Heyz kitabı

Heyzli qadının öz ərinin başını yuyub daramasının icazəli olması, onun artığının (yemək, su) pak olması, habelə qucağına söykənib Quran oxumağın icazəli olması

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَأَبُو كَامِلٍ وَمُحَمَّدُ بْنُ حَاتِمٍ كُلُّهُمْ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ - قَالَ زُهَيْرٌ حَدَّثَنَا يَحْيَى - عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ عَنْ أَبِى حَازِمٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ بَيْنَمَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَسْجِدِ فَقَالَ « يَا عَائِشَةُ نَاوِلِينِى الثَّوْبَ ». فَقَالَتْ إِنِّى حَائِضٌ. فَقَالَ « إِنَّ حَيْضَتَكِ لَيْسَتْ فِى يَدِكِ » فَنَاوَلَتْهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ məsciddə ikən buyurdu: “Ey Aişə! Paltarı mənə uzat!” Aişə dedi: “Axı mən heyzliyəm”. Allah Elçisi ﷺ buyurdu: “Şübhəsiz ki, sənin heyzin əlində deyil” Aişə də paltarı ona verdi”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 717 (Heyz, 13)

Səhih Muslim — Heyz kitabı