Heyzli qadının öz ərinin başını yuyub daramasının icazəli olması, onun artığının (yemək, su) pak olması, habelə qucağına söykənib Quran oxumağın icazəli olması
حَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا ابْنُ أَبِى زَائِدَةَ عَنْ حَجَّاجٍ وَابْنِ أَبِى غَنِيَّةَ عَنْ ثَابِتِ بْنِ عُبَيْدٍ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ قَالَتْ أَمَرَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أُنَاوِلَهُ الْخُمْرَةَ مِنَ الْمَسْجِدِ. فَقُلْتُ إِنِّى حَائِضٌ. فَقَالَ « تَنَاوَلِيهَا فَإِنَّ الْحَيْضَةَ لَيْسَتْ فِى يَدِكِ ».
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ məsciddə ikən mənə səccadəni ona uzatmağı buyurdu. Mən dedim: “Axı mən heyzliyəm”. Allah Elçisi ﷺ buyurdu: “Onu mənə uzat. Şübhəsiz ki, sənin heyzin əlində deyil”.”
İstinad
Muslim, 716 (Heyz, 12)
Səhih Muslim — Heyz kitabı