Heyzli qadının öz ərinin başını yuyub daramasının icazəli olması, onun artığının (yemək, su) pak olması, habelə qucağına söykənib Quran oxumağın icazəli olması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنْ مِسْعَرٍ وَسُفْيَانَ عَنِ الْمِقْدَامِ بْنِ شُرَيْحٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَشْرَبُ وَأَنَا حَائِضٌ ثُمَّ أُنَاوِلُهُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَضَعُ فَاهُ عَلَى مَوْضِعِ فِىَّ فَيَشْرَبُ وَأَتَعَرَّقُ الْعَرْقَ وَأَنَا حَائِضٌ ثُمَّ أُنَاوِلُهُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَضَعُ فَاهُ عَلَى مَوْضِعِ فِىَّ. وَلَمْ يَذْكُرْ زُهَيْرٌ فَيَشْرَبُ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən heyzli ikən bir şey içər, sonra da qabı Peyğəmbərə ﷺ uzadardım. O da ağzını mənim ağzımın dəydiyi yerə qoyub içərdi. Yenə heyzli olduğum halda sümüklü soyutma ətdən dişləyər, sonra da onu Peyğəmbərə ﷺ uzadardım. O da ağzını mənim ağzımın dəydiyi yerə qoyub ətdən dişləyərdi”.”
İstinad
Muslim, 718 (Heyz, 14)
Səhih Muslim — Heyz kitabı