etdi, sonra da onun salamını aldı”.”

İbn Abbas
SəhihMuslim, 848 (Heyz, 144)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا سُفْيَانُ عَنِ الضَّحَّاكِ بْنِ عُثْمَانَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَجُلاً مَرَّ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَبُولُ فَسَلَّمَ فَلَمْ يَرُدَّ عَلَيْهِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ kiçik subaşına çıxarkən bir nəfər onun yanından keçdi və ona salam verdi, lakin Peyğəmbər ﷺ onun salamını almadı.”

İbn Ömər
SəhihMuslim, 849 (Heyz, 145)

Fəsil 29

Müsəlmanın murdar olmadığına dair dəlil

بَابُ الدَّلِيلِ عَلَى أَنَّ الْمُسْلِمَ لاَ يَنْجُسُ

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَحْيَى - يَعْنِى ابْنَ سَعِيدٍ - قَالَ حُمَيْدٌ حَدَّثَنَا ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ عَنْ حُمَيْدٍ الطَّوِيلِ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ لَقِيَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى طَرِيقٍ مِنْ طُرُقِ الْمَدِينَةِ وَهُوَ جُنُبٌ فَانْسَلَّ فَذَهَبَ فَاغْتَسَلَ فَتَفَقَّدَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا جَاءَهُ قَالَ « أَيْنَ كُنْتَ يَا أَبَا هُرَيْرَةَ ». قَالَ يَا رَسُولَ اللَّهِ لَقِيتَنِى وَأَنَا جُنُبٌ فَكَرِهْتُ أَنْ أُجَالِسَكَ حَتَّى أَغْتَسِلَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « سُبْحَانَ اللَّهِ إِنَّ الْمُؤْمِنَ لاَ يَنْجُسُ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ cənabətli olduğu halda Mədinənin küçələrindən birində Peyğəmbərə ﷺ rast gəldi. Əbu Hureyra sakitcə aradan çıxdı və gedib qüsl aldı. Peyğəmbər ﷺ onu axtardı, lakin tapa bilmədi. O, Peyğəmbərin ﷺ yanına gəldikdə Peyğəmbər dedi: “Harada idin, ey Əbu Hureyra?” Əbu Hureyra: “Ey Allahın Elçisi! Sən mənə rast gəldiyin zaman mən cənabətli idim. Elə buna görə də qüsl alanadək sənin yanında oturmaq istəmədim”, – deyə cavab verdi. Allah Elçisi ﷺ buyurdu: “Subhan-Allah! Mömin murdar olmaz”.”

Əbu Hureyra
SəhihMuslim, 850 (Heyz, 146)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنْ مِسْعَرٍ عَنْ وَاصِلٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقِيَهُ وَهُوَ جُنُبٌ فَحَادَ عَنْهُ فَاغْتَسَلَ ثُمَّ جَاءَ فَقَالَ كُنْتُ جُنُبًا. قَالَ « إِنَّ الْمُسْلِمَ لاَ يَنْجُسُ ».

“Rəvayət edilir ki, Huzeyfə ﵁ cənabətli olduğu halda Allah Elçisinə ﷺ rast gəlmişdir. Sonra Huzeyfə sakitcə aradan çıxıb getdi və qüsl etdi. Sonra geri qayıdıb Allah Elçisinə ﷺ dedi: “Mən cənabətli idim”. Allah Elçisi ﷺ də ona buyurdu: “Müsəlman murdar olmaz”.”

Huzeyfə
SəhihMuslim, 851 (Heyz, 147)

Fəsil 30

Cənabətli halda və başqa hallarda Uca Allahı zikr etmək

بَابُ ذِكْرِ اللَّهِ تَعَالَى فِي حَالِ الْجَنَابَةِ وَغَيْرِهَا

حَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ وَإِبْرَاهِيمُ بْنُ مُوسَى قَالاَ حَدَّثَنَا ابْنُ أَبِى زَائِدَةَ عَنْ أَبِيهِ عَنْ خَالِدِ بْنِ سَلَمَةَ عَنِ الْبَهِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللَّهَ عَلَى كُلِّ أَحْيَانِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ hər bir halında Allahı zikr edərdi”.”

Aişə
SəhihMuslim, 852 (Heyz, 148)

Fəsil 31

Dəstəmazsız halda yemək yeməyin icazəli olması, bunun xoşagəlməz bir şey sayılmaması və dəstəmaz pozulduqdan sonra dərhal dəstəmaz almağa lüzum olmaması

بَابُ جَوَازِ أَكْلِ الْمُحْدِثِ الطَّعَامَ وَأَنَّهُ لاَ كَرَاهَةَ فِي ذَلِكَ وَأَنَّ الْوُضُوءَ لَيْسَ عَلَى الْفَوْرِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ وَأَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ قَالَ يَحْيَى أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ وَقَالَ أَبُو الرَّبِيعِ حَدَّثَنَا حَمَّادٌ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ سَعِيدِ بْنِ الْحُوَيْرِثِ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مِنَ الْخَلاَءِ فَأُتِىَ بِطَعَامٍ فَذَكَرُوا لَهُ الْوُضُوءَ فَقَالَ « أُرِيدُ أَنْ أُصَلِّىَ فَأَتَوَضَّأَ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ ayaqyolundan çıxdı və ona yemək gətirdilər. Sonra dəstəmaz almağı onun yadına saldılar. Peyğəmbər ﷺ buyurdu: “Məgər mən namaz qılmaq istəyirəm ki, dəstəmaz alım?!””

İbn Abbas
SəhihMuslim, 853 (Heyz, 149)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ عَمْرٍو عَنْ سَعِيدِ بْنِ الْحُوَيْرِثِ سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ كُنَّا عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَ مِنَ الْغَائِطِ وَأُتِىَ بِطَعَامٍ فَقِيلَ لَهُ أَلاَ تَوَضَّأُ فَقَالَ « لِمَ أَأُصَلِّى فَأَتَوَضَّأَ ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında idik. O, ayaqyolundan gəldi və ona yemək gətirdilər. Sonra ondan: “Dəstəmaz almırsanmı?”, – deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: “Nə üçün? Məgər mən namaz qılmaq istəyirəm ki, dəstəmaz alım?!””

İbn Abbas
SəhihMuslim, 854 (Heyz, 150)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مُسْلِمٍ الطَّائِفِىُّ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ سَعِيدِ بْنِ الْحُوَيْرِثِ مَوْلَى آلِ السَّائِبِ أَنَّهُ سَمِعَ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ قَالَ ذَهَبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْغَائِطِ فَلَمَّا جَاءَ قُدِّمَ لَهُ طَعَامٌ فَقِيلَ يَا رَسُولَ اللَّهِ أَلاَ تَوَضَّأُ. قَالَ « لِمَ أَلِلصَّلاَةِ ».

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ ayaqyoluna getdi. Geri qayıtdıqdan sonra ona yemək gətirdilər və ondan soruşdular: “Ey Allahın Elçisi, dəstəmaz almayacaqsanmı?” Peyğəmbər ﷺ buyurdu: “Nə üçün? Namaz qılmaq istəyirəm ki, dəstəmaz alım?!””

Abdullah ibn Abbas
SəhihMuslim, 855 (Heyz, 151)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ عَبَّادِ بْنِ جَبَلَةَ حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنِ ابْنِ جُرَيْجٍ قَالَ حَدَّثَنَا سَعِيدُ بْنُ حُوَيْرِثٍ أَنَّهُ سَمِعَ ابْنَ عَبَّاسٍ يَقُولُ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَضَى حَاجَتَهُ مِنَ الْخَلاَءِ فَقُرِّبَ إِلَيْهِ طَعَامٌ فَأَكَلَ وَلَمْ يَمَسَّ مَاءً. قَالَ وَزَادَنِى عَمْرُو بْنُ دِينَارٍ عَنْ سَعِيدِ بْنِ الْحُوَيْرِثِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِيلَ لَهُ إِنَّكَ لَمْ تَوَضَّأْ قَالَ « مَا أَرَدْتُ صَلاَةً فَأَتَوَضَّأَ ». وَزَعَمَ عَمْرٌو أَنَّهُ سَمِعَ مِنْ سَعِيدِ بْنِ الْحُوَيْرِثِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ ayaqyolunda təbii ehtiyacını ödədikdən sonra ona yemək gətirdilər və o, suya toxunmadan (dəstəmaz almadan) həmin yeməkdən yedi”. Ravi Səid ibn Huveyris bunu əlavə etmişdir: “Peyğəmbərə ﷺ dedilər: “Sən dəstəmaz almadın, elə deyilmi?” Peyğəmbər ﷺ buyurdu: “Mən namaz qılmaq istəmirdim ki, dəstəmaz alım”.”

İbn Abbas
SəhihMuslim, 856 (Heyz, 152)

Fəsil 32

Ayaqyoluna girmək istədikdə nə deyilməlidir?

بَابُ مَا يَقُولُ إِذَا أَرَادَ دُخُولَ الْخَلاَءِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ وَقَالَ يَحْيَى أَيْضًا أَخْبَرَنَا هُشَيْمٌ كِلاَهُمَا عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسٍ - فِى حَدِيثِ حَمَّادٍ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ وَفِى حَدِيثِ هُشَيْمٍ - أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا دَخَلَ الْكَنِيفَ قَالَ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ ayaqyoluna daxil olduğu zaman belə deyərdi: “Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram”.”

Ənəs
SəhihMuslim, 857 (Heyz, 153)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا إِسْمَاعِيلُ - وَهُوَ ابْنُ عُلَيَّةَ - عَنْ عَبْدِ الْعَزِيزِ بِهَذَا الإِسْنَادِ وَقَالَ « أَعُوذُ بِاللَّهِ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ ».

“Yuxarıdakı hədislə eynidir, lakin dua belədir: “Pislikdən və pis əməllərdən Allaha sığınıram!””

Ənəs
SəhihMuslim, 858 (Heyz, 154)

Fəsil 33

Oturmuş vəziyyətdə yatmış kimsənin dəstəmazının pozulmamasına dəlil

بَابُ الدَّلِيلِ عَلَى أَنَّ نَوْمَ الْجَالِسِ لاَ يَنْقُضُ الْوُضُوءَ

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ح وَحَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ كِلاَهُمَا عَنْ عَبْدِ الْعَزِيزِ عَنْ أَنَسٍ قَالَ أُقِيمَتِ الصَّلاَةُ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَجِىٌّ لِرَجُلٍ - وَفِى حَدِيثِ عَبْدِ الْوَارِثِ وَنَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنَاجِى الرَّجُلَ - فَمَا قَامَ إِلَى الصَّلاَةِ حَتَّى نَامَ الْقَوْمُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə namaza iqamə verildi. Allah Elçisi ﷺ isə hələ də bir adamla xəlvətcə söhbət edirdi”. Ravi Abdul-Varisin hədisində isə: “Allahın Peyğəmbəri ﷺ məscidin bir tərəfində bir nəfərlə gizlicə söhbət edirdi”. O, namaz qılmaq üçün ayağa qalxanda səhabələrdən bəziləri artıq yuxulamışdı”.”

Ənəs
SəhihMuslim, 859 (Heyz, 155)

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ قَالَ أُقِيمَتِ الصَّلاَةُ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنَاجِى رَجُلاً فَلَمْ يَزَلْ يُنَاجِيهِ حَتَّى نَامَ أَصْحَابُهُ ثُمَّ جَاءَ فَصَلَّى بِهِمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ bir nəfərlə xəlvətcə söhbət edərkən iqamə verildi. Səhabələr yuxulayana qədər Peyğəmbər ﷺ o adamla söhbətinə davam etdi. Sonra gəlib onlara namaz qıldırdı”.”

Ənəs ibn Malik
SəhihMuslim, 860 (Heyz, 156)

وَحَدَّثَنِى يَحْيَى بْنُ حَبِيبٍ الْحَارِثِىُّ حَدَّثَنَا خَالِدٌ - وَهُوَ ابْنُ الْحَارِثِ - حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ كَانَ أَصْحَابُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَنَامُونَ ثُمَّ يُصَلُّونَ وَلاَ يَتَوَضَّئُونَ قَالَ قُلْتُ سَمِعْتَهُ مِنْ أَنَسٍ قَالَ إِى وَاللَّهِ.

“Rəvayət edilir ki, Qatədə ﵀ demişdir: “Mən Ənəsin belə dediyini eşitdim: “Allah Elçisinin ﷺ səhabələri namazdan qabaq yuxulayar, sonra da qalxıb dəstəmaz almadan namaz qılardılar”. Ravi Şubə deyir: “Mən Qatədədən soruşdum: “Sən bunu Ənəsdən eşitmisənmi?” O dedi: “Bəli, Allaha and olsun ki, eşitmişəm”.”

Qatədə
SəhihMuslim, 861 (Heyz, 157)

حَدَّثَنِى أَحْمَدُ بْنُ سَعِيدِ بْنِ صَخْرٍ الدَّارِمِىُّ حَدَّثَنَا حَبَّانُ حَدَّثَنَا حَمَّادٌ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ أَنَّهُ قَالَ أُقِيمَتْ صَلاَةُ الْعِشَاءِ فَقَالَ رَجُلٌ لِى حَاجَةٌ. فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنَاجِيهِ حَتَّى نَامَ الْقَوْمُ - أَوْ بَعْضُ الْقَوْمِ - ثُمَّ صَلَّوْا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “İşa namazının iqaməsi verildi. Bu vaxt bir nəfər: “Mənim Peyğəmbərə ﷺ deyiləsi sözüm var”, – dedi. Peyğəmbər ﷺ qalxıb onunla gizlicə söhbət etməyə başladı. İş o yerə gəlib çatdı ki, səhabələr, yaxud onlardan bəzisi artıq yuxulayırdı. Sonra hamısı qalxıb namaz qıldı”.”

Ənəs
SəhihMuslim, 862 (Heyz, 158)